Qəlbin mənim qəlbimə lap çoxdan nişanlanmış... - Günün şeiri

Qəlbin mənim qəlbimə lap çoxdan nişanlanmış... - Günün şeiri
24 dekabr 2025
# 11:45

Bu gün tanınmış polyak şair, publisist, inqilabçı Adam Mitskeviçin doğum günüdür.

Kulis.az bu münasibətlə onun "Lauraya" şeirini Xalq şairi Sabir Rüstəmxanlının tərcüməsində təqdim edir.

Səni görən andanca olmuşam sənə əsir,
Naməlum baxışında doğmalıq aradım mən.
Yanaqların allandı, titrəşib sübh yelindən
Beləcə qızılgüllər açılmağa tələsir.


Sən oxuyan andanca ürəyim inləyirdi,
Unutmuşdum büsbütün yerin qayğılarını.
Elə bil, başım üstə açıb qanadlarını
Mələklər axirətdə xilas vəd eləyirdi.


Qorxma, cəsarətlə aç ürəyini, əzizim,
Tor qurub dalımızca danışsalar da bizim
Ürəyin ürəyimə cavab verib inanmış.

Çox da düşüb bəxtimə gizli, ümidsiz sevgi,
Çox da ayrı bir həyat səni qoynuna çəkir,
Qəlbin mənim qəlbimə lap çoxdan nişanlanmış...

Polyak dilindən sətri tərcümələrin müəllifi: Gülər Abdullabəyova

# 1464 dəfə oxunub

Oxşar xəbərlər

"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

17:45 2 oktyabr 2026
"Yenə görüşəcəyik gələn ildə..." - Anar

"Yenə görüşəcəyik gələn ildə..." - Anar

13:10 2 oktyabr 2026
Bir daha demərəm tamarzıyam mən – Günün şeiri

Bir daha demərəm tamarzıyam mən – Günün şeiri

11:30 29 sentyabr 2026
"Bütün mərmilər zəng edir kimsəsiz evlərə..." - Günün şeiri

"Bütün mərmilər zəng edir kimsəsiz evlərə..." - Günün şeiri

13:00 27 sentyabr 2026
“Tarixin təkindən Turan gəlməkdə!” - Akif Azalpın şeirləri

“Tarixin təkindən Turan gəlməkdə!” - Akif Azalpın şeirləri

15:00 26 sentyabr 2026
"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

13:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər