writer1

Kənan Hacı

Məqalə sayı

193
clock16:18 calendar-gray 01 Mart 2011 view-gray800 dəfə oxunub
view-gray800 dəfə oxunub

Dostoyevskinin ölümü

Brodski özünün Nobel nitqində belə bir cümlə qurmuşdu:
“Dünyanı çox güman ki, xilas etmək mümkün olmayacaq, amma fərdləri həmişə mümkündür.”
Mühacir şairin bu qənaətə gəlməsində heç şübhəsiz ki, mənsub olduğu rus intelligensiyası “günahkar”dır.
Brodskini yetirən xalqın daha bir fikir nəhəngi Dostoyevski “Dünyanı gözəllik xilas edəcək.” hökmünü verəndə bəşəriyyətin hardasa xilasına total bir inam var idi.
Nə qədər paradoksal olsa da, Oktyabr inqilabı bu inamı öldürdü.
Sosialist sistemi yetmiş il ərzində bu inamı öldürməklə məşğul oldu. Nəhayət öldürdü.
Brodski bu fəlakəti ilkin görənlərdən oldu və gücü yalnız ona çatdı ki, doğma vətəninə arxa çevirdi.
Fanatizmlə, şəxsiyyətə pərəstişlə zəhərlənmiş epoxadan XX1 əsrə qalan miras total inamsızlıq oldu.
Bu inamsızlığın acı nəticələrini biz zaman- zaman öz taleyimizdə yaşadıq, məmləkətimizin müstəqillik dövrünün son on səkkiz illik tarixi boyunca nə dəyişirdisə, bu, formada olurdu, mahiyyətdə yox: biganəlik, qəddarlıq, məqsədsizlik daha aydın, daha aşkar, daha kəskin şəkildə üzə çıxırdı.
Amma bu, heç də dünyanın yeni vəziyyəti deyildi, əvvəllər mövcud olanların yeni mərhələsi idi.
Əvvəllər belə güman edilirdi ki, hamı müxtəlif dərəcədə eyni şeylərə inanır, sonra isə vəziyyət elə oldu ki, hamı eyni dərəcədə heç nəyə inanmırdı.
Haqsızlığı at belində səkən dünyanın hansı nöqtəsinə baxırsan, ölüm var, qan var, təhdid, hədə var.
Siyasət hər halında zəhərdir, onu cana yeridib şüurları zəhərləyirlər və bu zəhər cəmiyyətin bütün sahələrinə yayılır.
Cəmiyyətimizdə ağsaqqal dostumuz Tofiq Abdinin təbirincə desək, bir “atmaq əxlaqı” kök atır, insanların gündəlik münasibətlərdə bir- birinə “atması” fərasət nümunəsi kimi təqdir edilir.
Bu atmaq məsələsi insanlara inamın daşını daş üstündə qoymadı, vallah.
Ona görə də heç kim bizim nəsildən, Kamyu demişkən, nikbin olmağı tələb etməsin.
Dünyanın boynuna heç də yazıçı minnəti qoymaq istəmirik.
Brodskinin sözünə qüvvət, dünyanın fatihəsi çoxdan verilib, Obamaya bəslənən ümidlər də öləziyib sönməkdədir.
Bu qara dərili, kabinetinin qapısını tez- tez dəyişik salan prezidentin ötən il İran xalqını Novruz bayramı münasibətilə təbrik etməsi bütün günü dünyanın işlərini vərəvurd etməklə vaxt öldürən ayağı patavalı kənd kişilərinin ölməkdə olan ümidlərini bir buğda boyu cücərdib.
Onları başa düşmək olar, çünki bu qocalar sosialist məktəbinin kəmsavad məzunlarıdırlar.
Bədbəxtçilik burasındadır ki, bizim təfəkkür ənənəmiz hələ də dekadent məzunlar yetişdirməkdədir.
Dekadent cəmiyyəti inkişafdan saxlayan, olduqca ziyanlı bir ünsürdür. Ali təhsil ocaqlarında gün keçirən bivec cavanları bu millətin sabahı qətiyyən düşündürmür, onlar dünyanı əyləncə mərkəzi bilirlər, universitetə də dərs oxumağa yox, qız ovuna çıxırlar.
Tibb Universiteti qız üstündə bıçaqlaşma yarışında birinci yerdədir. Hətta tanınmış müğənni Hacı Kərbəlayı İzzət Bağırov da bu “razborka”lardan birində yüngülcə xəsarət almışdı.
Bizim təhsilimizə baxanda sovet təhsil sisteminə gündə üç dəfə rəhmət oxumaq məcburiyyətində qalırsan.
Azadlıq ancaq ruh müstəvisində mövcuddur, yerüstü azadlıq hələ də bir şirin xəyal olaraq qalmaqdadır.
Xeyrin təcəssümü Şərin təcəssümü olmadan bekara şeydir.
Buna görə də dünya təəssüf ki, Dostoyevskini məyus etmək zorundadır: gözəllik dünyanı xilas etmək iqtidarında deyil...
Hələ ötən əsrin 50-cı illərində bütün həyatı başdan- başa metomorfozalarla zəngin olan holland mənşəli filosof, tarixçi, iqtisadçı Henrik de Man yazırdı:
“ Kapitalizm və sosializm arasındakı antoqonizm bizim düşüncəmizdə özünün fundamental mənasını itirib.”
Bu o vaxtlar idi ki, Qərbdə belə bir fikir yaranmağa başlamışdı ki, amerikalılar varlanmış ruslara, ruslar isə yoxsulluqda qalan amerikalılara bənzəyirlər.
Guya, ABŞ artıq marksizmin son mərhələsinə çatıbmış.
Əsrin sonuna doğru baş verən hadisələr, yeni əsrin qloballaşma kursu, tez- tez müşahidə olunan metomorfozalar dünyanın xəritəsini dəyişdi.
Realizə olunmamış qiyamət o qədər uzandı ki, dünya xilas olmaq üçün bütün şanslarını itirdi...
Dostoyevski yalan deyirmiş...
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020