Kantri musiqisinin dünyaca məşhur siması Dolli Partonun kiçik bacısı Stella Parton xərçəng xəstəliyindən vəfat edən bacısının son günləri ilə bağlı xatirələrini bölüşüb.
Kulis.az xəbər verir ki, o, "Facebook" hesabındakı vidalaşma mesajında 80 yaşında həyatını itirən bacısının ömrünün son anlarında belə başqalarına kömək etməyi düşündüyünü açıqlayıb.
11 uşaqlı ailənin nümayəndəsi olan Stella, Dollinin sağalmaq ümidi qalmadığı halda belə gələcəkdə digər xərçəng xəstələrinə fayda verə biləcəyi düşüncəsilə həkimlərin üzərində təcrübə dərmanlarını sınamasına icazə verdiyini bildirib.
Bacısının hər zaman başqalarını düşündüyünü vurğulayan Stella onun tanıdığı ən xeyirxah insan olduğunu qeyd edib.
Xatırladaq ki, Neşvildəki "Vanderbilt-Ingram" Xərçəng Mərkəzində qısa sürən müalicədən sonra vəfat edən ulduzun ardından Donald Tramp, Co Bayden, Pol Makkartni, Selin Dion, Elton Con, Emınem, Teylor Svift və Beyonse kimi bir çox tanınmış simalar başsağlığı mesajları yayımlayıblar.
Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə
Oxşar xəbərlər
Tanınmış sosial media fenomeni həbs olundu
18:46
27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək
18:23
27 noyabr 2026
“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi
17:58
27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı
17:19
27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb
16:37
27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı
15:52
27 noyabr 2026