news-inner
clock15:00 calendar-gray 21 Fevral 2013 view-gray2228 dəfə oxunub
view-gray2228 dəfə oxunub

Pəhləvan, nadzor, KAXCP sədri olan qubalı şair

Layihə-Sözlü adam

Ötən dəfə Quba səfərimdən, şair qardaşımız Ramiz Qusarçaylının rəhbərlik elədiyi “Ay işığı” ədəbi birliyinin yığıncağına qoşulmağımdan yazmışdım. Orada marağımı çəkənlərdən biri də sərrast satirik qələmi olan şair Eynulla Müslüm oldu. Eynulla mənə ilk baxışdan ucqar kənddən gəlmiş, şeir aləminə o qədər də yaxın olmayan, köntöy adam təsiri bağışlamışdı. Onun dalğalı saçları, qalın bığları, qarayanqır sifəti və bəstə boyu heç də sənət vəd etmirdi. Lakin şeir oxuma növbəsi ona çatanda Eynullanın mükəmməl bir şair olması zənnimi alt-üst elədi.

Birliyin məclisindən sonra Eynullanı yaxından tanımaq üçün onunla xeyli söhbətləşdim. Sən demə, 50-55 yaşlarında görünən bu adamın gəncliyində qolunu bura bilən birisi yox imiş. Onunla ilk dəfə əl tutub görüşəndə: “Qardaş, bu nə əl-ayaqdı, belə də şair olar? Səndən yaxşı pəhləvan çıxarmış ki!” – dedim. O da gülüb: “Mən elə pəhləvanam, dəə!” – dedi.

Sonra Eynulla davam elədi:

- Bir vaxtlar kəndimizə, rayonumuza pəhləvanlar gələndə mən də onlara qoşulub yerdə uzanırdım, üstümdən yük maşını keçirdi.

Mən heyrət elədim:

- Nə danışırsan?

- Doğrudan deyirəm. Cavanlıqda mənim qoluma güc çatdıran yox idi. Bir pəhləvan Əli vardı, mənim biləyimi yalnız o əyə bildi. Uşaqlıqdan müxtəlif ağırlıqlar qaldırar, turnikdə məşq eləyib öz-özümə müxtəlif idman növü ilə məşğul olardım. Tələbə olan vaxtlarda institutlararası idman yarışlarında ağırlıq qaldırmalarda iştirak eləmişəm. 110 kilonu qaldırırdım.

- Çox maraqlıdı! Bəs neçə yaşın var?

- Mən 1958-ci ildə Tüləkərən adlı yerdə doğulmuşam. Tüləkərən - gənc igidlər məskəni deməkdi. Bu inzibati ərazidə doqquz kənd birləşir ki, ümumi adı “Qart Dərəsi” adlanır. (Gülərək davam eləyir.) Görünüşümdə ərəblə qıpçaq türkünün qarışığı var, rəngim qara, boyum qıpçaq! Ancaq özümü türk oğlu türk bilirəm, mən həm də Boz Qurdlardanam!

- Bayaq tələbəlikdən danışdın, harda təhsil almısan?

- Pedaqoji İnstitutun riyaziyyat fakültəsini bitirmişəm. Qubanın müxtəlif kənd məktəblərində 5 il riyaziyyat müəllimi işləmiş, şagirdlərə riyaziyyatı sevdirmişəm. Sonra rayonumuzda yerləşən 1 saylı Xüsusi Peşə məktəbində tərbiyəçi işləmişəm.

- O nə məktəbdi elə?

- Bu məktəbdə müxtəlif rayonlardan göndərilən, məhkəmələrin xətm elədiyi azyaşlı uşaqlar saxlanılır.

- Hə, demək, öz cinayətini anlamayan cinayətkar uşaqlara tərbiyəçilik eləmisən. Bəs ölüm üstündə göndərilənlər varmı onların arasında?

- Əlbəttə olur. Sənədlərlə tanış olanda, özlərini söylədəndə görürdüm ki, cinayəti bilmədən eləyib, yəni başına təsadüfən hadisə gəlib. Biri vardı, Saatlı rayonundan, ov tüfəngi ilə qonşuda yaşayan öz yaşıdını öldürmüşdü.

- Bəs o uşaqlar məktəbdə nə işlə məşğul olurlar?

- Məktəbin yarım hektara yaxın ərazisi var, orada başlarını qatırlar. Onlara rəngsazlıq, suvaqçılıq, dülgərlik öyrədirlər ki, çıxanda sərbəst əmək fəaliyyətinə başlaya bilsinlər.

- Müxtəlif yaşlarda olduqlarına görə aralarında “dedovşina”lıq varmı?

- Yox, buna imkan vermirdik.

- Bəs, azyaşlıların türməsindəki kimi “hurafat” adətlər saxlayırlarmı? Məsələn, qırmızı olduğuna görə pomidoru, formasına görə sosiska, kolbasanı yeməmək – varmı belə şeylər?

- Mənə qədər belə şeylər vardı, sonralar onları başa salıb oxşar adətlərini tamam yığışdırdım.

- Çox maraqlıdı. Bəlkə fiziki gücün çox olduğuna görə səni onlara tərbiyəçi qoyublarmış?

- Nə danışırsan? Onların hər biri ilə dostluq edirdim, ona görə xətrimi çox istəyirdilər. Mən pedaqoji nəzəriyyəni yaxşı bilirəm, onları sındıraraq cəmiyyətə buraxmaq düzgün olmaz.

- Bəs o uşaqlara öz şeirlərindən oxuyurdunmu?

- Hə, mənim şeirlərimi çox sevirlər.

- İndi orda neçə nəfər var?

- Mən bir ay yarım olar oradan çıxmışam. Hazırda 10 nəfər olmalıdı. Məndən sonra eşitdim ki, 4 nəfəri qaçıb, barələrində axtarış elan olunub. Onlar həmişə ordan qaçmaq haqda fikirləşirlər (Fikrə gedir.)

- Yaxşı, bir az da şeirdən danışaq. Nə vaxtdan əruzda yazırsan?

- Ümumiyyətlə, şeirə institut illərimdən başlamışam. Əvvəllər hecada sevgi şeirləri yazırdım. İctimai fəaliyyətdən də qalmırdım. Bakıda Asif Atanın məclislərində olurdum. Şəxsiyyət kimi formalaşmağımda Asif Atanın və Xudu Məmmədovun rolu çox olub. Sonralar rayona qayıdanda ictimai-siyasi fəaliyyətə başlayası oldum. Xalq Cəbhəsi təşkilatının Quba rayon şöbəsini yaradanlardanam. 1989-cu ilin iyul ayında AXC Quba şöbəsinin təsis konfransında hesabat məruzəsi ilə çıxış edərək rayon rəhbərliyini və bütün fəal kommunistləri partiyadan imtina edib müstəqillik uğrunda mübarizə aparmağa səsləmişəm. Sonralar AXC iqtidarında təmsil olunaraq Rayon İcra Hakimiyyətinin birinci müavini işləmişəm. Müharibənin ağır vaxtlarında Quba rayon Hərbi Komissarlığında hərbi çağırış komissiyasının sədri olmuşam və Azərbaycan ordusunun yaranmasında yaxından iştirak etmişəm.

- Bəs hazırda hansı partiyadasan?

- Mən Mirmahmud ağanın sədrlik elədiyi KXCP-nin Quba rayon şöbəsinin sədriyəm.

- Belə dee! Mirmahmud ağa şeirlərini oxuyubmu?

- Əlbəttə! Görüşəndə, məclislərimiz olanda şeirlərimi özüm də çox oxumuşam. Həm də Mirmahmud ağa ilə dostam.

- Demək, kommunistlərə hələ 20 Yanvar olmamış səslənmisən.

- Bəli, bu tarixdi. Həm də 20 Yanvar ərəfəsində eşitdik ki, rus qoşunu Yalamadan Xaçmaza girmək istəyir. Xaçmazda dəmir yol relslərini araladıq, sonra danışıqlara getdik. Söz vermişdik ki, danışıq alınmasa, qoşun girəsi olsa, 10 nəfər relsin bir tərəfində, 10 nəfər də o biri tərəfində oturacağıq, qoy üstümüzdən keçsinlər. Danışığa gedib qoşunun bu tərəflərə girməsinin qarşısını aldıq. Onda mənim polad kimi vaxtlarım idi.

- İndinə nə olub ki? Baxıram, indi də möhkəmsən.

- Yox əşi, araq içib, siqaret çəkmək içimizi oydu. Arada o qədər içirdim, artıq arağın tamını da itirmişdim, mənim üçün suya dönmüşdü. Dedim, arağı da suya döndərdim, ta içməyəcəm. Odu-budu, araq içməyi tərgitdim.

- Qardaş, sən çox maraqlı adamsan, şeirlərindən ver saytımızda çap eləyək.

- Buyurun, beş-onunu göndərəcəm, çap eləsəniz mənə də xoş olar.

- Təşəkkür edirəm!

- Həmişə gözümüz üstə yerin var!

Şeirlər:

YENƏ O ÇAĞ OLAYDI...

XANIM...

GƏL DANIŞAQ

DAŞ NAĞILI

Oxşar xəbərlər

Xəbər lenti

Səngərdəki səs - Kamal Abdulladan yeni hekayə
17:15 30 Oktyabr 2020
Gəzən kinoteatr dövrü geri qayıtdı
16:29 30 Oktyabr 2020
Kukla Teatrının noyabr repertuarı
15:42 30 Oktyabr 2020
Bred Pitt yeni filmə çəkilir
15:01 30 Oktyabr 2020
Dinini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola acından öldü - "Təbrizim" mahnısının müəllifinin dəhşətli həyatı
14:20 30 Oktyabr 2020
Məşhur tarixi əsərin komiksi hazırlanır
13:30 30 Oktyabr 2020
"Yazıq" ermənilərlə necə davranaq? - Sərdar Amin yazır...
12:49 30 Oktyabr 2020
Qadınlar paltarlı yatır ki, ölsələr ayıb olmasın - Gəncəli jurnalist yazır...
12:10 30 Oktyabr 2020
İstanbulda əxlaqsız erməni yuvası - Aqşin yazır...
11:36 30 Oktyabr 2020
Günün şeiri: Salam, Şuşam!
11:01 30 Oktyabr 2020
Nəzakət Teymurova: "Pandemiya ilə mübarizə də müharibədir"
10:27 30 Oktyabr 2020
Misirli rejissor Kann festivalının qalibi oldu
09:59 30 Oktyabr 2020
Qışqırıb-bağırmağa başladım... - Bircənin romanı
09:00 30 Oktyabr 2020
“Ulduz”un oktyabr nömrəsi nəşr olundu
19:28 29 Oktyabr 2020
“Ayrı-seçkiliksiz gələcəyim” adlı foto-müsabiqə keçirilir
18:50 29 Oktyabr 2020
Nikol Kidman yeni seriala çəkilir
18:21 29 Oktyabr 2020
"Şeron"dan yeni cəngi - Video
17:43 29 Oktyabr 2020
Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
17:11 29 Oktyabr 2020
Bir əsgərin qeydləri: Ölümlə döyüşürəm - Yeni Şeirlər
16:30 29 Oktyabr 2020
Kann kinofestivalının rəmzi açılış mərasimi keçirildi
15:43 29 Oktyabr 2020