"Boş yer"in təqdimatı keçirildi

"Boş yer"in  təqdimatı keçirildi
11 noyabr 2025
# 16:15

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycanın kino mühitində ilk dəfə olaraq tam yaradıcı və texniki heyəti tələbələrdən ibarət olan tammetrajlı bədii film – “Boş yer”in təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, filmin rejissoru Mərkəzin müəllimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kinorejissor Rəhman Fürqətoğludur.

Layihə gənclərin yaradıcılıq potensialının, peşə təhsilinin praktiki nəticələrinin, istehsalatda real bacarıqların nümayişi baxımından böyük əhəmiyyət kəsb edir. Film dövlət və sponsor dəstəyi olmadan, yalnız Mərkəzin imkanları və tələbələrin əməyilə ərsəyə gətirilib.

Ekran əsəri orijinal və dramatik hekayəsi ilə seçilir. “Boş Yer” hər iki valideynini itirmiş, yazıçı olmaq arzusu ilə yaşayan gənc Azərin həyatını əks etdirir. Film boyunca diqqətsizlik, sosial adaptasiya, psixoloji təcrid, insan münasibətləri kimi aktual mövzular vurğulanır. Tamaşaçı real həyat faktları və cəmiyyətin sosial davranış modelləri ilə üz-üzə qalır. Filmin xronometrajı 101 dəqiqədir. Ssenari müəllifi də – Rəhman Fürqətoğludur.

Təqdimat mərasimində çıxış edən Mərkəzin direktoru Pərviz Həmzəyev gənclərin yaradıcı layihələrdə iştirakının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, “Boş Yer” filmi peşə təlimlərinin nəticələrinin real istehsalat məhsuluna dönüşməsinin ən gözəl nümunəsidir. O bildirib ki, film təkcə bir kino işi deyil, tələbələrin praktiki bacarıqlarının, öz güclərinə inamının və komanda şəklində işləmə vərdişlərinin göstəricisidir.

Çıxışlar zamanı layihədə iştirak edən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulandı və filmin peşə təhsili sistemində yaradıcı ixtisasların inkişafına töhfə verəcəyi qeyd olundu.

# 1109 dəfə oxunub

Oxşar xəbərlər

“TRT Belgesel”in hazırladığı filmdə Qarabağ şəhidləri yad edildi

“TRT Belgesel”in hazırladığı filmdə Qarabağ şəhidləri yad edildi

17:00 13 fevral 2026
“Arzunun ardınca”  sənədli filmi nümayiş olundu

“Arzunun ardınca” sənədli filmi nümayiş olundu

16:30 13 fevral 2026
"F1"-in davamı çəkiləcək

"F1"-in davamı çəkiləcək

14:30 11 fevral 2026
Berlin Film Festivalında yarışacaq filmlər - Siyahı

Berlin Film Festivalında yarışacaq filmlər - Siyahı

12:54 11 fevral 2026
"Kinematoqrafiya haqqında”  Qanun dəyişir

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

15:05 10 fevral 2026
Qanunvericiliyə “Xarici film”  anlayışı daxil edilir

Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir

13:44 10 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər