Kürün sahilində Gəncə konyakı içən Tetçer TARİXİ FAKT

Kürün sahilində Gəncə konyakı içən Tetçer TARİXİ FAKT
25 aprel 2013
# 07:45

Səbuhi Məmmədli

Böyük Britaniyanın baş naziri Marqaret Tetçer SSRİ-yə rəsmi səfərə gəlir. Maraqlı səfər olur, çünki 12 il imiş ki, Britaniyanın bir rəsmisi belə Moskvaya təşrif buyurmurmuş.

Tetçer Moskvada iki gün qalır. Üçüncü gün dövlət rəhbərlərindən SSRİ-nin ucqarlarına səfər etmək niyyətinin olduğunu bildirir. Onu Moskvanın qlamur aurasından daha çox əyalət maraqlandırırdı...

Tetçerə Gürcüstanı təklif edirlər. Baş nazir buranın Stalinin vətəni olduğunu öyrənəndə, dərhal razılaşır.

***

Tiflisdə Tetçeri və Britaniyanın xarici işlər naziri Hounu Gürcüstan SSR-in nazirlər kabinetinin sədri Otar Çerkeziya qarşılayır. Qonaqlar dərhal aeroportdan mərkəzi komitəyə, Gürcüstanın birinci katibi Djumber Patiaşvilinin qəbuluna gəlirlər.

Bir qədər istirahətdən sonra Tetçerin Tiflis səfərinin proqramı açıqlanır. Baş nazir əvvəlcə Opera və Balet Teatrına gedir. Burada ona o dövrlər SSRİ-nin məşhur opera və balet artistlərinin sevimli pinəçisi sayılan Tenqiz Xuroşvilinin tikdiyi xüsusi başmaq bağışlayırlar. Tetçer başmağa vurulan naxışlara heyrətini gizlədə bilmir.

Amma Tetçer hələ çox şeyə təəccüblənəcək və heyrətlənəcəkdi…

***

Xoreoqraf Tamaz Qoqotişvili xatırlayır ki, baş nazir uşaq ansamblının çıxışına baxır. Çıxış 15 dəqiqə nəzərdə tutulubmuş. Amma Qafqaz rəqslərini ifa edən uşaqların çıxışı Tetçerin o qədər xoşuna gəlir ki, onların çıxışını yarım saat ayaq üstə alqışlayır, həmin uşaqlarla xatirə şəkli çəkdirir.

***

Bundan sonra qonaqlar Kürün sahilinə gəlirlər. “Tbilisi” restoranına. Hörmətli qonaq üçün məhz burada, Kürün sahilində ziyafət verilirdi. Qonağa isə şəxsən Patiaşvili özü qulluq edirdi.

Hadisənin şahidlərinin danışdıqlarından:

«Əvvəlcə Tetçerə “Xvançkara” çaxırı süzdülər. Bir qurtum içib, ağzını büzdü. Patiaşvili pərt oldu. Ondan sonra baş nazir üçün bütün SSRİ-nin gözünə təpdiyi “Kindzmarauli” şərabı süzdülər. Dodağına yaxınladırdı, üzünü turşutdu. Birinci katib az qala dəli olmuşdu. Sonra Kaxetiya şərabı “Tibaani”, “Rkasiteli” və “Msvane” gətirdilər. «Tibaani»dən bir qurtum içdi. Patiaşvili bir qədər özünə gəldi. Sonra nə oldusa araya tərcüməçi girdi. Patiaşvili dərhal ətrafdakı əsabələrinə göz ağartdı. Stola dərhal erməni və Azərbaycan konyakı gətirdilər. Tetçerə “Göygöl” konyakı süzdülər. Təxminən 20-25 qram. İçdi. Gülümsədi. Sonra, təxminən yarı saatlıq yeməkdən sonra daha 25 qram süzdülər. Tetçer yenə həvəslə içdi. Patiaşvili yerə-göyə sığmırdı.

Dərhal folklor ansamblına göstəriş verdi, xalq rəqsləri və gürcü xoru ifaya başladı. Tetçer həvəslə baxır və qulaq asırdı».

***

Şahidlərin dediyinə görə, Tetçerə əsasən gürcü yeməkləri veriblər. Qomi, sulquni, glardji, sasivi, xingəl, xaçapuriylə yanaşı, o, dovğa da içib. Hətta lülə kababdan da dadıb.

Və bütün bunlar onun çox xoşuna gəlib.

Sonda isə gürcü xalqının sağlığına tost deyən baş nazirə Seretelinin böyük bir rəsm əsərini bağışlayıblar.

Şahidlər danışır ki, Tetçer Tiflisdən ayrılan kimi Patiaşvili yenidən həmin restorana qayıdıb və səhərəcən yeyib-içib…

Çünki Moskva razı qalıbmış. Amma bir məqam heç kimin yadına düşməyib: axı Tetçerin kefini qaldıran Azərbaycan konyakı olub.

# 7366 dəfə oxunub

Oxşar xəbərlər

Qız məktəbi  açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

Qız məktəbi açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

10:00 1 sentyabr 2026
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır

Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır

13:10 31 avqust 2026
Tehranla ilk rəsmi əlaqə quran cümhuriyyətçi diplomat -  Cavad xanın Nargində güllələnən nəticəsi kim idi?

Tehranla ilk rəsmi əlaqə quran cümhuriyyətçi diplomat - Cavad xanın Nargində güllələnən nəticəsi kim idi?

15:00 27 avqust 2026
Seyid Cəfər Pi­şə­və­rinin müəmmalı ölümü... - Qərb mətbuatı onun haqqında nə yazırdı?

Seyid Cəfər Pi­şə­və­rinin müəmmalı ölümü... - Qərb mətbuatı onun haqqında nə yazırdı?

12:00 26 avqust 2026
Azərbaycan və Özbəkistanın ortaq intellektual-mədəni körpüsü: Yusif Qarabaği

Azərbaycan və Özbəkistanın ortaq intellektual-mədəni körpüsü: Yusif Qarabaği

13:00 24 avqust 2026
Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov

Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov

10:00 21 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər