writer1

Elçin

Məqalə sayı

24
clock11:01 calendar-gray 20 Oktyabr 2020 view-gray637 dəfə oxunub
view-gray637 dəfə oxunub

Qadını yırtıcıya çevrilən xalq

Kulis.az Xalq yazıçısı Elçinin “Xalqın qələbəsi və xalqın faciəsi” adlı yazısını təqdim edir.

Bu gün Azərbaycan heç vaxt olmadığı dərəcədə birdir və bu birlik genetik özünümüdafiə və milli təəssübkeşlik hissini, gələcək nəsillər qarşısında məsuliyyət hissini silkələyib oyadır. Bu birlik şəxsi ədavətləri, kin-küdurəti, dedi-qodunu, böhtanları bir kənara atır və baxın telekanallara, mətbuata, sosial şəbəkəyə – fikirlər, mülahizələr, düşüncələr, istəklər şəxsi yox, xalq mənafeyi naminə söylənir, sevinc də, nigarançılıq da, həyəcan da yalnız şəxsin yox, xalqın sevinci və həyəcanıdır.

Əgər bu gün övladını itirmiş ana: «Vətən var olsun!» deyirsə, əgər bu gün ocağı dağıdılmış ata: «Bu ev-eşik əsgərimizin dırnağına da dəyməz!» - deyirsə, bu, həmin birliyin mənəvi miqyasının göstəricisidir.

Bizim müasir dünyamız ikili siyasi standartlar dünyasıdır.

Şimali İrlandiya xalqı Böyük Britaniyadan ayrılmaq, öz əzəli torpağında müstəqil yaşamaq istəyir - dərhal dövlətlərin ərazi bütövlüyünün dəyişməzliyi yada düşür.

Kataloniya xalqı səs verərək, İspaniyadan ayrılmaq, öz əzəli torpağında müstəqil yaşamaq istəyir, yenə də dərhal ərazi bütövlüyünün dəyişməzliyi əldə bayraq edilir. Erməni millətçiliyi başqa bir dövlətin ərazisində ikinci bir dövlət yaratmaq istəyir, ancaq həmin ərazi bütövlüyünün dəyişməzliyi nəinki yada düşmür, bir çox hallarda açıq, ya da dolayısı ilə müdafiə olunur, Avropanın böyük bir dövlətinin başçısı haray salır ki, Azərbaycan Qarabağı işğal etmək istəyir. Avropanın ən geridə qalmış ölkələrinə Avropa İttifaqının qapıları taybatay açılır, onlar İttifaqa üzv qəbul edilir, Türkiyə isə min bir bəhanə ilə kənarlaşdırılır. İki NATO ölkəsi – Türkiyə ilə Yunanıstan arasında gərginlik yarananda elə həmin NATO ölkələrinin üzvləri yenə də ya açıq, ya da dolayısı ilə Yunanıstanı müdafiə edir.

Bu ikili standartlar dünyasında həmin standartlardan çəkinməyərək, onlarla barışmayaraq, öz xalqının taleyi ilə bağlı siyasi iradəni ortaya qoymaq, tarixi cəsarət, fədakarlıq və inam tələb edir.

Prezident İlham Əliyev bu siyasi iradəni bütün sərtliyi və qətiliyi ilə ortaya qoydu və Azərbaycan birliyinə nail oldu, Ermənistan təcavüzünə qarşı savaş Vətən müharibəsinə çevrildi. Bu müharibədə bizim ən böyük müttəfiqimiz – həqiqətdir və İlham Əliyevin təmiz ana dilində, təmiz ingilis dilində, təmiz rus dilindəki çıxışları bu həqiqəti dünya ictimaiyyətinə çatdırır, bu həqiqəti həmin ikili standartların üzünə çırpır.

Bu çıxışlar həqiqətin qələbəsidir və bizim cəbhə qələbələrimiz də bu həqiqətin təsdiqidir.

Cəbrayılın, Hadrutun, Füzulinin, bir çox kəndlərimizin işğaldan azad olunması, əslində, Azərbaycanın yeni tarixinin başlancığıdır və erməni millətçiliyinin bütün cidd-cəhdinə baxmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü əldə edəcək.

Xalq qələbə çalacaq.

Ancaq bundan sonra da Azərbaycan qələbələri davam edəcək – siyasi qələbələri, mədəni, elmi, iqtisadi qələbələri və Azərbaycan sivil bir Avropa ölkəsi kimi dünya birliyində öz layiqli yerini daha artıq möhkəmlədəcək, daha artıq nüfuz və hörmət qazanacaq, çünki o siyasi iradənin miqyası geniş və çoxcəhətlidir.

İlham Əliyevin ortaya qoyduğu bu siyasi iradə xalqı ordunun güvənc yerinə, ordunu da xalqın güvənc yerinə çevirdi.

Xudafərin körpüsü Azərbaycanı yenə öz tarixi keçmişi ilə birləşdirdi.

Bu siyasi iradə Azərbaycanla Türkiyə arasındakı qardaşlığı da daha artıq doğmalaşdırdı və münasibətlər daha əməli, işgüzar və daha fərəhli bir mərhələyə keçdi.

Biz yaxşı bilirik ki, atalar sözu yüzilliklərin sınağından keçərək özünü təsdiq edir, ancaq baxın, «Bir millət, iki dövlət» sözləri qısa bir müddətdə Azərbaycanda da, Türkiyədə də atalar sözünə çevrildi və bu gün Ulu öndərin yaratdığı bu atalar sözü yeni çalarlar əldə etdi, münasibətlərə yeni və isti nəfəs verdi.

Bu günlərdə mən xəbərlərdə oxudum ki, Ermənistanın yazıldığına görə tanınmış jurnalisti Yeva Abramyan Gəncəyə raket atılarkən uşaqların, qadınların da qətlə yetirilməsindən ruhlanaraq, orduya çağırış edib ki, Azərbaycanın dinc əhalisini daha artıq qətlə yetirmək, onlara daha artıq raketlər atmaq lazımdır.

Doğrusu, bu çağırış mənə çox təsir etdi: qərəz qadını, yəni ananı yırtıcıya çevirib.

Və mən fikirləşdim ki, qadını yırtıcıya çevrilmiş xalq – əbədi olaraq məğlub xalqa çevrilir.

Xalq üçün bundan böyük faciə ola bilməz.

18 oktyabr 2020

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Pənahəli xanın dağıdılmış imarəti
18:37 26 Noyabr 2020
Müvəqqəti komendantlıqlar üzrə iclas keçirildi
17:49 26 Noyabr 2020
Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ən gözəl Kəlbəcər şeirləri
17:01 26 Noyabr 2020
Döyüşçü oğlunu ağladan səbəb - Hekayə
16:17 26 Noyabr 2020
“Qarabağ”ın Qarabağ qələbəsi – Ulucay yazır...
15:34 26 Noyabr 2020
İstedadı ilə hamını heyrətləndirən, iki dəqiqəyə qızların sevimlisinə çevrilən, gənc yaşında “yüksək doza”dan ölən azərbaycanlı şair – Maraqlı faktlar
14:53 26 Noyabr 2020
"Can Azərbaycan" adlı müsabiqə elan olundu
14:10 26 Noyabr 2020
Qəriblik - Əli Şirindən şeir-esse
13:32 26 Noyabr 2020
Xalq artistindən sürpriz Şuşa açıqlaması
12:53 26 Noyabr 2020
Cavanşir Quliyev: "Bakıda lazım olduğuma əmin deyiləm" - Müsahibə
12:11 26 Noyabr 2020
Əməkdar artist vəfat etdi
11:39 26 Noyabr 2020
Aqşindən Seymur Baycana reaksiya: "Onu oxumuram"
11:09 26 Noyabr 2020
Xəlil Rza Ulutürkün bacısı dünyasını dəyişdi
10:17 26 Noyabr 2020
Maradonanın ən böyük peşmanlığı - Ayxan Ayvaz yazır...
10:00 26 Noyabr 2020
Bombardmandan Azərbaycan bayrağını çıxaran gəncəli Xəyyam: “Gördüm, qızımın başından qan axır”
09:00 26 Noyabr 2020
İşğaldan azad olunan 700 yaşlı abidəmiz
18:52 25 Noyabr 2020
“Can Qarabağ” deyən uşaqlar
18:10 25 Noyabr 2020
Erməniyə zorla ərə verilən qızın Xocalıdan qaçış planı - Yeni hekayə
17:29 25 Noyabr 2020
Azərbaycanlı yazarın pyesi Batumidə tamaşaya qoyulacaq
16:49 25 Noyabr 2020
Azərbaycanlı yazıçı dünyasını dəyişdi
16:04 25 Noyabr 2020