"Sevməyin, ay əclaflar, bizi gözləyən qadınları..." - Elşən Mehdi yazır...

"Sevməyin, ay əclaflar, bizi gözləyən qadınları..." - Elşən Mehdi yazır...
8 iyun 2020
# 11:36

Kulis.az Elşən Mehdinin çağdaş Azərbaycan poeziyasında xüsusi yeri olan 3 şeir haqqında silsilə yazılarını təqdim edir. İkinci yazı Zahir Əzəmətin "Əsgər məktubu" şeirindən bəhs edir. İlk yazı isə Həmid Herisçinin "Mehdi Hüseynzadənin sonu" şeiri haqqındadır.

Sizə zəfər gətirəcəyik
bizə məktub yazın heç olmasa
sətirlərdən ürəyiniz boy versin
səbirlə dinləyin şikəst qayıdan
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını
üz çevirib getməyin uşaqlarımız dilənəndə
su verin
çörək verin!
atalarımıza siqaret
analarımıza ürək dirək verin…

sizə zəfər gətirəcəyik
bizə barıt qoxusu dadmayan
səhər saxlayın
bir az günəş
bir az dəniz…
bir az da soyuq xırdalan pivəsi
şəxsən mənim üçün
və sevməyin ay əclaflar,
bizi gözləyən qadınları...


Sənət gizlətmək istedadıdır həm də. Bunu Nuri Bilge Ceylan demişdi. Bu şeirdə topun, güllənin, ölümün içindəki kişi uğrunda döyüşdüyü dəyərlər üçün ürəyinin uçunduğunu yazır. Uğrunda döyüşdüyü bəzi adamları isə xain hesab edir. Ya da potensial düşmən, yumşaq desəm, rəqib.
Nədənsə ikinci şeir də müharibədən çıxarışdı.

Sizə zəfər gətirəcəyik.

Qarabağ savaşı dönəmində bundan böyük sevinc ola bilməzdi. Şeir ilk misradan ən böyük vədlə başlasa da, bu vədin altında inamsız, zahiri məğrur, daxili narahat və kədərli bir kişi - əsgər var. İnsan yanındakı ötəri rahatlığa, uzaqdakı böyük sevincdən, xoşbəxtlikdən daha çox inanır - babamızın o qadağan olunmuş meyvəni yediyi kimi, hardasa. Eyni müstəvidə bizim əsgər də döyüşdə olduğu üçün qələbəyə yaxın olduğuna inanır. Bu böyük mükafatın qarşılığında isə çox az şeylər istəyir. Ancaq bütün bunlar ən vacib sözü demək üçün hazırlıqdı.

bizə məktub yazın heç olmasa....
...atalarımıza siqaret
analarımıza ürək-dirək verin.

Şeirin ikinci hissəsindəki giriş isə bir başqa cür möhtəşəmdir.

Bizə barıt qoxusu dadmayan səhər saxlayın
bir az günəş
bir az dəniz.

Diogenin İsgəndərə günəşin qarşısından çəkil deməyindən tutmuş, Nazim Hikmətin “Torpaq, günəş və mən bəxtiyaram” yazmağınacan uzun müddət bir məkanda yaxud ağır şəraitdə qalan adamlar xoşbəxtliyin aya, günəşə, dənizə, göyə baxmaq olduğunu anlayıb. Bir az günəş, bir az dəniz.

Şeir boyu əlindən gələn ən böyük şeyi - zəfəri gətirəcəyini söz verib, xırda xahişlər edən əsgər bəlkə də bütün bu məktubu sonuncu cümləsini demək üçün yazır. Zalım şah qabağındakı acizlik və dikbaşlıq! Sanki, bir uşaq özündən böyük adamın əlindən xilas olmağa çalışır, yalvarsa da söyür. İçindəki o qürurlu kişi ilə qarşılaşdığı an real təhlükə yaranır. Və deyir:

Və sevməyin, ay əclaflar
bizi gözləyən qadınları...

# 5807 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər