Azad Qaradərəlinin əsərlərinin 12-ci cildi çapdan çıxdı

Azad Qaradərəlinin əsərlərinin 12-ci cildi çapdan çıxdı
6 aprel 2026
# 17:32

Yazıçı Azad Qaradərəlinin əsərlərinin 12-ci cildi çapdan çıxıb.

Kulis.az xəbər verir ki, bu cildə müəllifin “Cəbrayıl əfsanəsi” romanı və 24 hekayəsi daxil edilib.

Roman 44 günlük müqəddəs Vətən Müharibəmizin ilk şəhidlərindən olan gənc qəhrəman Cəbrayıl Dövlətzadənin qısa, amma mənalı ömür və döyüş yolundan bəhs edir. Romanda bir sıra tarixi paralelliklərə də rast gəlmək mümkündür. Belə ki, əsərdə ötən əsrin əvvəllərində baş vermiş Erməni-Müsəlman davaları və o çağların qəhrəmanı Qaçaq Fərzalının apardığı mübatizə, habelə 100 il əvvəlin və sonranın Türkiyə - Azərbaycan münasibətləri də önə çəkilmişdir. Qəhrəmanın ana tərəfi Zəngilanın – Zəngəzurun ermənilərlə ağız-ağıza olan bölgəsindən olduğundan və o torpaqları düşmən işğal etdiyindən Cəbrayıl və yaşıdları yağı qanına susamış, özlərini işğalçılara qarşı amansız mübarizəyə hazırlamışdılar. Roman həmin amansız mübarizədən və Azərbaycan əsgərinin, o cümlədən Cəbrayılın qəhrəmanlıqla dolu savaşından bəhs edir.

Kitabda yer almış hekayələr də İkinci Qarabağ müharibəsinin qəhrəmanlarına həsr olunub. Hekayələrin çoxu sənədli olsa da, bu mətnlərdə haqqında bəhs olunan igidlər – şəhidi də, qazisi də bir ananın övladı kimidir.

Həm roman, həm də hekayələr müharibənin gedişi zamanı yazılmağa başlamış, sonradan həm sosial şəbəkələrdə yayımlanmış, həm də 2021-ci ildə ayrıca kitab şəklində çap olunaraq oxuculara hədiyyə edilmişdir.

Qanun nəşriyyatında işıq üzü görən yeni cildin redaktoru ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə doktoru Lətif Şüküroğlu, rəssamı Sehran Allahverdi, tərtibçisi Türkan Azadqızıdır.

Kitabı yaxın günlərdə Milli Kitabxanadan (əski M.F.Axundov adına kitabxana), AMEA-nın, ADPU-nun (əski APİ), Folklor İnstitunun, Xəzər Universitetinin, Zəngilan rayonunun Mərkəzi kitabxanalarından əldə edib oxumaq olar.

# 1356 dəfə oxunub

Oxşar xəbərlər

Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

16:05 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər