news-inner
clock11:43 calendar-gray 13 Yanvar 2020 view-gray1660 dəfə oxunub
view-gray1660 dəfə oxunub

Dünən, bu gün, sabah və həmişə - Ülvi Babasoy yazır...

Elnarə Akimova “Düşüncə zamanı” kitabında modern tənqid və tənqidçi imici yaradır. Ədəbi tənqiddə modernlik təkcə imic, stil hadisəsi deyildir. Akimovanın tənqidi ağıl, hafizə, zəka və estetika qatları ilə də maraq doğurur. “Düşüncə zamanı”nda intellektual və estetik bir mətn modeli yaradılır.

Tənqidçi yeni bir mətn strukturu dizayn edir. Həmin mətnlər həm də yeni bir oxucu yaratmaq iqtidarındadır. Necə? Xanım Akimova ədəbiyyatın verdiyi həzz və zövqü mətnin iyerarxik stilistikasından çıxararaq fəlsəfi və estetik paradiqmalara gətirir. Bu məqamda oxucunun da statusu yüksəlir. Oxucu ilə tənqidçi ünsiyyətə girir. Ağıl aydınlanır. Zövqün miqyas və statusu natural, orqanik ədəbi mətnlərlə dəyər qazanır.

Həmin ədəbi mətnlərin ötəsində isə tənqidçinin yaratmış olduğu əsərlər dayanır. “Düşüncə zamanı” kitabından geniş bir ədəbi-estetik karnaval antologiyası tərtib etmək olar. Ancaq mən daha çox kitabın estetik və fəlsəfi qatlarında gəzişmək istəyirəm. Akimova tənqidinin qaynaqları, ədəbi reallıq və estetik bəyanatlara reaksiyası və metodların konseptual tətbiq arealı məni daha çox düşündürür.

Kitab bir çox tənqid məktəblərinin də diskursudur. İlk növbədə tarixi planda Rolan Bart tənqidi ilə mətnlərarası və sənətlərarası əlaqə yaranır. Tənqidin inqilabi modernlik qatı formalaşır. Bizim ədəbi tənqiddə ilk dəfə baş verir bu proses. Baxtinin sənət və məsuliyyət tezisi isə “Düşüncə zamanı”nın arxitekturasını, nəzəri və praktiki əhəmiyyətini artırır.

Kitabda cəmiyyət və hüquq hipotezi də işlənir. Buna ən yaxşı material isə nəsrdir. Nəsrin intellektual bazası və roman sənətinin ədəbi kəşfləri diaxron zaman modeli yaradır. Hekayə janrının tədqiqata cəlb edilməsi interpsixoloji detallar və onun insan əqidəsində, mənəviyyatında təsir yönləri ilə uzlaşır.

Ədəbi növ və janrların imkanları tənqidin avanqard, fəlsəfi qatında genişlənir. Janr memarlıq və təsviri sənətlərdəki ölçü, dizayn, struktur və plastikanı əvəz edir. Baxtin tənqidi ilə ünsiyyət baş tutur. Fotoqrafiya sənətinə xas vizual effektlər “Janrın qürubu, yoxsa ədəbi laqeydliyimiz?!” və “Səmərqənd lövhələrinin hüznü” əsərlərində yaddaşı təzələyir. Çünki unudulmuş, köhnəlmiş hesab edilən bir janrın – poemanın ifadə və struktur estetikası ironiya, antiməkan, antizaman ontologiyası kontekstində tənqidin predmetinə çevrilir.

Poeziya isə teatr, rəqs və musiqi sənətlərinə aid zaman intervalında tədqiq edilir. Çünki teatrın dramatizmi, rəqsin ritmi, musiqinin harmoniyası poeziyanı zamansızlıq kontekstində dərk etmək üçün ən yaxşı xammaldır.

Uşaq ədəbiyyatı barədə təklif və rəylər isə böyük bir boşluğu doldurur. Bəs nədir bu boşluq? Uşaq ədəbiyyatı haqda daha çox əxlaqi, etik dəyərlər analiz edilirdi. Lakin estetik tərbiyənin əhəmiyyəti heç neçənci planda qalırdı. Akimova qələmində uşaq ədəbiyyatı iqtisadi və estetik tərbiyə kontekstində təhlilə cəlb edildi. Bu, uşaq ədəbiyyatı üçün zəruriyyət idi.

Təndiçi bəzən də fəlsəfəsiz tənqid məktəbinə yönəlir. Feminizm və postmodern paradoksallıq nəzəriyyəsi çağdaş Azərbaycan ədəbiyyatına aid mətnlərin təhlilində üzə çıxır. Akimova həmcinsləri Nensi Freyzer və Linda Nikolsonun yeni fəlsəfə məktəbi ilə dialoqa girir. “Çağdaş Azərbaycan postmodern şeirində Tanrıya münasibət” əsərində Jan-Fransua Liotar - Fredrik Ceymson - Jan Bodliyar ədəbi tənqid metodları tətbiq olunur.

Düşüncə və zaman konsepsiyası modernist – postmodernist tendensiyaların müzakirə və təsnifatına həsr edilib. Ədəbiyyatımızın konseptual dövrləşdirmə periodu dünən, bu gün, sabah və həmişə deyə biləcəyimiz estetik və fəlsəfi mənalandırmalarla dəyər qazanır. Akimova ədəbi cərəyanların və manifestlərin inkarçı, modern xarakter ilə dövrləşdirmə ironiyasını birləşdirir. Tənqid ədəbiyyat tarixi və nəzəriyyəyə asılı qalmaqdan xilas olur. Əksinə, tarixə və nəzəriyyəyə fəlsəfi baxış bucağı yaranır. Ədəbiyyat tarxinin də, nəzəriyyənin də etik, estetik əhəmiyyəti təmərküzləşir. Cəmiyyətə aid normalar ədəbi əsərlərin təhlili ilə konkretləşir. Modernizm dalğası ilə postmodern cəmiyyət teoremi Simmel, Durkheim və Veberin analiz metodları ilə kəsişir. Elnarə Akimovanın tənqidi sosial, fəlsəfi, estetik və nəzəri səciyyə daşıyır. Bu, modern tənqidin əxlaqi vəziyyətini, qalıcılığını da təmin edir.

Oxşar xəbərlər

Xəbər lenti

Mərhum şairin miras vəsiyyəti məhkəməlik oldu
18:56 01 Mart 2021
Türkiyə ilə mədəni əməkdaşlıq sənədləri imzalandı
18:21 01 Mart 2021
Tovstonoqovun kitabı ilk dəfə Azərbaycan dilində
17:49 01 Mart 2021
Hamı Onun axtarışındadır – Nizamidən yeni tərcümə - Mətn
17:01 01 Mart 2021
Mən səni sevəndən ikicanlıyam - Gənc şairdən yeni şeirlər
16:15 01 Mart 2021
Ölkəmiz xeyriyyə festivalında
15:29 01 Mart 2021
İki dəfə oğlu ilə sürgün olundu, ac qalmamaq üçün şahın qızıl saatını satdı, oxuya-oxuya öldü – Əməkdar artistin dram dolu həyatı
14:41 01 Mart 2021
Azərbaycanda yeni muzeyin açılışı oldu - Dünyada ilk dəfə
13:54 01 Mart 2021
Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirildi
13:06 01 Mart 2021
Gözəlliyinə görə vəzifəyə gedən qadınlar
12:17 01 Mart 2021
Sosial şəbəkələrdəki duyğu mazoxistləri
11:45 01 Mart 2021
"Qızıl Qlobus"un sahibləri bəlli oldu - Fotolar
11:20 01 Mart 2021
Azərbaycanlı yazıçı anasından roman yazdı
11:06 01 Mart 2021
Mədəniyyət naziri Türkiyəyə gedib
09:59 01 Mart 2021
Ürək cərrahı Rəşad Mahmudov: “Şairlərin ürəyi fərqli deyil” – Müsahibə
09:00 01 Mart 2021
Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
12:37 28 Fevral 2021
Karvan dayandı - Ənvər Məmmədxanlının hekayəsi
16:47 27 Fevral 2021
Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edildi - Foto
15:31 27 Fevral 2021
Azərbaycan yazıçıları Sankt-Peterburqun nüfuzlu ədəbiyyat müsabiqəsində - İlk dəfə
14:16 27 Fevral 2021
Məşhur klarnetçiyə ağır itki
13:04 27 Fevral 2021