"2-ci Uşaq Teatrı Festivalı"nın açılışı oldu

"2-ci Uşaq Teatrı Festivalı"nın açılışı oldu
7 aprel 2026
# 13:10

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Teatrında "2-ci Uşaq Teatrı Festivalı"nın açılışı olub.

Kulis.az xəbər verir ki, tədbir Milli Teatr Gününün 153-cü ildönümünə həsr olunub. Layihənin rəhbəri Fərid Bağırov, ideya müəllifi isə Tural Əliyevdir.

Festivalın açılış mərasimində çıxış edən münsiflər heyətinin üzvü Dağlar Yusif tədbir barədə məlumat verib. Qeyd edib ki, festival 6–14 yaş arası uşaqlar üçün nəzərdə tutulub. “Festivalda Azərbaycanla yanaşı, müxtəlif xalqların nağıllarının səhnə dili vasitəsilə təqdim olunması, bu nağılların müasir uşaqların düşüncə tərzinə uyğun şəkildə canlandırılması nəzərdə tutulur. Məqsəd uşaqların teatr sənətinə marağını artırmaq, onların estetik zövqünü formalaşdırmaq və yaradıcılıq potensialını üzə çıxarmaqdır. Bu il festivalın ən mühüm yeniliklərindən biri də inklüziv iştirak modelinin tətbiq olunmasıdır. Həssas kateqoriyaya aid uşaqlar da festivalda yer alıb, öz istedad və bacarıqlarını nümayiş etdirirlər”,-deyə D.Yusif əlavə edib.

Festival çərçivəsində iştirakçılar müxtəlif tamaşalarla çıxış edib, nağıl qəhrəmanlarını canlandırıblar.

Həmçinin Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunan ustad dərsi və təlimlər də keçirilib.

Təlimdə iştirakçılar kuklanın hazırlanma texnikası və dizaynı, kukla obrazının canlandırılması, səhnə üzərində kukla ilə düzgün hərəkət və koordinasiya, kukla teatrının estetikası və dramaturgiyası ilə tanış olublar.

# 931 dəfə oxunub

Oxşar xəbərlər

Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində premyera

Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində premyera

15:00 6 iyul 2026
“Pişiyin evi”  tamaşasının məşqlərinə başlanıldı

“Pişiyin evi” tamaşasının məşqlərinə başlanıldı

13:00 6 iyul 2026
Çingiz Ələsgərli:  "50 il işləmişəm, heç bir fəxri adım yoxdur..." - Müsahibə

Çingiz Ələsgərli: "50 il işləmişəm, heç bir fəxri adım yoxdur..." - Müsahibə

12:00 6 iyul 2026
İkinci Opera Günləri "Otello"nun premyerası ilə yekunlaşdı

İkinci Opera Günləri "Otello"nun premyerası ilə yekunlaşdı

16:33 1 iyul 2026
Milli Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası: “Hacı Qara”

Milli Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası: “Hacı Qara”

14:04 29 iyun 2026
“Hacı Qara”  tamaşasının premyerası olacaq

“Hacı Qara” tamaşasının premyerası olacaq

13:00 25 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər