"Niyə içirsən? Unutmaq üçün..." - Həyatda məna tapa bilməyib qapalı dövrədə ilişib qalanlar

"Niyə içirsən? Unutmaq üçün..." -  Həyatda məna tapa bilməyib qapalı dövrədə ilişib qalanlar
29 iyun 2026
# 14:00

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Bu gün məşhur "Balaca Şahzadə" əsərinin müəllifi Antuan de Sent-Ekzüperinin doğum günüdür.


Bu kitabı ilk dəfə məktəb illərində radio teatrı kimi eşitmişdim. Aktyor o qədər hiss edərək oxuyurdu ki, səsini eşitsəm, indi də tanıyaram.

"Balaca şahzadə"ni bir neçə dəfə oxumuşam. Konteksti uyğun olduğuna və ciddi mesajlar verib insanları həyatlarına dair düşünməyə səslədiyi üçün, yayda Şamaxıda təşkil etdiyimiz Tusi Astrofizika düşərgəsində şagirdlərlə birlikdə mütaliə edəcəyimiz əsərlər arasındadır.

Balaca Şahzadənin Yerə səyahətində qarşılaşdığı planetlərdəki sakinlər bir insan tipinin açmasıdır, "Niyə içirsən? Unutmaq üçün. Nəyi? Utandığımı. Niyə utanırsan? İçdiyimə görə".

Həyatda məna və özünə yer tapa bilməyib qapalı dövrədə ilişib qalan insanları çox sadə və sərrast təsvir edir.

Ekzüperinin iki maraqlı əsəri daha var, "Gecə uçuşu" və "Adamların dünyası".

Avtobioqrafik olan bu romanlarda bir epizod var, uzun müddət xəbər almadıqları, artıq qəzada öldüyünə inandıqları pilot yoldaşları kafeteryaya girir və deyir, "Mən elə bir iş görmüşəm ki, onu heç heyvan da bacarmazdı".

Təyyarə qəzaya uğrayır, pilot ac-susuz, şaxtada uzun müddət yol getdikdən sonra təslim olur və düşünür ki, ölsə də ailəsinə sığorta ödənəcək.

Ancaq birdən xatırlayır ki, sığorta ödənişi üçün cəsədi tapılmalıdır, o isə And dağlarında, yaşayış yerlərindən uzaqdadır. Yeriməyə davam edir, ta ki, bir kəndə çatana qədər.

Ekzüperi Amerikada yaşayanda fransızlara müraciət edib faşizmə qarşı vuruşmağa çağırmışdı.

Özü də Amerikadan qayıdıb pilot kimi döyüşlərdə iştirak etmişdi, daha güclü olduğu üçün yeni amerikan təyyarəsi yox, öz nasaz alman təyyarəsini seçmişdi.

Aralıq dənizi üzərində vurulub dənizə düşmüşdü. Cəsədi 90-cı illərdə dənizdən çıxarıldı.

Çox sonralar, bir iş yeməyində alman şirkətinin nümayəndəsi Əliyar müəllim dedi ki, alman işçisi Valera israrla ondan bir kitabı tapmağını israrla istəyir, hər gün soruşur, ancaq kitabın adı indi yadında deyil. "Yəqin Ekzüperinin "Balaca Şahzadə" əsərini istəyir" demişdim. İnandıra bilmirdim ki, Valeranı tanımıram, sadəcə bu kitabın bütün dillərdəki nəşrlərini yığan heyran-kolleksionerləri var.

1961-ci ildə "Azərnəşr"in nəşr etdiyi kitabı Valeraya verməsi üçün Əliyar müəllimə göndərdim. Valera da əvəzində mənə su sistemlərinə dair bir kitab və o dövrdə az tapılan flaş-yaddaş hədiyyə göndərdi.

Əsərdəki mühim çıxarışlardan biri "bağ qurmaq" haqqındadır.

Yaxşı kitablar həm də bir-birini tanımayan insanları bağlaya, həmin əsəri sevənlər çoxluğunun elementi halına gətirə bilir.

# 371 dəfə oxunub

Oxşar xəbərlər

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

17:11 17 iyul 2026
“FotoBax”  milli fotomüsabiqəsinə müraciət davam edir

“FotoBax” milli fotomüsabiqəsinə müraciət davam edir

16:30 17 iyul 2026
“Musa Cəlil ömürlüyü…”  kitabı çap olundu

“Musa Cəlil ömürlüyü…” kitabı çap olundu

16:15 17 iyul 2026
Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

16:10 17 iyul 2026
Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

15:00 17 iyul 2026
İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

13:50 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər