news-inner
clock13:05 calendar-gray 02 Mart 2020 view-gray1478 dəfə oxunub
view-gray1478 dəfə oxunub

Facebookda təhdid edilən şairə: “Sona qədər gedəcəyəm” – Müsahibə

Kulis.az tanınmış şairə, saytımızın əməkdaşı, Space televiziyasında yayımlanan “El bizim, sirr bizim” verilişinin aparıcısı Səhər Əhmədin sosial şəbəkələrdə təhdid və təhqir olunması ilə bağlı yayılan söz-söhbətə aydınlaq gətirmək üçün onunla etdiyi eksklüziv müsahibəni təqdim edir.

- Səhər xanım, təhdidi və təhqir olunduğunuzla bağlı açıqlama verdiniz və polisə müraciət etdiyinizi söylədiniz. Son vəziyyət necədir?

- Deməli, əvvəlcə bir neçə dəfə Facebookdan “fake” profillərdən mesaj gəldi. Təhdid etdilər. Düzü, fikir vermədim, sildim. Sonra iki gün qabaq şəklimlə səhifələr açılanda polisə müraciət etdim. Polis araşdırmaya başladı və “skrin”lərdə adı keçən birini zəng edib bölməyə çağırdılar. Adam bildirdi ki, rəhmətə gedəni var, rayondadır və gələ bilməyəcək. Əvəzində prodüserimizdən nömrəmi alıb mənə zəng vurdu və təhdid etdi. Gör, sənin başına nə oyun açacam, sən məni polisə vermisən? Adama başa sala bilmirəm ki, mən heç bir ad çəkməmişəm. Bu, polis araşdırmasıdır. Səhifəmdə çoxlu şərhlər yazıb ki, Səhər xanımın dediyi adam mənəm. Və onu üzr istətdirəcəm. Heç nə anlamıram. Polisə gəlmək əvəzinə məni təhdid edir.

Polisə bu gün gedəcəyini yazıb və “ay camaat, bu adam məni polisə verib” havasındadır. Halbuki, mənə təhdidlərin biri açıq mətnlə yazılıb ki, sən Elçin Lənbəranskini verilişdə incitməsən və dalınca da təhdid. Bir maraqlı fakt da odur ki, polis bölməsindən həmin adama zəng olan kimi “fake” səhifə bağlandı. Heç 5 dəqiqə keçmədi.

- Belə çıxır ki, həmin səhifə adını çəkdiyiniz adama aiddir, ya da onun yaxın adamlarına?

- Sübut olunmadan heç bir hökm vermək istəmirəm. Hər şey kifayət qədər açıqdadır. Yenə də hökm verməyin əleyhinəyəm. Sona qədər gedib hər şeyi aydınlaşdırmaq fikrindəyəm. Və indicə mənə Daxili İşlər Nazirliyinə ünvanladığım şikayət məktubunun qeydə alınmasıyla bağlı mesaj gəldi.

- Sizin mübahisə konkret olaraq, nəyin üstündə düşdü? Açıqlamanızda ümumi danışmışdınız. Daha nələri deyə bilərsiniz?

- Mən verilişdə cəmiyyətə yanlış mesaj ötürən hər kəsə qarşı çıxıram... Zərərli fikirləriylə kimlərinsə haqqına girən hər kəsə... Hər şey hüquqi yolla sübut olunsun, daha açıq danışacam, hələlik söhbətimi konkret şəxs üzərində qura bilmərəm. Səhv etmək ehtimalı da istisna deyil. "Təqsirsizlik prezumpsiyası" adlı bir anlayış var. Hətta cinayətkarın da haqqında məhkəmə qərarı yoxdursa, onu heç kim ittiham edə bilməz. Mən burda konkret şəxsdən çox, vəziyyətin üstünə gedirəm.

- Maraqlıdır, sübut etsəniz, hansı cəzanı istəyəcəksiniz? Üzr istəmək bəs edəcəkmi?

- Təbii ki, yox, mən sona qədər gedəcəyəm. Cəza olmalıdır ki, yerdə qalanlara görk olsun. Bu, şəxsi məsələ deyil. Birincisi, mən bir veriliş aparıcısı olaraq, həqiqəti müdafiə etdiyim üçün təhdid olunuram, səbəb belə göstərilib. İkincisi, inboxuma o qədər məktub gəlib ki, bu cür və daha ağır hallarla üzləşən qadınlar tərəfindən... Əksəriyyəti də ictimai çəkisi olan qadınlardır. İndi görün, hələ nə qədər dərdini deyə bilməyən qadınlarımız var, nə qədər sosial şəbəkədə xuliqanlıqla məşğul olan, qadınları şantajla qorxuda saxlayan "kişilərimiz" var. Nə bilirik, bəlkə neçə intiharın, neçə qətlin səbəbi bu tip şeylərdi? Əgər kimsə öz adıyla məni təhqir etsəydi, bəlkə keçərdim, amma bu, saxta profillərə qarşı tədbir tökmək lazımdı. Belə olmaz! Kimsə bir otaqda oturub min budağa daş atmaq səlahiyyətində deyil. Axı bildiyimə görə, konstitusiyaya dəyişiklik də edilib, “şərəf və ləyaqətin təhqir edilməsi"ylə bağlı. Qanunlar işləməlidir. Mənim səhhətim pisləşib, həmin gecə təcili yardım çağırıblar, övladlarım sarsıntı keçirib, qan təzyiqim hələ normallaşmayıb və sair və ilaxır. Üzr istəməklə bağışlanırmı bunlar?

- Çox lazımlı məqama toxundunuz. Doğrudan da sosial şəbəkələrdə siz deyən adamlar, demək olar ki, özbaşına buraxılıb. Sizcə, nə kimi tədbirlər görülə bilər? Saxta profilləri tapmaq da elə asan deyil. Çünki dünyanın müxtəlif yerlərindən yaza bilərlər.

- Ən azından ölkə daxilində yazılanları müəyyən etmək olur. Bir- ikisi tapılıb cəzalansa, bu hallar azalar. Necə ki, kiməsə sillə vuran, döyən, öldürən adamlar cəzalandırılır, eləcə də adama durduğu yerdə mənəvi zərbə vuran şəxslər də cəzalanmalıdır.

- Bəlkə xüsusi olaraq sosial şəbəkə polisi yaradılmalıdır? Çünki elektron olsa da bura da bir məkandır, sahədir və müvəkkilə hər zaman ehtiyac duyulur. Elektron şəkildə şikayət edə biləcəyimiz bir ünvan...

- Nə isə olmalıdır, axır ki. Belə getməyəcək. Əgər sosial şəbəkənin xuliqanı, qanun pozanı, dələduzu, saxtakarı varsa, polisi niyə olmasın?

- Bu, sizin təcrübədə ilk hadisə idi, yoxsa çox olub deyə nəhayət bu addımı atdınız?

- Mənim sosial şəbəkədən də qabaq köşə şəkillərim internetdədir, yazılarım saytlarda, şeirlərim, qonağı olduğum verilişlər “yutub”dadır. 10 ilə yaxındı Facebokdayam, səhifəm hamıya açıqdır, 5 minə yaxın dostum, 4 minə yaxın izləyicim var. Hələ heç kimdən belə çox kəskin rəy görməmişəm. Təbii ki, kimsə öz adıyla məni nəzərdə tutub söz ata bilər, bunlar heç, baş qoşmuram. Amma “gugl”dan köşə şəklimi endirib saxta profil açmaq, təhqir və təhdid etmək, bu birbaşa düşmənçilikdir. Seyrçi qala bilməzdim. Mən təhdid olunuram, qorxu içindəyəm, adamın avtoritet olduğu haqda, ətrafında çoxlu özü ağılda "qaqaşlar" olduğu haqda məlumat almışam, necə soyuqqanlı ola bilərəm ki?

- Müsahibə üçün sağ olun. İnanaq ki, haqq yerini tapacaq.

- İnanaq.

news-inner-user

16534 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Seymur Baycandan yeni kitab
11:13 25 Sentyabr 2020
Yekə döşlər, iri budlar? – Firuz Mustafa yazır...
10:40 25 Sentyabr 2020
Fəxrəddin Manafov xəstəxanaya aparılıb
10:00 25 Sentyabr 2020
Hər yanımdan məftillər sallanırdı - Bircənin romanı
09:00 25 Sentyabr 2020
“Qara dul qadın” filminin premyerası təxirə salındı
18:41 24 Sentyabr 2020
Bəxtin gətirmirsə, deməli...
18:04 24 Sentyabr 2020
Mən ki Allah deyiləm, uşaqları aldadım... – Yeni imza
17:25 24 Sentyabr 2020
Nərgiz Cəlilovaya yeni vəzifə verildi
16:43 24 Sentyabr 2020
Qəbul imtahanında hönkür-hönkür ağlayan qız
16:01 24 Sentyabr 2020
“Yaş keçəndə yuxular da əzab verir” - Cavanşir Yusifli ilə ad günü söhbəti
15:20 24 Sentyabr 2020
Qarabağ icmasında Şərif Ağayarla görüş keçirilib
14:25 24 Sentyabr 2020
Bu məşhurların övladları ali məktəbə qəbul olundu - Siyahı
14:06 24 Sentyabr 2020
Ebru Gündeşin atası vəfat etdi
13:12 24 Sentyabr 2020
Tələbəsinə evlənmək təklifi etdi, bacısı qızını imtahandan kəsdi, müəllimlər ona salam vermədi – Vurğun Əyyubdan maraqlı faktlar
12:30 24 Sentyabr 2020
Sənə saxladığım duzlu öpüşlər... - Şeir
12:11 24 Sentyabr 2020
Kukla Teatrı "Çəkməli pişik" tamaşasını onlayn nümayiş etdirəcək
11:30 24 Sentyabr 2020
Universitet müəllimimə yazdığım sevgi məktubu
10:52 24 Sentyabr 2020
Məşhur müğənni vəfat etdi
10:27 24 Sentyabr 2020
Gənc şairin ilk kitabı çap olunub
09:42 24 Sentyabr 2020
Səməd Vurğun 50 yaşında ölməyibmiş – Filosof yazır...
08:58 24 Sentyabr 2020