writer1

Ulucay Akif

Məqalə sayı

50
clock11:47 calendar-gray 13 Noyabr 2020 view-gray7126 dəfə oxunub
view-gray7126 dəfə oxunub

Polad Bülbüloğlu gerçəyi

Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Dağlıq Qarabağ münaqişəsi haqqındakı çıxışı cəmiyyətin böyük qismində narazılığa, hətta hiddətə səbəb oldu.

İnsanların Polad Bülbüloğlunun sözlərinə belə əsəbi reaksiya verməsi isə əslində çox yaxşı haldır. Bu, cəmiyyətin oyaq və ayıq olmasının göstəricisidir.

Danılmaz faktdır ki, sosial şəbəkələr insanlarımızın daha gözüaçıq olmasına kömək edir. Hər hansı bir hadisədən, ya da nüfuzlu bir şəxsin sözlərindən sonra insanlar tez onu müzakirəyə çıxarır və qiymətləndirir. Bəzən insanlar arasında fikir ayrılığının yaranması, bir məsələ ətrafında iki, üç, hətta daha çox cəbhənin yaranması belə çox yaxşıdır.

“Xalqın gözü tərəzidir” deyimi də elə buna görədir. Biz hadisələri müzakirə edərək, öz aramızda dartışaraq, həqiqəti üzə çıxarmağa çalışırıq. Ən gözəli isə odur ki, bizim müzakirələrimiz nəticəsiz qalmır.

Son hadisələr göstərir ki, yuxarı dairələr insanların sosial şəbəkələrdəki reaksiyalarını haqlı olaraq diqqətlə izləyirlər və nəzərə alırlar.

Son illərdə dəfələrlə şahid olduq ki, məmurların, siyasi, ictimai nüfuzu olan insanların xalqa xoş getməyəcək ifadələri, açıqlamaları, loru dildə desək “quşlamaları”, ya da hərəkətləri onlar üçün fəsadsız ötüşmədi. İctimai qınaq, hiddət, linç edilmək öz bəhrəsini verdi.

Nümunələr çoxdur:

“Çində camaat uşaq sayına görə vergi ödəyir, sizsə bizdən uşaq pulu istəyirsiz?” - deyən sabiq millət vəkili Hadı Rəcəbli,

"Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil". - BNA-nın sabiq şöbə müdiri Hikmət Babayev

“İlhamə Quliyeva da şəhiddir” - deyən sabiq nazir Əbülfəs Qarayev...

Siyahını uzatmaq olar, amma buna ehtiyac görmürəm. Bütün bu adların, daha doğrusu, vəzifələrin qarşısındakı “sabiq” sözü ictimai fikrin nə dərəcədə diqqətə alındığına ən bariz sübutdur.

Cəmiyyət bu ayıqlığını heç vaxt əldən verməməlidir, çünki bundan sonra hamımızın çiyninə daha böyük məsuliyyət düşür. Biz bütün mənfi cəhətlərimizi bir-bir aradan qaldırmalıyıq. Məmur özbaşınalığının da, korrupsiyanın da, cahilliyin də kökünü ancaq birlik olaraq kəsə bilərik.

Bəzən fikirlərimiz, düşüncələrimiz üst-üstə düşməsə belə bir olmağa məcburuq, çünki bizim göydə Allah, yerdə özümüzdən başqa heç kimimiz yoxdur, çünki biz bundan sonra Qarabağa layiq olmalıyıq.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Sabir Əhmədli işğaldakı rayonuna necə qayıtdı?
16:32 17 Aprel 2021
Sirk ustaları bir araya gəldi
14:19 17 Aprel 2021
Şəhid polkovnikin təsirli piano ifası yayıldı - Video
13:28 17 Aprel 2021
Əsəbi gün - Humay Quliyevanın yazısı
12:30 17 Aprel 2021
Gözləri görməyən laçınlı şairin yurd gəzintisi
11:01 17 Aprel 2021
UNESCO Azərbaycan teatrının layihəsini qəbul etdi
10:29 17 Aprel 2021
Ağadadaşın kişi sözü – Elçindən yeni hekayə
09:00 17 Aprel 2021
“Nadir şah. Avşar dövləti” adlı kitab çap olunub
18:53 16 Aprel 2021
Prezident Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
18:41 16 Aprel 2021
Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub - Foto
18:17 16 Aprel 2021
Filmimiz Rotterdam Beynəlxalq Film Festivalında
17:29 16 Aprel 2021
Klinton ilk romanını nəşrə hazırlayır: "Terror dövləti" - Foto
16:37 16 Aprel 2021
Azərbaycanlı qadının fotosu Türkiyədə “İlin media fotosu” seçildi - Video
15:49 16 Aprel 2021
Təzəpirdə sinə vurdu, qızlarına görə Moskvada yaşamaqdan imtina etdi, atası onunla işləmək istəmədi – Tanımadığımız Eldar Quliyev
15:01 16 Aprel 2021
Yazıçıya vəzifə verildi
14:47 16 Aprel 2021
Qarabağda qırılan tut ağaclarına elegiya
14:31 16 Aprel 2021
Əməliyyatdan çıxan Zümrüd: “Xərçəng deyiləm” - Açıqlama
13:49 16 Aprel 2021
Həmid Herisçi Seymur Baycandan danışdı: “Təəssüf ki...”
13:02 16 Aprel 2021
Şimşəkdən sonra - İlham Əzizin yeni hekayəsi
12:16 16 Aprel 2021
Eldar Quliyev Fəxri Xiyabanda dəfn olunmayacaq
11:34 16 Aprel 2021