ABŞ-ın İrana qarşı işlətdiyi islami terror təşkilatı

ABŞ-ın İrana qarşı işlətdiyi islami terror təşkilatı
18 iyun 2013
# 11:39

Xalq mücahidləri yoxsa, “Xalq münafiqləri”?

Uzun illərdir İranın siyasi həyatında önəmli rol oynayan, şahlıq dövründə rejimə və kapitalizmə, İslam inqilabından sonra isə İslam respublikasına qarşı silahlı müqavimət göstərən Xalq Mücahidləri Təşkilatı 1965-ci ildə qurulub. Təşkilat son 35 ildə İran İslam Respublikasında 12 mindən artıq terror əməliyyatı həyata keçirib. Bu səbəbdən, xalq arasında bu təşkilat "İran Xalq Münafiqləri" adlandırılıb.

Terrorçu təşkilat 1986-cı ildə, İran-İraq savaşı zamanı sabiq diktator Səddam Hüseynlə anlaşmaya girərək, İraq ərazisində öz bazasını yaradıb. Uzun illər təşkilatın silahlı qanadı Bağdadın 70 kilometrliyində yerləşən "Əşrəf" hərbi düşərgəsində yerləşib və İran ərazisindəki terror əməliyyatları buradan idarə olunub.

ABŞ-ın 2003-cü ildə İraqa hərbi hücumundan sonra təşkilatın silahlı dəstələri tərk-silah edilib və "Əşrəf" düşərgəsində ABŞ ordusunun nəzarətində saxlanılıb. 2009-cu ildə ABŞ bu

qərargahın nəzarətini İraq hökumətinə tapşırıb və İraq hökuməti düşərgənin bağlanmasına dair qərar çıxarıb. Bundan sonra terrorçu təşkilatın üzvləri Bağdad aeroportu yaxınlığında yerləşən və ABŞ-ın nəzarətində olan "Camp Liberty" bazasına köçürülüb və hazırda 3 minə yaxın təşkilat üzvü həmin bazada yerləşdirilib.

28 sentyabr 2012-ci il tarixində ABŞ Dövlət Departamenti sözügedən təşkilatın adını terrorçu təşkilatlar siyahısından çıxarıb. Beləliklə, terrorçu təşkilat 15 illik fasilədən sonra Birləşmiş Ştatlarda leqal fəaliyyət imkanı əldə edib. Hal-hazırda təşkilat öz manifestindən və əsas məqsədlərindən yayınaraq ABŞ-a xidmət edən, İrana əks mövqedə dayanan əsas təşkilatdır.

Əsas fəaliyyəti nüvə danışıqlarında ABŞ-a məxfi məlumatlar ötürməkdir. Təşkilatın keçmiş fəallarından biri Məhəmməd Qərəzi bu il İranda keçirilən prezident seçkilərində ən şanslı namizədlərdən biri idi.

Sabiq neft və telekommunikasiyalar naziri olan 71 yaşlı Qərəzi 1980-1990-cı illərdə İran parlamentində deputat olub. Xalq Mücahidləri İraqa keçməzdən əvvəl Qərəzi təşkilatı tərk edib.

Əməkçi sinfin qurtuluşu üçün mücadilə

Xalq Mücahidləri Təşkilatı 1965-ci ildə Məhəmməd Hənifnejad, Səid Möhsün, Əli Əkbər Badizadəgan və İran Azadlıq Hərəkatının digər 3 üzvü tərəfindən qurularkən islami dünya görüşünün təsirində idi. Yüksək rütbəli şiə din xadimlərinin himayədarlığı və təşkilat üzvlərinin fədakarlıqları sayəsində təşkilat toplum arasında geniş şəkildə yayıldı və ən kiçik şəhər və kəndləri belə əhatə etdi.

Təşkilatın əsas qurucularının SAVAK tərəfindən öldürülməsi və bəzi təşkilat üzvlərinin təşkilatdan ayrılması təşkilat daxilində ideoloji dəyişikliyə səbəb oldu. Xomeyninin İrana qayıdışı ilə həbsdən azad edilən və edamdan xilas olan Məsud Rəcəvi gözlənilmədən rəhbərliyə yiyələndi. O liderliyini möhkəmləndirmək üçün gizli fəaliyyətə üstünlük verirdi.

1975-ci ildə təşkilat ideoloji cəhətdən bölünür. Uzun müşahidələrdən sonra həbsdə olan liderlər təşkilatın marksist-leninist təşkilat olaraq fəaliyyət göstərməsinə qərar verir. Ayətullah Tələqaninin oğlu, Müctəba Tələqani də marksizmi qəbul edənlər arasında idi. 1978-ci ildən etibarən marksist qanad özünə “Peykər” adını seçir. Daha sonra isə “Əməkçi sinfin qurtuluşu üçün mücadilə təşkilatı” adını qəbul edir. (1895-ci ildə Lenin Sankt-Peterburqda yaratdığı təşkilatın şərəfinə)

İslam Mücahidlərinin parçalanması və “Müctəhidlərin aşurası”

İran İslam Respublikasına qarşı silahlı mübarizə təşkilat içərisində ciddi fikir ayrılıqlarına səbəb oldu. Məsud Rəcəvini ən çox tənqid edən Azərbaycan əsilli Musa Xiyabani idi. Musa Xiyabani təşkilatın silahlı dəstələrinə rəhbərlik edirdi. Ancaq müxalif mövqeyi ona baha başa oturur. 1982-ci ildə müəmmalı şəkildə qətlə yetirilir. İnqilab mühafizlərinin pusqusuna düşən Musa Xiyabani və çoxsaylı tərəfdarlarının qətlə yetirilməsi “Mücahidlərin aşurası” adlandırılır.

1982-ci il hadisələrindən sonra Rəcəvi xaricə qaçır. Əvvəlcə Fransaya, oradan da İraqa gedir. Təşkilatın hər iki qolu - həm Milli Müqavimət Şurası, Həm də Milli Qurtuluş Ordusu İraqa keçir və İran əleyhinə döyüşməyi qəbul edir. İraqda “Furuğe-Cavidan”, İranda “Mərsad əməliyyatı” adı verilən əməliyyatda təşkilat öz döyüşçülərini İran əleyhinə döyüşmək üçün Haciyan keçidinə göndərir. Təşkilat bu əməliyyatdan böyük itkilərlə ayrılsa da hələ də təşkilat daxilində bu əməliyyat haqqında danışmaq qadağandır.

İranda tərəfdarlarının və üzvlərinin kütləvi edam edilməsi təşkilatın ideoloji fəaliyyətinə ciddi təsir edir. İraqa sığınan döyüşçülər İraqda Səddam rejiminə qarşı qaldırılmış kürd və şiə üsyanlarının yatırılmasında fəal iştirak edir. Məsud Rəcəvinin səhv qərarları nəticəsində təşkilatın hər iki qolu “Vətən torpağından kənara uçuş” şüarı ilə fəaliyyətə başlayır. Bu isə İranda minlərlə siyasi məhbusun edam olunması ilə nəticələnir.

Məryəm Rəcəvi dönəmi

“Səddam rejimi” devrildikdən sonra ona xidmət edən Xalq Mücahidləri Təşkilatının da fəaliyyəti iflic olur. Təşkilat tərk-silah edilir və İraqdan qovulması və İraq xalqına qarşı cinayət işlətdikləri üçün məhkəməyə verilməsi qərara alınır. Rəcəvi qaçıb gizlənir. 1997-ci ildə qərbmeyilli Xatəmi İran prezidenti seçilir və təşkilatın adı terror təşkilatları siyahısına salınır.

Əhmədnejadın hakimiyyətə gəlişindən sonra qərbmeylli siyasətə son qoyulur. Əhmədnejad qatı islamçı və qərb əleyhdarı olduğu üçün qərb dövlətləri Xalq Mücahidlərini İrana qarşı istifadə etməyə qərar verir. Silahlı mübarizənin mümkünsüzlüyünü dərk edən Rəcəvi və tərəfdarları Avropada siyasi fəaliyyət göstərməyə qərar verir.

Növbəti mərhələdə təşkilata uzun illər Rəcəvinin köməkçisi olmuş xanımı, Məryəm Rəcəvi rəhbərlik etməyə başlayır. Əslən Azərbaycanlı olan Məryəm Rəcəvi, təşkilat daxilində böyük nüfuza sahibdir. Təşkilat bu mərhələdə “üçüncü yol” adlandırdıqları siyasət həyata keçirir. (Qərbin dəstəyi ilə İrana qarşı mübarizə)

Təşkilatın lideri Məryəm Rəcəvi həm də İranın mühacir hökumətinin baş naziridir.

# 2953 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #