Bir xanım tanışımın eşqbazlığı

Bir xanım tanışımın eşqbazlığı
8 yanvar 2013
# 11:31

İmprovizə

İctimai sektorda çalışan gözəl bir tanışım – Xanım T. yeni il tətilinin bir gecəsini məşhur barlardan birində keçirməyi və əjdaha ilinin yorğunluğunu canından çıxarmağı qarşısına ali məqsəd kimi qoymuşdu. Həm də tək-tənha gedəcəkdi bara... Axırı nə ola-ola! Getdi də! Halal olsun deyəlim!

Xanım T. elə bara girib qarışıq içkilərdən bir qədəh təzəcə nuş edibmiş ki, gözü cavan və yaraşıqlı bir oğlana sataşır. Oğlan da təkdir. O da içir. Xanım T. tanımadığı bu oğlana (şərti adını Cənab Z. qoyaq) yaxınlaşaraq çəkinmədən söyləyir: “Tanış olmaq olar?”

Cənab Z. təbii ki, tutulur əvvəlcə...

Xanım T. heç bir tərəddüd etmədən incə barmaqlarını oğlanın ətli dodaqlarında gəzdirir: “Silikon deyil ki?”

Cənab Z. çaşqınlıqdan yalnız gülümsəyir. Bir də onda ayılır ki, hələ adını öyrənmədiyi və kimliyini bilmədiyi xanımla dodaqları ilə bağlı mübahisə edir. Xanım T. inadkardır: “İnanmıram, silikon olmadığına əmin olmaq üçün sizi öpməliyəm!” Aaa... Cənab Z. doğrudan-doğruya ehtiyatlanmağa başlayır: “Sizcə çox irəli getmədiniz ki?”

Xanım T.: “Qətiyyən, mən bu gecəni səmimi qəlbdən səninlə keçirmək istəyirəm... Nə deyirsən?”

Cənab Z.-ni yenə gic gülmək tutur, ətrafına baxır görən onu dolamırlar ki! Xeyir, xanım israrlı və qətiyyətlidir.

“Hələlik, içək!” – Cənab T. çıxış yolunu belə tapır.

“İçək” – Xanım T. etiraz etmir.

İçərək tanış olurlar. Ortaq yazıçıları, müğənniləri, ikisinin də sevdiyi filmlər, hətta ortaq jurnalist dostları varmış... Cənab Z. də bir növü mətbuata yaxın adammış. Hərdən, idmandan-filan yazırmış.

İsinişirlər. İçki də bir yandan qafalarını dumanlandırmaqda. Bu zaman Xanım T.-dən daha bir ilginc təklif:

“Səni qaldığım evə dəvət edirəm! Gözəl bir gecə yaşamağa... Yeni ilin ilk günahına birlikdə bataq!” – və canalan bir qəhqəhə...

Cənab Z.-nin ağlına ilk gələn son dövrlərdə dəbə çevrilmiş video-filan haqq-hesabı olur. Ancaq qarşısındakı xanımın gözlərinə baxınca onun səmimi olduğuna inanır.

***

Xanım T.-nin evi... Vəd olunan kimi gözəldən də gözəl bir gecə! Silikon dodaqların əməllicə “yoxlanması”ndan tutmuş, daha nələr! Oh! Oh!

Səhər Xanım T. erkən qalxır. Qoşa divanın yaxınlığındakı kiçik mizin üstünə 50 dollar atır və saçlarını səliqəyə salaraq deyir:

“Canım, mən çıxmalıyam! Sənin üçün taksi pulu, bir az da xərclik qoydum! Hələlik, çıxanda qapını asta çəkərsən, bağlanacaq!”

Hələ yataqdan qalxmayan Cənab Z. çaşır:

“Anlamadım! Bu nə demək oldu? İndi biz bu münasibətin adını nə qoyaq?”

Xanım Z. səsini qaldırır:

“Nə oldu? Xoşuna gəlmədi? Kişilər edəndə olur, qadınlar edəndə yox? Hələlik. Tələsirəm. Əlvida. Məni unut, sanki biri-birimizi tanınmamışıq heç vaxt!”

“Sən məndən istifadə etdin demək?” – Cənab Z.-nin “silikon dodaqları” əsir.

“Necə sərf edirsə, elə düşün...” Xanım T. əsəbidir hətta.

Cənab Z.-nin səsi yumşalır:

“Amma mən sənin barəndə tamam fərqli şeylər düşünürdüm. Elə ilk tanışlığımızda. Sənin cəsarətin, azadlığın, səmimiyyətin məni valeh elədi. Hətta səninlə ailə qurmaq, uzun zamanlar bir yerdə yaşamağı xəyal etdim. Uşaq dünyaya gətirməyi belə...”

Xanım T. həyəcanlanır:

“Doğrudanmı? Doğrudanmı sən mənim barəmdə pis şeylər fikirləşmədin?”

“Əsla yox! Nəyə desən and içib əmin edə bilərəm!” – Cənab Z. paltarını geyinə-geyinə onu inandırmağa çalışır.

Nəhayət Xanım T. onu qucaqlayır:

“Sən gözəl oğlanmışsan! Bağışla məni, səninlə yaxşı davranmadım.”

“Allah bağışlasın. İndi mənimlə bir ömür yaşamağa razısanmı?”

Xanım T. Cənab Z.-nin alnından öpərək sevincək qışqırır:

“Əlbəttə! Əslində mən də görən kimi səndən xoşlandım. Bu adamı sevmək olar deyə düşündüm...”

Bu dəfə Cənab Z. səsini qaldırır:

“Nə oldu?! Mənə ibrət göstərirdin bayaqdan? Siz sentimentalsınız, qızım, boyunuzdan yuxarı atılmayın! Siz, biz kişilər kimi əclaf ola bilməzsiniz! Haydı. Salamat qal! Bu gözəl gecə üçün də təşəkkürlər!”

Cənab Z. xanımı dərin bir çaşqınlıq içində buraxıb mənzili tərk edir.

# 6039 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #