news-inner
clock13:33 calendar-gray 27 Mart 2020 view-gray23972 dəfə oxunub
view-gray23972 dəfə oxunub

Atasına görə adı dəyişdirildi, sevdiyi oğlan Səməd Vurğunun qızıyla nişanlandı, 40 yaşda ailə qurdu – Müğənnimizin film kimi həyatı

Bu gün məşhur Azərbaycan müğənnisi Nərminə Məmmədovanın anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Onu müasir dinləyici daha çox əslən Kərkükdən olan müğənni Sinan Səidlə oxuduğu duetdən tanıyır: “Evlərinin dalı yonca...” İxtisasca şərqşünas olan Sinan Səid dövlət televiziyasında işləyən dostlarının xahişi ilə bir neçə Kərkük mahnısını lentə yazdırmalı olur. Lakin sözügedən mahnını duet oxumaq üçün istədiyi səsi tapa bilmir. Ona görə tərəddüd edir. 1963-cü ilin adi günlərinin birində televiziyanın koridorundan keçərkən xorda oxuyan gənc bir səs eşidir və necə ilhama gəlirsə, dueti yazdıracağına qərar verir. O qız Nərminə Məmmədova idi və bir azdan hamımızı valeh edən “Evlərinin dalı yonca” mahnısı lentə alınacaqdı...

***

Nərminənin ifasını bəzən Şövkət xanımla səhv salırdılar. Hətta deyilənə görə, bir dəfə Şövkət Ələkbərova ona zəng vurub “Ay Nərminə, o gün radioda oxuyurdun, çaşdım, elə bildim oxuyan mənəm” deyibmiş.

***

1932-ci ildə Qazaxda ziyalı ailəsində doğulmuşdu. Məşhur Qiyasbəylilər nəslindən idi. Atası Ağası Məmmədbəyli Qazaxın birinci katibi işləyirdi. O, əslən Göyçay torpaq sahibkarından idi. Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanı Şamaxıda ilk qarşılayan şəxslərdən olmuşdu. Anası Şəfiqə xanım müəllimə idi.

Repressiya illərində atasını əksinqilabçı kimi sürgünə göndərirlər. Nərminə xanım gözünü açanda evlərini atasız görür.

***

Nərminənin ilk adını 1922-ci ildə çap olunan “Çalıquşu” romanının baş qəhrəmanına görə Fəridə qoyublar. Bu mistik bir hadisə idi. Gənc müğənni atası xalq düşməni kimi sürgün edildiyi üçün Fəridənin taleyini yaşayır. Onu hər yerdə sıxışdırırlar. O vaxt Stalin muzeyində işləyən anası Şəfiqə xanım bu adın ona uğursuzluq gətirdiyinə düşünərək qızının adını dəyişib Nərmin qoyur. Zaman keçdikcə isə Nərminə kimi tanınır. Ancaq taleyi aldatmaq mümkün olmur

***

Atasına görə İstiqlaliyyət küçəsindəki geniş evlərindən çıxarıb İçərişəhərdə balaca bir ev verirlər. Nərminə təhsil aldığı 132 saylı məktəbdən də çıxmalı olur. Bir də 1946-cı ildə məktəbə qayıda bilir. Amma ali təhsil ala bilmir.

Atası bəraət alıb Azərbaycana qayıdanda o zamankı rəhbərlik onu yaxşı qarşılayır, ona yüksək vəzifə verirlər. Hətta şəhərin mərkəzində olan köhnə evini də geri qaytarırlar.

***

Sürgündən qayıdan gün Nərminə sevincək heç vaxt üzünü görmədiyi atasının yanına qaçır. Amma o tək deyildi. Yanında bir rus qadın vardı. Bəli. Atası sürgündə evlənmişdi. Nə Nərminə, nə də anası bunu heç cür qəbul edə bilmirlər və uzun zaman yolunu gözlədikləri “ata”nı bağışlamırlar.

***

Nərminə Məmmədova ağır həyat yaşadığı üçün çox gec ailə həyatı qurur. Hardasa, 40 yaşlarında... Həyat yoldaşı Ramiz Qiyasbəyli Nərminə xanımı onlara qonaq gələndə görür və bəyənir. Ramizin atası xalq düşməninin qızını almaq istəmir. Odur ki, oğlunu Səməd Vurğunun qızı Aybəniz xanımla nişanlayır. Aybənizsə başqasını sevirdi. Cütlük aralarındakı sevgisizliyi hiss edən kimi nişan pozulur.

Məsələ bununla bitmir. Atası Ramiz bəyi zorla evləndirir. Hətta deyilənə görə, kürəyinə tapança dirəyib bəy otağına salır. Ramizsə Nərminəni sevirdi. O xanımı ilə cəmi bir həftə bir yerdə yaşayır. Sonra əşyalarını götürüb evdən qaçır və Nərminə ilə evlənir. Oğlanın ailəsi bu izdivacı heç cür qəbul etmir. Nərminənin nikah mərasimində valideynlərdən yalnız öz anası iştirak edir.

***

Toy Nərminəgilin evində olur və cütlüyün ilk və yeganə övladı Sevinc dünyaya gəlir. Ramizin ilk həyat yoldaşından da bir oğlu olmuşdu.

***

Sevinc Qiyasbəyli indi tibb elmləri doktoru, professordur.

Ramiz müəllim həmişə rəhbər vəzifələrdə işlədiyi üçün ailəsinə yaxşı baxırdı. Nərminə xanım da sənət karyerasını ailəsinə və qızına qurban verdi.

***

Gəncliyində keçirdiyi stresslər, yaşadığı qorxular yaşlananda fəsadını verdi. Ürəyi xəstə düşdü. Qocalıq və xəstəlik onu elə əldən salmışdı ki, evin bu başından o başına getmək üçün stullarda oturmalı olurdu.

***

Daha bir talesizlik də rastına çıxır Nərminənin. Azərbaycan Dövlət Televiziyasının arxivini su basır, lent yazılarının bir çoxu məhv olur.

***

Nərminə Məmmədova uzun illər radioda işləyib. 30 illik sənət həyatında bir dəfə də konsert verməyib. Səsi yalnız televizor və radiodan eşidilib. Çox sadə və təvazökar insan olub, şan-şöhrəti sevməyib.

Rübabə Muraova, Şövkət Ələkbərova, Sara Qədimova kimi böyük və ömrünü sənətə həsr edən müğənnilər arasında seçildi, öz yerini tuta bildi, dinləyicilər tərəfindən sevildi.

***

Nərminə öz müasiri olan böyük bəstəkarlardan Cahangir Cahangirovun, Səid Rüstəmovun, Tofiq Quliyevin, Qənbər Hüseynlinin, Ramiz Mustafayevin, Andrey Babayevin, mahnılarını ifa edib. Oxuduğu "Pıçıldaşın ləpələr", "Ay işığında", "Qərənfil", "İlk xatirələr", "Hardasan yar", "Alagöz", "Sirrimi bilmədin..." , "Habelə", "Aman ovçu", "Nar-nar" məşhurluq qazanıb.

***

Nərminə Məmmədova 1997-ci il martın 27-də ürək xəstəliyindən vəfat edib.

news-inner-user

16800 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Zəngilanlı aktyor: "Ordan çıxan gün 11 yaşım tamam olurdu" - Video-söhbət
16:30 24 Oktyabr 2020
Türkiyəli yazar vəfat etdi
15:26 24 Oktyabr 2020
Azərbaycanlı rəssamın sərgisi İstanbulda
14:19 24 Oktyabr 2020
Tolstoy hansı şairin qızını sevmişdi? - Elçin yazır...
13:30 24 Oktyabr 2020
Ömürlə peşmanlıq oyunları - Cavanşir Yusifli Kulisdə gedən hekayədən yazır
12:21 24 Oktyabr 2020
Ajda Pekkan: “Azərbaycanlı qardaşlarımıza sevgi göndərirəm”
11:12 24 Oktyabr 2020
Şəhid olan Milli Qəhrəman haqqında film - Video
10:06 24 Oktyabr 2020
Vətənim adamlar - Sevda Sultanova yazır...
09:00 24 Oktyabr 2020
“Pişiyin evi” onlayn göstəriləcək
18:49 23 Oktyabr 2020
Nazirlik Zəngilanda dağılan məscidlə bağlı bəyanat yaydı
18:15 23 Oktyabr 2020
Azərbaycan əsgərinə heyrətlənən erməni hərbçi
17:31 23 Oktyabr 2020
Bütün zamanların ən gözəl aktrisasının həyatı film olur
16:53 23 Oktyabr 2020
Kino tarixinin ən qorxulu filmləri açıqlandı
16:11 23 Oktyabr 2020
Yapon caz ifaçısı Azərbaycan ordusuna pul köçürdü
15:29 23 Oktyabr 2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi bəyanat yaydı
14:52 23 Oktyabr 2020
Allahı danan müəlliminin başına stul çırpdı, ömür boyu övladı olmadı, qızlığını xalası oğluna qısqandı - Xalq artistindən maraqlı faktlar
14:15 23 Oktyabr 2020
Facebookda yayılan təhlükəli döyüş videoları
13:34 23 Oktyabr 2020
Köçkünlük statusu – Sevinc Elsevər yazır...
12:47 23 Oktyabr 2020
Dağıdılan, dəyişdirilən, yer üzündən silinən abidələrimiz
12:04 23 Oktyabr 2020
“Bitls” qrupunun keçmiş üzvündən yeni albom
11:18 23 Oktyabr 2020