Peterburqda susan Azərbaycan tarı: Onun məzar yerini unutmayın! 

Peterburqda susan Azərbaycan tarı: Onun məzar yerini unutmayın! 
22 sentyabr 2020
# 13:41

Kulis.az Şahnaz Kamalın Sankt-Peterburqda yaşayıb-yaradan tarzən Faiq Çələbi haqda xatirə-yazısını təqdim edir.

Bu yazını Faiq müəllimin ifasını dinləyə-dinləyə, sevginin, minnətdarlığın, heyranlığın, kədərin birləşdiyi bir hisslə yazıram.

Faiq Çələbi ilə 2013-cü ildə tanış olmuşdum. Milli Muxtariyyətin təşkil etdiyi bazar günü məktəbində çalışırdıq. Faiq müəllim musiqini tədris edirdi, mən Azərbaycan ədəbiyyatını. O məktəbdə qısa müddət işləsəm də, Faiq müəllimlə münasibətim sonralar da davam etdi. Faiq müəllim dəfələrlə Mayakovski adına kütləvi kitabxanada təşkil etdiyim tədbirlərdə iştirak etmişdi. Gözəl tar çalırdı, əvəzedilməz tar ustası idi. Sadəcə tarzən deyildi, alim-tarzən idi. Özü də belə deyərdi.

2014-ci ildə Bakıda “1905.az” portalının rəhbəri Fuad Babayevlə görüşəndə, portalla əməkdaşlıq etməmi, Peterburqda yaşayan azərbaycanlılar haqqında yazmamı, müsahibə götürməmi təklif etdi. Məmnuniyyətlə razılaşdım. İlk ağlıma gələn insan Faiq Çələbi oldu. Peterburqa qayıdanda Faiq müəllimə zəng edib müsahibə almaq istədiyimi dedim. Razılaşdı. Qərara gəldik ki, işlədiyi universitetin yanında, sakit bir kafedə oturaq, söhbətləşək. Elə də etdik.


Faiq Çələbi 16 aprel 1948-ci ildə Şəki şəhərində doğulub.

1980-ci ildə Asəf Zeynallı adına musiqi məktəbini, 1985-ci ildə Üzeyir Hacıbəyov adına konservatoriyanın tar sinfini bitirib.

1985-ci ildən Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan və işləyən Faiq Çələbi Gertsen adına Rusiya Pedaqoji Universitetinin etno-kulturologiya kafedrasının professoru, sənətşünaslıq elmləri doktoru, Rusiya incəsənət tarixi institutunun aparıcı elmi işçisi idi.

1999-cu ildə müdafiə etdiyi namizədlik dissertasiyasının mövzusu “Azərbaycan rəngləri: musiqi formasının problemləri”, 2009-cu ildə müdafiə etdiyi doktorluq işinin mövzusu isə “Dəsgahın morfologiyası” olub.

Həmin gün xeyli söhbət etdik. Danışdıqlarımızın bir hissəsini müsahibə kimi yazdım. Digər hissəsini isə Faiq müəllimin - əvəzedilməz incəsənət xadiminin, böyük həyat təcürbəsi olan gözəl insanın, dəyərli azərbaycanlının qiymətli tövsiyyələri kimi yaddaşıma yazdım.

2018-i ilin mayında Sankt-Peterburqda, Mayakovski adına kitabxanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və elə bu münasibətlə Sankt-Peterburqda nəşr etdirdiyim “Azerbaydjanskaya Respublika - 100” kitabının təqdimat mərasimini təşkil etmişdim. Proqramı hazırlayanda Faiq müəllimə zəng edib tədbirə dəvət etdim, xahiş etdim, çıxış da, ifa da etsin.

“Son zamanlar heç yerdə ifa etmirəm,- dedi, - amma sənin sözünü yerə salmaram. Özü də, belə bir gündə, belə bir bayramda.”

O, tədbirə də gəldi, tarda da gözəl ifa etdi.

Sonralar da Faiq müəllimlə görüşür, telefonla əlaqə saxlayardım. Son zəngim bu ilin martında oldu. Zəng edib Novruz bayramını təbrik etdim. Əhvalını soruşdum.

- Ağrıyıram, - dedi, - ayağım məni bərk incidir.

Yadımdadır, Sankt-Peterburq dövlət universitetində konfrans idi. Konfransın açlışı günü Faiq Çələbi tarda ifa etdi. Zal, sanki, nəfəsini içinə çəkib dinləyirdi. İfa bitəndə alqış səsləri qocaman universitetin divarlarını titrətdi.

30 iyul 2020-ci ildə Faiq müəllimin bizi tərk etdi.

Mən bu hadisədən gec xəbər tutdum, böyük alim-tarzəni son mənzilə yola salanda orada ola bilmədim.

Daha sonra Faiq müəllimin qəbrini ziyarət etmək üçün ailəsi ilə əlaqə saxlamağa çalışdım. Bir gün onun öz nömrəsinə zəng etdim. Cavab verdilər! Xanımı idi - Nadejda xanım.

Özümü təqdim etdim, istəyimi bildirdim. Sağ olsun, dərhal razılaşdı. Vədələşib görüşdük. Birlikdə Faiq müəllimin dəfn olunduğu məzarlığa getdik.

Faiq Çələbi Beloostrovskiy qəbiristanlığında, müsəlmanların dəfn olunduğu onuncu sahədə, birinci kvartalda dəfn olunub. Məzarın yerini niyə belə dəqiq yazıram? Mirzə Kazım bəyin qəbrini axtararkən belə bir məlumatın nə qədər önəmli olduğunun fərqinə vardım. Qəbirlər itə, qəbiristanlıq dağıla bilər. Ancaq şəxsiyyətlərin harada dəfn olunduğunu, təxmini də olsa, bilmək çox önəmlidir.

Biz gedəndə də, dönəndə də Nadejda xanım Faiq müəllimdən danışdı. Xatirələr bitmək bilmirdi, bitməyəcəkdi də...

Xatirələr insan ömründən də uzun olur bəzən...

Daha Peterburqda Faiq müəllimin tarı səslənməyəcək. Bu, çox acıdır, ağrıdıcıdır.

Siz, cismən bizimlə olmasanız da, əziz xatirəniz qəlbimizdə, tarınızın səsi həmişə qulağımızdadır, Faiq müəllim!

Xatirənizə sayğılar!

# 3404 dəfə oxunub

Oxşar xəbərlər

Nadir Yalçının “Lal ev”  hekayələr kitabının təqdimatı oldu

Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı oldu

19:35 20 dekabr 2025
Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si

Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si

14:14 20 dekabr 2025
"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

12:00 20 dekabr 2025
Meyxanaçı Kərim dəfn edildi

Meyxanaçı Kərim dəfn edildi

11:49 20 dekabr 2025
Anadan gizli evlilik, övlad itkisi və yarımçıq qalan sevda – Nizami Rəmzi kimdir?

Anadan gizli evlilik, övlad itkisi və yarımçıq qalan sevda – Nizami Rəmzi kimdir?

11:06 20 dekabr 2025
Yutubun fəaliyyətində problemlər yaranıb

Yutubun fəaliyyətində problemlər yaranıb

10:02 20 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər