writer1

Orxan Saffari

Məqalə sayı

14
clock14:52 calendar-gray 28 Noyabr 2019 view-gray2314 dəfə oxunub
view-gray2314 dəfə oxunub

Əsəd Cahangir niyə tənqidçi ola bilmədi?

Kulis.az Orxan Saffarinin "Əsəd Cahangir niyə tənqidçi ola bilmədi?" yazısını təqdim edir.

Müasir ədəbiyyatımızda bir neçə yaxşı tənqidçi adı saymaq olar. Amma indi burada ad sadalamaq istəmirəm. Odur ki, elə bircə tənqidçidən danışacağam. Adı gözəl, içi gözəl olmayan Əsəd Cahangirdən.

Obyektivlik naminə ilk və son dəfə Əsəd Cahangirin savadlı, intellektli biri olduğunu qeyd etməliyəm. Bundan sonra deyəcəklərimin isə onun savadı və intellekti ilə qəti əlaqəsi yoxdur. Necə ki, şair-yazıçılar da müəyyən yaşdan sonra tükənir, yaza bilmir - düşünürəm, tənqidçilərdə də belədir. Məsələn, Əsəd Cahangir. Onun tənqidi belə tükənib. Sizə bir söz də deyim. Bizdə tənqidçilər adətən zamanında şeir, hekayə, roman yazmaq istəyənlərdir. Əksəriyyətində də alınmayıb deyə tənqidə keçiblər.

Düşünürəm, Əsəd Cahangir də belə olub. Yazmaq istəsə də alınmayıb, yaza bilməyib. Yazdığı bəzi əsərləri də misal gətirə bilərik. Məsələn, “Namaz” poemasını. Şəxsən mən ciddi cəhdlə çalışsam, bu cür zəif poemanı yaza bilməzdim, bundan yaxşısını yazmış olardım.

Əsəd Cahangirin illərdir ki, yazılarını, tənqidlərini, hətta müsahibələrini belə oxuyuram. Birini də qaçırmıram ki, bəlkə əsl Əsəd Cahangiri görə bildim. Amma təəssüf ki, əsl Əsəd Cahangir illərdir yoxa çıxıb. Bu, əsl Əsəd Cahangir deyil. Nə bilim, bəlkə də biz başa düşmürük. Postinsan, zad da, ay brat.

Hərdən onun kimi adamlar görüb təəccüblənirəm ki, ilahi, görəsən , niyə belə oldular? Nə vadar elədi? Həyatın şərtləri bu qədərmi ağırdır, ya bu adamlar özləri bu cür olmağı seçir? Savadlarından, müsbət cəhətlərindən düzgün istifadə edə bilmir, axırda da olan qalan hörmətlərini itirir, içləri paxıllıqla dolur, hər fürsətdə gənclərə, ümumi olaraq qərəzi olduğu adamlara kin qusur. Dəhşətlidir.

Əsəd Cahangirin kimlərdən yazı yazdığını görmək də məni başqa cür pis edir. Tənqidçi obyektiv olmalı, qərəzsiz şəkildə tənqid etməlidir. Bəs, Əsəd Cahangir niyə belə etmir? Görəsən, ətrafında olan onlarla istedadlı gənci görmürmü? Yoxsa ancaq “tanış-tunuş tənqidi” edir? Görəsən , niyə "mənim tənqidlərim böyük kiçik yeri bilir”, deyən Əsəd Cahangirin artıq tənqidinin ovuc içi boyda da yeri yoxdur? Əsəd haradadır? -Yerini soruşmuram, essesini deyirəm. Ümumi olaraq soruşuram, Əsəd hardadır? Şəxsən mən onu heç yerdə görmürəm, nəinki tənqiddə.

Bu gün Əsəd Cahangir elə vəziyyətdədir ki, onun adicə bir sözünü, bir müsahibəsini, essesini, məqaləsini, ümumiyyətlə, qələmə aldığı hər nəyisə götürüb yerlə bir etmək olar. Əsəd Cahangirin mətn üzərində diriliyi artıq gedib. Bütün yazıları ölü doğulur. Bəzən də keysəriyyə üsulu ilə olur. Məsələn, kitablarına yazılar yazdığı adamlara, həmin yazıların təhlilinə baxıb buna əmin olmaq olar.

Ey, “kim yatmış kim oyaq” deyən Əsəd Cahangir, oyanmaq vaxtıdır. Yoxsa, Əsəd Cahangir əbədiyyətdədirmi? Bir essesini oxumuşdum, "Ədalət" hissindən danışırdı Əsəd Cahangir. Xahiş edirəm, cümləni bir daha oxuyun: Ədalət hissindən danışırdı Əsəd Cahangir. Danışırdı Ədalət hissindən Əsəd cahangir. Əsəd Cahangir hissindən Ədalət danışırdı. Xeyri yoxdur? ay tövbə!

And ola Əsəd Cahangirin hələ tənqid etmədiyi yazıçıların əsərlərinə ki, diksindim. Qəribədir. Bir də deyirəm. Əsəd Cahangir "ədalət" hissindən danışırdı. "Görürsən ki, müsahibə verir, yalnız öz çevrəsində olanları tərif edir". Bu sözləri Əsəd Cahangir bir zamanlar Kamal Abdulla haqqında demişdi. Kimin haqqında deməsindən asılı olmayaraq bu sözləri Əsəd Cahangir deməməlidir. Ən azı onu tanıyan, bir damcı vicdanı olan adamlar təsdiq edə bilər sözümü. Məsələn, mən Əsəd Cahangirin tanımadıqlarından, şəxsən tanışlığı olmadığı bir kimsədən yazısını görmədim. Əgər varsa, deməli orda da nəsə var.

Ümumiyyətlə, hər hansısa bir roman haqqında təriflər edib, daha sonra isə şəxsi səbəblərə görə dediyi sözləri təkzib edən adam nə qədər ədalətli ola bilər? Elə Əsəd Cahangir qədər. Bəli, yoldaşlar, Əsəd Cahangir ədəbiyyatın heç bir yerində olmadığı kimi artıq tənqidində də yoxdur. Ad çəkib qan-qaraçılıq salmaq istəmirəm. Elə deyim, özü oxuyub görsün. Əslində, o kimi tərif edirsə, həmin adamlar da onu bəyənmir. Məsələn, ədəbi məclislərdə söz düşəndə haqqında əksəriyyəti irəli-geri danışır, "neyləyim e, Əsəd Cahangirdi də, tanıyırıq hamımız. Amma ta, haqqımda yazıb. Durub pis nə deyim?", kimi ifadələr işlədir. Məncə, bu barədə düşünsə yaxşı olar.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Mirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”
16:27 30 May 2020
“Ələddin” tamaşası "Youtube"da nümayiş ediləcək
15:31 30 May 2020
Aysel Əlizadə feminist kitab yazdı: "Qızlar ağlamaz"
14:39 30 May 2020
Cani rollarının ən məşhur ifaçısı öldü
13:37 30 May 2020
Ölüm çox qorxunc və arzuolunmaz gəlir – İkinci Mahmudun dərc olunmayan yazısı
12:51 30 May 2020
Ledi Qaqadan yeni albom - "Chromatica"
12:07 30 May 2020
Çəkilişinə 5 il icazə verilmədi - "Yenilməz batalyon" haqqında bilmədiklərimiz
09:00 30 May 2020
Məşhur aktrisa vəfat etdi
17:32 29 May 2020
Dəb xəstələri üçün 10 film - Siyahı
16:41 29 May 2020
Mehriban Ələkbərzadə: "Mədəniyyət naziri olmaq istəmirəm"
15:03 29 May 2020
"Altun kitab" uşaqlar günü ilə bağlı qeyri-adi layihəyə start verdi
14:40 29 May 2020
Merilin Monronun çılpaq şəkli hərraca çıxarıldı- Foto
13:36 29 May 2020
70 yaşında ata olan qocanın evindən reportaj
12:22 29 May 2020
Nəbi Xəzrinin sözlərinə bəstələnən mahnıya klip çəkildi
10:40 29 May 2020
Dünyada ən çox satılan bestsellerin müəllifi vəfat etdi
09:49 29 May 2020
Elə bildim cin yığnağına düşmüşəm - Bircənin romanı
08:59 29 May 2020
Qəfəsdəki quşların uçduğu göylər göynər - Şəhriyarın yeni şeirləri
16:45 28 May 2020
Əmi, bəlkə köhnə ayaqqabın ola? - Alikin yeni şeiri
16:00 28 May 2020
Reha Erdemden yeni film
14:45 28 May 2020
Mənim Habil Əliyevim - Şərif Ağayar yazır...
13:33 28 May 2020