“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırıldı

“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırıldı
19 iyun 2026
# 20:20

“TEAS Press” Nəşriyyat Evinin gənc qələm adamlarına stimul vermək üçün ənənəvi olaraq həyata keçirdiyi “Gənclərin roman müsabiqəsi 3” başa çatıb və ilin qalibləri müəyyənləşib.

​Kulis.az xəbər verir ki, mükafatların təqdimat mərasimi “LIBRAFF” mağazalar şəbəkəsinin “Park Akademiya” filialında, tanınmış ədəbiyyat və sənət adamlarının, eləcə də media nümayəndələrinin iştirakı ilə keçirilib.

​Tədbiri giriş sözü ilə açan ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli müsabiqənin əhəmiyyətinə və təqdim olunan mətnlərin dil xüsusiyyətlərinə diqqət çəkib:

​“Həm dilimizin üslubi imkanları, həm qrammatik normaları, həm də ədəbi-bədii üslubun müxtəlif çalarları burada kifayət qədər geniş şəkildə öz əksini tapır. Bu əsərlərin bəziləri təkcə toxunduqları mövzulara verdikləri mesajlara görə deyil, həm də Azərbaycan dilinin bədii ədəbiyyatda işlənmə səviyyəsini nümayiş etdirmələrinə görə seçilirlər. Müsabiqənin təşkilatçılarına təşəkkür edir, iştirakçılara minnətdarlığımı bildirirəm ki, bir-birilərinə diqqət və dəstək göstərirlər. Eyni zamanda, bu müsabiqənin yekun tədbirinə toplaşan qələm adamlarına, oxuculara və ədəbiyyat təəssübkeşlərinə də təşəkkür edirəm ki, bu müsabiqəyə maraq göstərir, onun əhəmiyyətini bir daha vurğulayır və yekun mərhələdə iştirak etməklə bunu əməli şəkildə ifadə edirlər”.

​Daha sonra çıxış edən ədəbiyyatşünas Mətanət Vahid müsabiqə romanlarının keyfiyyətindən danışmaqla yanaşı, diqqətçəkən bir məqama – ədəbiyyata ayaq açan süni intellekt məsələsinə də toxunub:

​“Məndən tez-tez “indi hansı kitabı oxuyaq?” deyə soruşurlar. Mən çox rahatlıqla bu müsabiqədə qalib olmuş romanların adını verə bilirəm. Bəzən müsabiqəyə göndərilən romanlarda süni intellektdən istifadə edildiyini gördük. Əvvəlki illərdə yazılarda bu qədər süni intellektdən istifadə olunmurdu”.

​Filologiya üzrə fəlsəfə doktoru Əminə İbrahimli isə prosesin ədəbiyyatımıza qazandırdığı yeni imzalardan bəhs edib:
​“Düşünürəm ki, belə müsabiqələrin olması gənc müəlliflər üçün motivasiyadır. Bundan əvvəlki iki müsabiqədə də maraqlı imzalar gördük. Ümid edirəm ki, bu müsabiqə davamlı olacaq”.

​Mətbuat Şurasının sədri Rəşad Məcid öz növbəsində ölkədəki mütaliə prosesinə toxunaraq, nəşriyyatın bu işdəki rolunu xüsusi vurğulayıb:
​“Bu gün Azərbaycanda mütaliə vərdişinin formalaşdırılması və yazıçılığa marağın artırılması istiqamətində təkcə dövlət qurumları deyil, eyni zamanda, ictimai birliklər və özəl təşkilatlar da fəal iştirak edirlər. Bu qurumlar arasında “TEAS Press” nəşriyyatını xüsusilə qeyd etmək lazımdır. Bu müsabiqə gənc yazarlar üçün ciddi stimul yaradır. Birinci, ikinci və üçüncü yerlərin qalibləri üçün xüsusi pul mükafatları təsis edilib. Eyni zamanda, onların əsərləri kitab şəklində nəşr olunur. Ötən illərin qaliblərinin kitablarının yüksək poliqrafik keyfiyyətlə çap olunmasının şahidi olmuşuq. Burada həmçinin etibarlı, peşəkar və savadlı müəlliflər heyəti fəaliyyət göstərir”.

​Rəsmi və səmimi çıxışların ardından mükafatçılar elan edilib.

​Beləliklə, münsiflərin qərarına əsasən müsabiqənin üçlüyü bu cür formalaşıb:
​I yer: Vasif Zahidov – “Qaracağların köklərindəki pıçıltı” romanı
​II yer: Seymur Həmzəyev – “Gələn dəfə kral sənsən” romanı
​III yer: Namiq Səfərli – “Əncir ağacı” romanı

​Qaliblərə təkcə diplomlar deyil, həm də pul mükafatları təqdim olunub. Birincilik qazanan müəllifə 3000, ikinci yerin sahibinə 2000, üçüncü yerə isə 1500 manat pul mükafatı təqdim olunub.

​Ənənəyə sadiq qalaraq, baş mükafata layiq görülən roman tezliklə “TEAS Press” tərəfindən nəşr ediləcək və “LIBRAFF” mağazalarında oxucular üçün xüsusi təqdimat mərasimi keçiriləcək.

# 932 dəfə oxunub

Oxşar xəbərlər

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

16:50 26 sentyabr 2026
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

15:38 26 sentyabr 2026
Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

14:46 26 sentyabr 2026
Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

13:00 26 sentyabr 2026
Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər