news-inner
clock08:15 calendar-gray 21 Dekabr 2012 view-gray4045 dəfə oxunub
view-gray4045 dəfə oxunub

Aleksandr Demyanenkonun Şurik adlı bədbəxtliyi ARAŞDIRMA

Rusiyanın xalq artistidir. “Xalq qəhrəmanlarının obrazları qalereyasına görə” mükafatın sahibidir, amma yaddaşlarda yalnız Şurik kimi qalıb.

Uşaqlığı

1937-ci ildə SSRİ-də insanların fərdi şəkildə məhv edildiyi vaxtda Sverdlovskdə dünyaya gəlib. Atası Sergey Demyanenko Moskva Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdi. Vaxtilə ən yaxşı teatrlarda işləyib, konservatoriyada aktyorluqdan dərs deyib. Ömrünün sonlarında kütləvi səhnələrdə çıxırmış.

Saşanın atası həmişə qadınların sevimlisi olub, bunun da bəlasını oğul və ana çəkirmiş.

Saşa dünyaya gələndən sonra atası onları atıb ikinci dəfə ailə qurur. Həmin kəbindən daha bir qızı və oğlu dünyaya gəlir, amma ata tezliklə geri, öz ailəsinə qayıdır. Daha Saşanın iki doğma bacısı dünyaya gəlir. Sergey Demyanenkonun beş övladının hamısı bir-birinə mehriban davranırlar.

Ata üçüncü dəfə evlənmək qərarına gəlir. Bu dəfə həmin qadınla ömrünü başa vurur.

Atası onları atsa da Saşa həmişə atasının yanında olub, onunla bərabər tamaşalara gedib. Mədəniyyət Evinin nəzdində teatr dərnəyinə yazılıb, musiqi təhsili də alıb. Fortepianoda ifa edirmiş, yaxşı bariton səsi də varmış.

Orta məktəbi bitirəndə teatr müsabiqəsində iştirak edir, amma həyəcanlandığı üçün uğur qazana bilmir. Hirsindən sənədlərini Sverdlovsk Universitetinin hüquq fakültəsinə verir və qəbul olunur. Yarım il oxuyandan sonra anlayır ki, bu fakültə onluq deyil. Növbəti il Moskvaya yollanıb Kinematoqrafiya İnstitutuna qəbul olunur və ailəsinə məktub yazır ki, qayıdası olmadım, burda oxuyacağam.

Yaxşı tələbə deyildi, əslində yaxşı oxuyurdu, amma dərsə davamiyyəti bərbad idi. Onun qaibləri bütün kursun bir yerdə qaibindən çox olurdu. Amma ona hər şeyi bağışlayırdılar, çünki kurs rəhbəri Raevski onu çox sevir və istedadına güvənirdi.

İkinci kursda rejissor V. Naumov Aleksandrı “Külək” filmində Mitya roluna dəvət etdi. Bu rol həm tamaşaçının, həm də kinematoqrafın diqqətini Saşaya yönəltdi. Yeni qəhrəman tipi yarandı – qəhrəmanlığa hazır ciddi və savadlı bir gənc obrazı.

İnstitutu bitirəndən sonra üç il Moskva Mayakovski teatrında çalışdı, amma onu daha çox kino çəkirdi.

1961-ci ildə çəkildiyi bir film onu həm də xarici ölkələrdə tanıtdırdı, çünki kino Venesiya və Brüsseldə mükafat aldı. Ardınca daha iki filmə çəkildi, heç biri qarşıda onu gözləyən film qədər populyarlıq qazanmasa da baxımlı filmlər idi.

Tezliklə Demyanenko teatrı, həm də Moskvanı tərk edib Leninqrada köçdü. Əvvəla ona görə ki, daha çox “Lenfilm”də çəkilirdi, həm də ona görə ki, orda gənc aktyorun vacib bir problemini həll edib, ona mənzil verdilər.

Onu artıq küçədə tanıyırdılar, mağazalarda onun şəkilləri həkk olunmuş açıqcalar satılırdı. Gənc, prinsipial, ədalətli qəhrəmanları ilə tanınırdı, lap özü kimi. Əgər Qaydayla rastlaşmasaydı, bəlkə də taleyi tamam başqa cür davam edərdi.

Həmin illər Qayday bir-birinin ardınca komediyalar çəkirdi. Ssenari “Qeyri-ciddi əhvalatlar” adlanırdı. Əsas qəhrəman Vladik Arkov roluna 40 nəfər aktyor namizəd idi, aralarında Vitali Solomin, Aleksandr Lenkov, Evqeni Jarikov da vardı. Heç biri rejissoru qane etmədi. Bir gün Leonid Qayday Leninqradda Aleksandrı görür və qərar verir ki, axtardığını tapıb.

Demyanenko əslində əsmər idi, rola görə onu sarışın edirlər. Obrazın adını da dəyişib Şurik qoyurlar. “I əməliyyatı və Şurikin başqa macəraları” belə yarandı.

Sevimli Şurik

Saşa özü dəfələrlə deyib ki, Şuriki oynamayıb, ordakı hərəkətlər də özünə xasdır.

Qaydayın yaxınlarının dediyinə görə, Qayday özünü Şurik obrazında görürmüş. Onlar hər ikisi eynəkli intelligentlər idi. Hər ikisi kənardan ciddi görünürdülər, amma ağızlarını açan kimi ətrafdakılardan qaqqıltı qopardı.

Şurik obrazı Saşaya əfsanəvi, ağlasığmaz populyarlıq və uğur gətirdi.

Film o qədər sevildi ki, rejissor iki il sonra “Qafqaz əsiri və Şurikin yeni macəraları”nı çəkdi. Bir il sonra “İvan Vasilyeviç peşəsini dəyişir” filmi çıxdı ekranlara. Bütün bu filmlər Sovet komediya filmlərinin qızıl fonduna daxil oldu.

Şurik yarlığı Demyanenkonun üstünə ömürlük yapışdırıldı.

Küçədə ona yaxınlaşır, zarafat edir, “sən”lə danışırdılar, gah qulağını dartır, gah eynəyini götürürdülər. Təbiətcə ciddi, danışmağı belə sevməyən adamla bu cür yersiz zarafatlar onu məhv edirdi. Bu sərhədsiz populyarlıq onu dəli edirdi. Dalğanı saxlamaq isə mümkün deyildi.

Tezliklə uğurlu obrazı Aleksandr Demyanenkonun faciəsinə çevrildi.

Çox ciddi film rejissorları Saşanı filmlərinə çəkmək fikrindən yayındılar. Qorxurdular ki, istənilən filmdə, istənilən obrazla Saşanı Şurikdir deyə göstərəcəklər və bu yarlıq onun obrazının görünməyinə imkan verməyəcək. Onun özünə belə də deyirdilər: “Sən neyləyirsən rolu, o qədər populyarsan ki, deyəcəklər filan rolda Şurikdir”.

Dublyajlarda çox iştirak edirdi. Onun səsi ilə Belmando, Omar Şarif, Rober De Niro və bir çox dünya kino ulduzları danışıblar.

Ömrünün axırına qədər 73 filmə çəkildi, amma yenə Şurik daş kimi boynundan asılıb ona ağırlıq gətirdi.

“Lenfilm”dən getməyi də bununla bağlı oldu. Bir müddət teatrda çalışdı, bir gün teatrın direktoru ona “mən sizi teatrda görmürəm, yalnız Şurik gəlir göz önünə”,- dedi. Demyanenko bu sözdən öz payını götürüb teatrı da tərk etdi.

Şəxsi həyatı

İlk xanımı ilə hələ pionerlər evində tanış olmuşdu və sonra evlənmişdilər.

Onunla 16 il yaşayandan sonra onu başqasına dəyişib, lap atası kimi, evdən çamadan dolu paltarını götürüb çıxıb. İkinci xanımı rejissor assistenti idi, dublyajda tanış olmuşdular. Ludmila Akimova xatırlayır ki, onlar birlikdə olduqları müddətdə heç vaxt bir-birindən inciməyiblər, sözləri çəp gəlməyib: “Qastrollardan qayıdanda bunu birlikdə bayram edərdik ki, nə yaxşı bir yerdəyik”.

Aleksandrın özünün övladı yoxdur, arvadının qızına öz övladı kimi münasibətdə olub.

Ciddi, xeyirxah, xahişlərdən imtina edə bilməyən humanist insan olub. Klassik musiqini, bir də rekviyem dinləməyi sevərmiş.

Bir dəfə qastrol vaxtı imkanlı insanlar ona maşın bağışlamaq istəyirlər, Saşa çox mədəni şəkildə imtina edir.

Təsadüfi görüşlərdən qaçarmış, ömründə lətifə danışmayıb, sevmirmiş lətif danışmağı. Hətta dostu Nikulinin “Ağ popuqay” verilişinə getməkdən də imtina edib, çünki komediya verilişi idi. Ciddi, intellektual verilişlərdə iştirak etməyi sevirmiş, çünki erudisiyalı insan idi.

Heç kim heç vaxt bilməyib ki, onun ürəyində problem var. Yalnız göz əməliyyatı keçiribmiş, çünki gözlərinin tor qişasında ciddi problemlər varmış.

Son çəkildiyi “Çiyələk” serialı oldu. Sinəsindəki ağrılardan bezib həkimə müraciət edəndə məlum oldu ki, ikinci infarkt ərəfəsindədir, birincini elə ayaq üstdə keçirib, heç özü də fərqinə varmadan.

Şuntlama əməliyyatını payıza saxladılar ki, havalar sərinləsin. 1999-cu ilin yayı dəhşətli istilər vardı. Bəlkə həkimlər bilə-bilə belə elədilər, payıza qədər yaşamadı Şurik, avqust istilərində dəyişdi dünyasını.

Dəfninə yüzlərlə adam gəlmişdi. Hamı haqqında xoş sözlər deyir, göz yaşları tökürdülər.

Sonuncu müsahibəsində özü belə deyib: “60 yaşım var, hələ də Şurikəm. Cavanlıqda bu məni əsəbiləşdirirdi, amma indi düşünürəm ki, məni belə tanımaq insanların üzünə təbəssüm gətirirsə qoy olsun”.

Oxşar xəbərlər

Xəbər lenti

On beş ilin salamı – Kənan Hacı yazır
16:33 13 İyul 2020
Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı - Samirə Əşrəf yazır...
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020
Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
10:30 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:34 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020