news-inner
clock08:00 calendar-gray 05 Fevral 2013 view-gray5659 dəfə oxunub
view-gray5659 dəfə oxunub

"Çılpaq qadını bizə I kursdan öyrədiblər”

Tatu, yaxud döymə son zamanlar bədən bəzəmə sənətinin ən məşhur növü kimi yayılmaqdadı. Harda və necə yaranması ilə bağlı müxtəlif fərziyyələr mövcud olsa da, bir zamanlar daha çox xüsusi məqsədlərlə istifadə olunsa da hazırkı dövrdə daha çox estetik məqsədlərlə istifadə olunur.

Tatu tarixinə nəzər salsaq görərik ki, hələ qədim zamanlardan hindlilər, yaponlar, Amerikanın yerli əhalisi və Afrikadakı bəzi qəbilələr tatudan xəstəliklərə, pis ruhlara qarşı qoruyucu bir tilsim kimi, eləcə də insanların təbəqə və vəzifələrini müəyyənləşdirmək üçün istifadə etmişlər.

Tatu bəzən hərf, bəzən ad və ya bir simvol, portret olaraq rastımıza çıxır. Tatu sahiblərinin məqsədi çox vaxt duyğularının, ideyalarının nümayişi, bəzən sadəcə bədəni bəzəmək və ya son zamanlarda geniş yayılan bədəndə istənməyən izləri, ləkələri, çatları örtməkdir. Təbii ki, bu şəxsə görə dəyişir. Məsələn, mən ilk tatumu estetik gözəllik üçün etmişdim. Daha sonra sevdiyim siyasi liderin adını yazdırdım və nəhayət sevdiyim futbol klubunun emblemini döydürmüşəm.

Bakıda tatu elətdirənlərin say məhdudluğunun izahı müxtəlifdi. Bunu mentalitetə, dinə, ailə təzyiqlərinə, ictimai qınağa və sairəyə bağlamaq olar. Lakin bunların arasında tatunun ağrısından və sonrakı fəsadlarından qorxanlar da az deyil. İlk tatumu edən Telman bəylə də elə bunlar barədə danışdıq.

- Telman bəy, neçə ildi fəaliyyət göstərirsiz?

- 7 ildi.

- Bu işi necə öyrəndiz?

- Türkiyədə öyrənmişəm. Bakıda müəllimim yoxdu. Öz üzərimdə çox işləmişəm.

- Tatu estetik gözəllikdi, yoxsa şəxsiyyətin tamamlanması?

- Deyərdim ki, hər ikisi.

- Müştərilərin sayı qənaətbəxşdi?

- Düzəlirlər (gülür).

- Daha çox xanımlar elətdirir, yoxsa oğlanlar?

- Demək olar ki eynidi.

- Sonradan sildirmək istəyəndə hansı problemlər yaranır? İstənilən tatunu təmiz silmək olur?

- Mən silmirəm, amma heç bir problem yaranmır. Tamamilə silinir.

- Çox adam ağrıdan qorxduğu üçün tatu etdirmir. Doğrudanmı kəskin ağrılar olur? Ən çox haralar ağrıyır?

- Tatunu istəyirsənsə ağrı yoxdu səninçün. Ən çox ağrıyan yerlər əzələ olan yerlərdi.

- Tatu öncəsi alkoqol qəbul etmək olar?

- Olmaz.

- Nəyə görə?

- Qanı duruldur ona görə. Gülməli səslənsə də tatuya görə peşman olanların çoxu içkili vəziyyətdə bunu edənlərdi. Sonradan buna peşman olurlar və sildirmək istəyirlər.

- Hamilə qadınlara ziyanı var? Hamiləlik dövründə tatu etdirmək olar?

- Təbii ki, olmaz. Ziyandı olmaz və çox vaxt xanımlar bu dövrdə tatu eləmək istəmirlər.

- “Cover up” (istənməyən tatunun üstünə yenisinin çəkilməsi) daha yaxşıdı, yoxsa silinməsi?

- Hər tatunun üstündən “cover-up” eləmək olmur. Bu tatunun növündən, harda olmasından və s.-dən asılıdı.

- Tatu edə bilmək üçün rəssamlığı bacarmaq şərtdi?

- Əslində şərtdi. Amma hazırda Bakıda tatu edən şəxslərin çoxu bunu bacarmır.

- Tatu ediləndən sonra hansı qulluq tələb olunur?

- Bir həftə xüsusi mazlardan istifadə etmək və tatu ediləndən sonra yarım saat ərzində su vurmaq olmaz.

- Tatunun qiymətləri niyə yüksəkdi?

- Tatunun hazırlanması müddəti minimum bir saat çəkir. Kim bir saat iynənin ucuna baxsa eyni qiyməti alar. Mən tatunu yox, gözümün nurunu satıram bu qiymətə.

- Hansı tip tatuları etməkdən imtina edərdiz? Ümumiyyətlə heç imtina etdiyiniz iş olub?

- Bəli, etmişəm. Türmə simvollarını eləmirəm.

- Çılpaq qadın bədənlərinə tatu edəndə hansı hissləri yaşayırsız? İşinizə bir maneçiliyi olmur ki?

- Rəssam olan adam üçün asandı. Çılpaq qadın rəsmlərini çəkməyi hələ birinci kursdan bizə öyrədiblər.

- Demək istəyirsiz ki, tamamilə heç nə hiss eləmirsiz? (gülür)

- Yalan danışaram. Yox, olur təbii ki, az-çox olur.

- Tatunuz yoxdu. Yüzlərlə insana tatu edən birinin öz bədənində tatu olmaması o deməkdi ki, ziyanlarından kifayət qədər məlumatınız var, elədi?

- Yox, sonrakı fəsadlar uydurma bir şeydi. Hansı fəsaddan söhbət gedə bilər? Fəsad yalnız psixoloji ola bilər. Peşmançılıq və sairə.

- Keyfiyyətli tatu ləvazimatlarını əldə etmək baha başa gəlir sizə?

- Bakıda, ümumiyyətlə keyfiyyətli tatu ləvazimatları əldə etmək çətindi. Ancaq xaricdən sifarişlə almaq olur, o da bahadı.

Oxşar xəbərlər

Xəbər lenti

Düzgün yaşamaq riyakarlıq, düzgün düşünmək axmaqlıqdır – Dahi yazıçıdan aforizmlər
21:00 21 Aprel 2021
Bakı Dövlət Sirki yenidən təşkil olunur
19:00 21 Aprel 2021
Kamal Sunal adına muzey açılacaq
18:38 21 Aprel 2021
Fuentesin kitabı onlayn təqdim olunacaq
18:18 21 Aprel 2021
“Can Azərbaycan” müsabiqəsinin virtual sərgisi açılıb
17:42 21 Aprel 2021
Mənim qadınım, sən varsan deyə... - Çağdaş ərəb şeiri
17:01 21 Aprel 2021
Azərbaycanlı aktyor vəfat etdi
16:13 21 Aprel 2021
Kann film festivalının açılışında bu film nümayiş olunacaq
15:32 21 Aprel 2021
Nazir Anar Kərimov koronavirusa yoluxub
14:42 21 Aprel 2021
Anarla Seymur Baycanın oxşarlığı
14:02 21 Aprel 2021
“Qırmızı papaq” onlayn nümayiş ediləcək
13:17 21 Aprel 2021
Azərbaycanlı filosof qız-oğlan münasibətlərindən roman yazdı
12:30 21 Aprel 2021
Gənclərin qarşısını kəsən Rəşad Dağlı: O, niyə ustad ola bilmir?
11:55 21 Aprel 2021
Seymur Baycan nədən narahatdır?
11:02 21 Aprel 2021
Özünü ingilis kimi göstərən gəncəli
10:26 21 Aprel 2021
Tanınmış bəstəkar vəfat etdi
09:36 21 Aprel 2021
Çar arvadının göndərdiyi fotoqraf Aşıq Ələsgərin şəklini necə çəkdi? – Bilmədiyimiz faktlarMüsahibə
09:01 21 Aprel 2021
Milli Kitabxananın direktoru beynəlxalq konfransda iştirak edib
19:00 20 Aprel 2021
Nizami haqda məqalə Malayziya mətbuatında dərc olunub - Foto
18:29 20 Aprel 2021
Bir də yarpaq salma külək poçtuna – Qulu Ağsəsdən şeirlər
17:44 20 Aprel 2021