Məktəb oxumayan yazıçı Nobeli necə aldı?

Məktəb oxumayan yazıçı Nobeli necə aldı?
21 sentyabr 2021
# 14:12

Kulis.az millət vəkili, təhsil eksperti Etibar Əliyevin “Mütaliənin mistikası” yazısını təqdim edir.

XX əsrin nəhəng yazıçılarından biri sayılan Nobel mükafatı laureatı Herman Hesse böyük maraq kəsb edən "Tərcümeyi-hal" essesində kamil insan kimi yetişməsində məktəb təhsili ilə həyatdan aldığı dərsin fərqini təsvir edib:

"13 yaşımda mənim üçün bir şey aydın oldu - ya şair olacağam, ya da, ümumiyyətlə, heç kim. Lakin bu müəyyənliyə yavaş-yavaş başqa həqiqət əlavə edildi və bu, mənə əzab verirdi. Müəllim, keşiş, həkim, sənətkar, tacir, poçt işçisi, hətta musiqiçi, memar və rəssam olmaq olardı - bütün bu peşələrə hazırlıqdan, məktəbdən, yeni başlayanların öyrədilməsindən keçən hansısa bir yol aparırdı. Lakin şair üçün belə bir şey yox idi. Şair olmağa icazə verilirdi və hətta bu şərəf sayılırdı. Lakin şair kimi uğur qazanmaq və tanınmaq, təəssüf ki, əksər hallarda ölümdən sonra mümkün idi. Bircə an içində mən mümkün olan yeganə nəticəyə gəldim: şair olmağa imkan verilir, lakin şair kimi yetişməyə imkan verilmir.

Bir müddət mən gimnaziyalardan birində biliklərimi artırmağa çalışdım, lakin burada hər şey karserlə və vidalaşma ilə nəticələndi. Sonra üç gün ticarət evində şagird oldum, yenə qaçdım, bir neçə gün gecə ərzində gözə görünmədim ki, bu da valideynlərimin böyük təlaşına səbəb oldu. Yarım il atamın köməkçisi oldum, il yarım mexaniki emalatxanada və qüllə saatları fabrikində işlədim. Qısası, dörd ildən artıq bir müddət ərzində məni işə-gücə yarayan bir adam etmək cəhdləri puça çıxırdı, heç bir məktəb məni öz divarları arasında görmək istəmirdi, heç bir təlimi davam etdirə bilmirdim.

15 yaşımda, məktəbdə növbəti uğursuzluğa düçar olduqdan sonra ciddi surətdə öz biliyimi artırmaqla məşğul oldum, çox böyük sevinc və xoşbəxtlik idi ki, atamın evində babamın bütöv bir zaldan ibarət böyük kitabxanası vardı, həm də bütün alman ədəbiyyatına və on səkkizinci əsr fəlsəfəsinə dair köhnə kitablarla dolu idi. On altı yaşımdan iyirmi yaşıma qədər ilk ədəbi təcrübələrimlə bir qalaq kağızı yazıb doldurdum, həm də bu müddət ərzində bütün dünya ədəbiyyatının yarısını oxudum, incəsənət tarixi, dillər, fəlsəfə ilə elə bir səylə məşğul oldum ki, bu mənə adi məktəb kursundan xeyli artıq şey verdi".

Herman Hesse "Yalquzaq" və "Muncuq oyunu" romanlarından başqa heç nə yazmasaydı belə dünyanın nəhəng yazıçılarından biri kimi tarixdə qalacaqdı.

Yazıçının "Muncuq oyunu" romanı XX əsrin əsas intellektual romanlarından biri hesab olunur.

# 3645 dəfə oxunub

Oxşar xəbərlər

Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

17:00 22 iyul 2026
Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

15:00 20 iyul 2026
Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

14:00 18 iyul 2026
Gəlinlik geyinməyən sevgi romanları ustası - O, niyə heç vaxt evlənmədi?

Gəlinlik geyinməyən sevgi romanları ustası - O, niyə heç vaxt evlənmədi?

10:00 18 iyul 2026
Düyü tarlalarından qlobal üsyana -  “Bella Ciao”nun əsl tarixi

Düyü tarlalarından qlobal üsyana - “Bella Ciao”nun əsl tarixi

18:00 16 iyul 2026
Ədalətli Daniel - Henrix Böllün hekayəsi

Ədalətli Daniel - Henrix Böllün hekayəsi

15:00 16 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər