news-inner
clock10:52 calendar-gray 19 Yanvar 2021 view-gray463 dəfə oxunub
view-gray463 dəfə oxunub

Nizami yenidən tədqiq edilməlidir - İradə Musayeva yazır...

Əslində hər bir dünyaşöhrətli Azərbaycan mütəfəkkirinin yubiley ilində əl-ayağa düşməyimizi və il başa çatan kimi çəkilib getməyi normal hal hesab etmirəm. Çox da uzaq olmayan “Nəsimi ili” praktikası bu fikrin təsdiqinə dəlalət edir.
Məzmuna, mahiyyətə deyil, forma və görüntüyə, eləcə də bəzi idarə və təşkilatlarda “yeyintiyə” hesablanan təşəbbüs və layihələr, tədbirlər planı aktuallığını saxlayacaqsa, deməli, “Nizami ili”ndə Nizami ilə bağlı on illərlə görülməsi vacib olan ancaq icra edilməyən fundamental işlər yenə arxa planda qalacaq.
Bu günün Azərbaycan və dünya oxucusuna N.Gəncəvi irsi, eləcə də Nizamişünaslıq mətnləri necə təqdim olunmalıdır? - sualı çıxır ortaya. 1940-cı illərdə Nizaminin 800 illik yubileyi ilə bağlı araşdırma və təqdimatların fonunda (80 il sonra) hansı fundamental nəşrlərlə qarşılaşacağıq? Sovet dövrü qadağa və tendensiyalılığı aradan qalxıb. Əgər bizim müstəqil, azad düşüncə prinsiplərinə dayanan ədəbiyyatşünaslığımız varsa, deməli, Nizami tamamilə yeni baxış bucağından və yenidən tədqiq edilməlidir. Sovetizm estetikasının və ideologiyasının tələbləri əsasında yazılan tədqiqatlarda Şeyx Nizami çox hallarda ateist düşüncəli, kommunizm ideologiyasının mistik təbliğatçısıtək tanıdılıb və həmin kitablar olduğutək təkrar-təkrar nəşr edilir. Nizaminin “pedoqoji görüşləri” sovet tədris proqramlarında bolşevizm ideologiyasının təbliği meyarları ilə “üst-üstə düşürdü”. Yəni uzun illər ərzində Nizami irsi ideoloji və siyasi məsələ kimi nəzarətdə saxlanılıb. Və hətta onun Azərbaycan, yoxsa fars şairi olması sualının vaxtaşırı gündəmə çıxmasını beynəlxalq münasibətlər məsələsi kimi qiymətləndirmək olar.
Mən şəxsən inanmıram ki, bu bir il ərzində aidiyyatı qurum və təşkilatlar Nizami yaradıcılığının tədqiqi və təbliği ilə bağlı bitməyən və yığılıb qalmış məsələləri həll edə bilsin.
Nizami irsinin Azərbaycan dilinə tərcüməsi ilə əlaqədar yaradılacaq komissiyada (əgər yaradılacaqsa!) mütəxəssislərin iradları və təklifləri əsasında mükəmməl redaktələr olmalıdır.
Nizaminin dünya elmi-ədəbi ictimaiyyətinə layiqli şəkildə təqdimatı üçün işlər görülməlidir. Məsələn, onun əsərlərinin dünya dillərinə tərcüməsi, eləcə də onun haqqında mükəmməl şəkildə tərtib olunmuş elmi məqalə və monoqrafiyaların tərcüməsi...
Dünya, xüsusən də rus ədəbiyyatşünas alimlərinin Nizami haqqındakı tədqiqatları toplanıb tərcümə olunmalı və nəşr ediməli idi. Özü də ən müasir dövrü də əhatə edən tədqiqatlarla bir yerdə. Bu məsələ ilə bağlı çox zaman eyni müəlliflərin (Bertels, Krımski...) adı çəkilir. Halbuki dünya ədəbiyyatşünaslığında (istər Şərq, istərsə də Qərb) Nizami mövzusuna müraciət davam etməkdədir.
Azərbaycanda Nizami Gəncəvinin əsərlərinin akademik nəşri məsələsi hansı mərhələdədir? Və ümumiyyətlə, bu iş görülürmü? Əlbəttə yox! Bir ilin içərisində bunu etmək bizim ədəbiyyatşünaslar üçün mümkünsüz olacaq. Bütün bu işlər üçün sərəncam gözləyənlər anlamalı idi ki, 2021-ci il gəlir qarşıdan və Nizamini dünyaya öz şairimiz kimi təqdim etməyin çoxlu fürsətli məqamları var. 4-5 il əvvəldən bu işləri reallaşdırmağa başlamalı idilər. Amma yəqin ki bu işlər hələ 4-5 il bundan sonra da normal şəkildə həyata keçirilməyəcək...
2021 ci ildə - “Nizami ili”ndə daha çox qarşılaşacağımız halları təxminən belə qruplaşdırıram:
1 . İdarə və təşkilatlar görüntü xarakterli, formalizmə əsaslanan tədbirlər keçirəcək.
2. Ədəbiyyat akademiklərinin bir neçəsi öz işçilərinin elmi potensialını “səfərbər” edib öz adlarına qalın-qalın cildlər nəşr etdirəcək və əslində Nizamini deyil, öz alim obrazlarını qabardacaqlar.
3. Çoxlu vədlər olacaq və o vədlər “sonrakı illər” bəhanəsi ilə heç vaxt reallaşmayacaq...
4. Sonda Nizami irsinin həqiqi tədqiqatçıları deyil, plagiatçılar mükafatlandırılacaq və s...
Bu siyahını uzada da bilərəm, amma ehtimallarımı kədərli notlarla bitirməmək üçün tam fərqli işlərin də həyata keçəcəyinə inandığımı bildirmək istəyirəm. İnanıram ki, barmaqla sayılacaq qədər az olan dəyərli alimlərimizin fədakarlığı hesabına “Nizami ili”ndə tarixə düşəcək işlər də görüləcək...
Mənim özümə gəldikdə isə, bildirmək istəyirəm ki, bir neçə il öncədən başladığım və bəzi hissələrini çap etdirdiyim “Nizaminin romanları” adlı araşdırmamı davam və çap etdirəcəm...
news-inner-user

18049 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
12:37 28 Fevral 2021
Karvan dayandı - Ənvər Məmmədxanlının hekayəsi
16:47 27 Fevral 2021
Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edildi - Foto
15:31 27 Fevral 2021
Azərbaycan yazıçıları Sankt-Peterburqun nüfuzlu ədəbiyyat müsabiqəsində - İlk dəfə
14:16 27 Fevral 2021
Məşhur klarnetçiyə ağır itki
13:04 27 Fevral 2021
Özünü efirə satmaq istəyən Xatirə İslam
12:30 27 Fevral 2021
Yazıçımızın Fransada romanı çıxdı
11:29 27 Fevral 2021
"Washington Post" Azərbaycan mətbəxindən yazdı
10:32 27 Fevral 2021
Cəfər Cabbarlı bu filmdə nəyə etiraz edirdi? – “Sevil”in kadrarxası
09:00 27 Fevral 2021
Çağırdım bir qadını qızlıq familyasıyla - Akif Əhmədgildən şeirlər
21:00 26 Fevral 2021
Rübabə Muradovanın qızı vəfat etdi
18:12 26 Fevral 2021
Rəmişdən xəbər var
18:07 26 Fevral 2021
Xocalı soyqırımına həsr olunmuş sərgi keçirildi
17:46 26 Fevral 2021
Bu filmlərə ağlamadan baxmaq olmur - Siyahı
17:01 26 Fevral 2021
58 illik türmə muzeyə çevrildi - Foto
16:21 26 Fevral 2021
Qadın obrazı olmayan əsər
15:40 26 Fevral 2021
Sevgilisi damarlarını doğradı, xanımı ona görə intihar etdi – Azərbaycanlı yazıçının film kimi həyatı
15:00 26 Fevral 2021
Xocalıdan olan yazıçının faciə ilə bağlı hekayəsi - Mətn
14:10 26 Fevral 2021
Okan Bayülgen həbs olunur
13:25 26 Fevral 2021
"Xocalı fəryadı" kompozisiyası təqdim olunacaq
12:37 26 Fevral 2021