news-inner
clock12:02 calendar-gray 07 Yanvar 2020 view-gray20315 dəfə oxunub
view-gray20315 dəfə oxunub

Rasim niyə Cəbiş müəllim ola bilmədi? - Taleh Yüzbəyovun filmini tənqid etdilər

Kulis.az kinoşünas Sevda Sultanovanın “Orta statistik Rasim” filmi haqqında tənqidi yazısını təqdim edir.

Bu günlərədə iki internet serialının yayımlanması üst-ütsə düşdü: tibb mövzusunda çəkilən “Sayrışan işıqlar” və “Orta statistik Rasim”.

Yazım, Taleh Yüzbəyovun çəkidyi, adından göründüyü kimi sıravi azərbaycanlının həyatından danışan “Orta statistik Rasim” serialı barədədir. Hekayənin qəhrəmanı Rasimin sosial statusunu, psxioloji təyinatını, ailəsinin, dostlarının ona münasibətini nəzərə alsaq, serialı nominalistik yox, sosial təbəqə kontekstində “orta statistik ziyalı” adlandırmaq da olar. Talehin təqdim etdiyi mağmın, ciddi yanaşılmayan ziyalı obrazının milli kinomuzda sələfləri var. Örnəyi, Cəbiş müəllim (“Bizim Cəbiş müəllim”, rejissor Həsən Seyidbəyli), Ədhəm (“Anın quruluşu”, rejissor Rasim İsmayılov)...

Cəbiş müəllim şübhəsiz ki, müsbət obrazdır. Bununla belə filmdə o, ətrafı, özəlliklə arvadı üçün əfəl, sadəlövh biridir. Və Cəbiş müəllimin moralizmi istehza, qeyri-ciddi münasibət doğururdu. İdealist olan Cəbiş müəllim məişətə əyilmir, qanunsuz yolla pul qazanmaq istəmirdi. Rasim də doğmaları - arvadı, oğlu və hətta anasıının gözündə belə key, fərsizdir. Amma o, məişətə təslim olur, zorən oğurluq edir.

“Anın quruluşu” filminin qəhrəmanı Ədhəm isə cəmiyyətə özünü alim kimi sırıyır. Alim dayısının evində yaşayan, onun maşınını sürən (və hamı zənn edir ki, bu mülkiyyət ona məxsusdur) Ədhəm dayısının nüfuzundan özü üçün yox, başqalarının problemini həll eləmək üçün istifadə edir. Zərərsiz yalanlarından yalnız özü əziyyət çəkir. Dost-tanış, qohum-əqrəba arxada Ədhəmi ələ salsa da, işlərinə yarıdığından üzdə ona yarınırlar. Ədhəm filmboyu saxta cəmiyyətin onun öhdəsinə qoyduğu bu rolu oynayır, sadəlövhcə ətrafının səmimiyyətinə inanır, can-başla xahişlərini yerinə yetirir. Rasim də Ədhəm kimi rol oynamaq məcburiyyətindədir. Ədhəmin sosial maskası başqalarına yardım etmək üçündürsə, Rasimdən ötrü oynamaq özünü xilas etmək, bacarıqlı olduğunu sübut etməkdir. Amma hər iki obraz çevrələrinin onları gördüyü kimi görünmək istəyir.

Rasim Cəbiş müəllim və Ədhəmin obrazlarının bir növ hibrididir. Və müasir dövrə uğyunlaşdırılmış, bir az daha fərqli interpretasiyada təqdimatıdır. Müharibə dönəminin Cəbiş müəllimi, dinc sovet dövrünün Ədhəmi və müstəqil Azərbaycan vətəndaşı olan Rasimi bütün hallarda birləşdirən ümumi cəhət onların özlərini tapa, ifadə edə bilməmələri, qeyri-ciddi, istehzalı yanaşılma, sərt desəm, maymaq kimi qəbul olunmalarıdır. Əlacsızlıqdan qaynaqlanan yalanlarına, oğruluğuna görə Rasimi qınamaq çətindir. Rejissorun yozumunda o, yaranmış şəraitin, sistemin qurbanıdır.

Əhvalatın məğzi isə belədir: Kinoşünas Rasim oğlunun istəyi ilə ad günündə ona seqvey almalıdır. Maaş verilən gün Rasimin işlədiyi sayt bağlanır. O, borc almaq üçün anasına (Zemfira Əbdülsəmədova), dostlarına müraciət edir. Maddi imkansızlıq üzündən kimsə ona kömək etmir. Banklara borcu olduğu üçün kredit götürə bilmir. O, parkda balaca bir oğlanın seqveyini oğurlamağa özünü məcbur eləyir...

“Orta statistik Rasim” məişət problemlərinin təsvir olunduğu sosial serialdır. Hərçənd, serialın məqsədi məişət problemlərində əzilmiş insanı göstərmək deyil. Məqsəd daha çox məişət çətinlikləri qarşısında aciz qalan fərdin davranışının, psixoloji-emosional reaksiyasının, ümumən, toplumun mənəvi durumunun təsviridir. Doğrudan da sıravi vətəndaş məişəti ilə o qədər əlbəyaxadır ki, onun hansısa ali ideya haqda düşünmək həvəsi öləziyir. Amerikalı filosof Erik Hofferin “Əsl inamlı” əsərində mövzuyla bağlı maraqlı bir abzas var: “Anjelika Balabanova (rus və italyan siyasətçisi, publisist - S.S.) bolşevik inqilabının ilk günlərində Moskvaya yığışmış tanış inqilabçıların inqilabi əhval-ruhiyyəsinə hədsiz yoxsulluğun təsirini yazırdı: “Mən həyatını bütünlükdə ideyalara xidmətə həsr etmiş, öz ideyalarını gerçəkləşdirmək yolunda böyük şövqlə maddi sərvətlərdən, azadlıqlarından, şəxsi xoşbəxtliklərindən, ailələrindən imtina etmiş qadın və kişiləri aclıq və soyuq probleminin həlli qarşısında tamamilə əlacsız gördüm.”

Və Rasim kinoşünas olduğundan məsələni iç monoloqu ilə peşəsi kontekstində anladır:

“Tamaşaçılarımız axır vaxtlarda çəkilən filmlərdə əsas xəttin həmişə pul axtarmaq olmasından şikayətlənirlər. Yəni bizim filmlərdə ali məqsədlər çox azdır. Və biz yazıqlar məişət problemlərindən çıxa bilirik ki, dünyəvi dəyərlər haqqında da....”

Monoloq yarımçıq qalır, çünki arvadı (Kəmalə Onur) zəng vurub, maaş alıb-almadığını soruşmaqla onu reallığa qaytarır. Rejissor Rasimin iç monoloqu ilə serialda, nədən bu mövzuya girişməsini obrazının diliylə anladır və sanki özünə bəraət verməyə çalışır. Əhvalat boyu Rasim ara-sıra özəl həyatındakı problemlərini kino dünyasına proyeksiya edir, yazdığı ssenari ilə gerçəkliyi arasında paralellər aparır. O, ssenarisindəki obrazı - alter eqosunu (Hikmət Rəhimov) vizuallaşdırır və bununla bağlı fraqmentlər ümumi əhvalata tamamən oturuşur.

Alter-eqosu Rasimin əksidir, o, ssenarisində özünü olmaq istədiyi kimi canlandırır. Bankda kredit verilməyəndə ssenarisində yazılacaq epziodu təsvir edir: alter-eqosu müştərilərdən birini girov götürərək, əlində tapança bankı yarır. Və ya seqveyini oğurladığı uşağın atası evlərinə gəlib, Rasimi təhqir edəndə, o, susur. Xəyalındakı alter-eqosu isə əksinə, onu təhqir edəni arqumentləri ilə susdurur. Rasim öz ssenarisini təhlil etməklə eyni zamanda kobud reallıqla filmlərimizdə təsvir olunan imitativ reallıq arasındakı ziddiyyətə toxunur.

Beləcə, Taleh Yüzbəyov ənənəvi nəqldə maraqlı fəndlərdən istifadə edir və serialda ilk dəfə baş qəhrəmanı kinoşunas olan obarazı gətirir. Bu isə imkan verir ki, səslənən rejissor adları-Qodar, Zvyagintsev, Hiçkok deklamativ təsir bağışlamasın.

Taleh nəqlini primitivizm (sözün estetik anlamında) səviyyəsində qurur. Rasimin əhvalatı həyatın içindən qaynaqlanır, onun dramatik vəziyyətlərdə etdiyi uğursuz zarafatlar seriala komik tonallıq verir.

“Orta statistik Rasim” serialında hadisələr bir gündə baş verir, onun pul axtarmaq cəhdi nəticəsində, maddi problemləri olan digər orta statistik vətəndaşlarla tanış oluruq: turizm şirkətində işləyən əməkdaş (Cavid Nəsrullah), ortabab kafe işlədən sahibkar və eyni zamanda uğursuz şair (Səmimi Fərhad), ofisiant (Əli Əlizadə) və s.

Müxtəlif epizodlarda ayrı-ayrı problemlər göstərilir: Rasimin oğlu ilə arasındakı dünyagörüş uçurumu, medianın vəziyyəti, təqaüdçü ananın işıq pulu ödəyə bilməməsi və s.

Aktyor seçimi əla, oyunlar canlıdır. Xüsusən, Zemfira Əbdülsəmədovanın, xəsis, zəngin qohumu oynayan Elcan Rəsulovun, kafe sahibkarı Səmimi Fərhadın, Kəmalə Onurun ifası...

Serialın operatoru İman İmmanov, prodüseri Şaban İmkanidir.

Oxşar xəbərlər

Xəbər lenti

Qızının cəsədinə sarılan atanın fəryadı
14:15 29 Oktyabr 2020
Jerar Depardye Fransa prezidentini homoseksual adlandırdı
13:36 29 Oktyabr 2020
Dünya yazıçıları Gəncə və Bərdə terroru ilə bağlı bəyanat yaydı
12:45 29 Oktyabr 2020
Türkiyədə yazı taxtasına yazdığım “Azərbaycan” sözü – Şərif Ağayar yazır...
11:40 29 Oktyabr 2020
Düşmənin başına daş salan Əbabil quşları: “Bayraktar”
11:01 29 Oktyabr 2020
Bu mahnı səslənəndə düşmən də atəşi saxlayırdı - Ən məşhur müharibə nəğmələri - Video
09:01 29 Oktyabr 2020
Anar Kərimov: "Dəyərli xalçalarımızı hərraclarda tapmışıq"
18:58 28 Oktyabr 2020
Əməkdar rəssam vəfat edib
18:23 28 Oktyabr 2020
Oljas Süleyemenov Minsk qrupunu tənqid etdi
17:45 28 Oktyabr 2020
Əfsanələr taleyimizi dəyişə bilərmi? - Təbrizdən polemik yazı
17:10 28 Oktyabr 2020
Arif Məlikov haqqında kitab çap olundu
16:25 28 Oktyabr 2020
Böyümür ölü uşaqlar - Günün şeiri
15:12 28 Oktyabr 2020
Teatrşünas alim maaşını orduya köçürdü
14:55 28 Oktyabr 2020
Xalq artisti: "Artıq real film qəhrəmanlarımız var"
14:30 28 Oktyabr 2020
Fransız tərcüməçi Azərbaycan romanından yazdı: “Ona hirslənirdim”
13:44 28 Oktyabr 2020
Uşaqlığımın yay ayları – Pərvanə Bəkirqızı Qarabağdan yazır...
13:01 28 Oktyabr 2020
Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi – Mirzə İbrahimovdan 10 inanılmaz fakt
12:18 28 Oktyabr 2020
85 yaşlı erməninin söylədiyi böyük həqiqət
11:46 28 Oktyabr 2020
Gənc yazar işğaldan azad olunan kəndlərindən danışdı: “Yuxu kimidir!”
11:01 28 Oktyabr 2020
Tanınmış uşaq yazıçısı vəfat etdi
10:10 28 Oktyabr 2020