Fahişə kişilərə aldanmayın

Fahişə kişilərə aldanmayın
23 oktyabr 2019
# 14:50

Kulis.az müğənni Nura Surinin gender bərabərliyi ilə bağlı saytımıza göndərdiyi yazını təqdim edir.

Bugünkü gün məni də bir çoxu kimi cəmiyyətimizdə baş verənlər narahat edir. Hamı hamını qınayır. Ən çox qınanılan, təhqir olunan, hətta öldürülən isə qadınlardır.

Bu nə münasibətdir?

Bu nə düşüncədir?

Nə məntiqdir?

Nə isə başınızı ağrıtmayım, çünki suallarım çoxdur, məntiqli cavablar isə az.

“Kişillər” rahat şəkildə bir neçə qadınla yaşaya bilirlər. Həyat yoldaşı, məşuqə (bir və ya daha çox) və s... Bunları edən kişi pozğun hesab olunmur. Deyirlər, pulu var arvadına baxır, o birin də saxlayır. Hətta dindən istifadə edib, müsəlmana 4 arvad saxlamaq olar deyənlər də az deyil.

Belələrinin sayı artıq azalmaq üzrədir, çünki yeni “kişi” obrazı yaranıb - alfonslar!

Hətta bir qrup cinayətkar sırf qadınları aldadaraq malını, mülkünü mənimsəyir. Evlənirlər və aldadaraq evini, avtomobilini satdırıb sonra aradan çıxırlar. Qanunla qadın ərinə qarşı nə iddia qaldıra (muqaviləsiz nigahda yaşayıblar – N.S.), nə də şahidlik edə bilir.

Evli alfonslar da var, ailəsini, uşaqlarını dolandırmaq üçün özündən yaşda böyük xanımlardan istifadə edənlər də. Bunlar özlərinə bəraət qazandırırlar ki, evimə çörək aparıram. Bütün bunları qadınlar edəndə olurlar fahişə, kişilər edəndə heç kəs reaksiya vermir.

Bu nə məntiqdir cəmiyyətimizdə?

Homoseksuallarla pul qarşılığı cinsi əlaqəyə girənlər, qadınlarla pul qarşılığı evlənənlər və s.

Sonra da həmən bu kişiciklər sosial şəbəkələrdə açıq-saçıq geyimə görə özlərinə yaraşan sözlərlə başqalarını qınayıb təhqir edirlər. Kişilikdən danışırlar.

Qadın olmaq çox çətindir. Qadın ailəsindən boşanıb, uşağını atıb gedərsə cəmiyyət onu daş-qalaq etməyə hazırdır. Bu zaman dindən sitat gətirən də olmur. Dində boşananda uşaq atayla qalmalıdır. Çünki pulu qazanan kişidir. Bir də ki, bu xanımla ailə quranda o uşağı atası evindən gətirmişdi ki?

Dində qadın boşanandan sonra ailə qura bilər. Bu pozğunluq hesab olunmur. Amma yox, nə danışırıq biz burda, kişi arvad-uşağını atıb gedə bilər, bu normaldır, qadın bunu etməməlidir və edə bilməz.

Qadın sevmədiyi insanla yaşamağa məcburdur sanki. Sevgi bitir, ölür. Hər şey müvəqqətidir bu həyatda. Əbədi sevgi kitablarda, nağıllarda qaldı.

Kişinin bir qadına hissləri ölən kimi, qadınların da hissləri ölür. Başqalarını qınayıb təhqir etməyi tərgidin artıq. Heç kəs mələk deyil, səhvsiz deyil.

Nəyin səhv və doğru olduğunu sübut etmək mümkünsüzdür. Nisbidir çünki.

Xanımlar, özünüzü sevin və özünüzə dəyər verin. Alfons və fahişə kişilərə aldanmayın.

Sevgini pula satın almaq mümkün deyil. Mənliyi, qüruru, vicdanı almaq mümkündür, amma sevgini yox

# 6768 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #