Keçmişə gedə biləcəyik – Yeni elmi kəşf

Keçmişə gedə biləcəyik – Yeni elmi kəşf
9 oktyabr 2019
# 17:20

Kulis.az Nuranə Süleymanlının “B.B.B bağlantısı” yazısını təqdim edir.

(beyin-kompüter, beyin-beyin, beyin-robot)

Barış Özcandan Elon Muskla bağlı videoya baxırdım (Elon Musk - SpaceX-da icraçı (CEO) və texniki (CTO) direktordur. Eyni zamanda çoxlarımızın izlədiyi Tesla Motors-da icraçı direktor (CEO) və SolarCity-nin sədri, Paypal, SpaceX, Tesla Motors və Zip2 şirkətlərinin də qurucusudur).

Gələcəkdəki texnologiyaların və elmin inkişafı ilə bağlı videolara baxanda adamda qəribə “zaman keçdikcə daha çox keçmiş (zaman) olacağıq” düşüncəsi yaranır. Hardasa 30 il əvvəl smartfonların, ağıllı telefonların, facebook, instagram, youtube, google, twitter-in alqoritmlərinin bizi bizdən daha yaxşı tanımasını heç xəyal edə bilməzdik. Təsəvvür edin, alqoritm elə ağıllı proqram əsasında yığılıb ki, artıq aktiv facebook, youtube, chrome və sair istifadəçilərinin hesablarına sadəcə kənardan göz gəzdirməklə, onların profillərini, yəni psixoloji vəziyyətini, olduğu yerləri, maraq dairələrini, ümumi xarakteristikasını fayl halında hazırlayıb təqdim edə bilirik. Bu alqoritmlər sayəsində nəinki dünya səviyyəsində reklamlar edilir, milyardlar qazanılır, ölkələr idarə edilir, hətta hər bir şəxsi məlumatlarımız həmin istifadə etdiyimiz sosial media sahiblərində olur.

Elm və texnologiyanın gözü ilə baxanda nəinki 30 il, artıq 3 il də bizim üçün çox keçmiş sayılır. Əvvəl yeniliklər üçün illər lazım idisə, indi sadəcə həftələr kifayət edir. Zaman bizim həm lehimizə, həm də əleyhimizə işləyir, çünki bu qədər sürətli inkişaf zaman keçdikcə lehimizə olan kartları əleyhimizə olanlarla dəyişdirir. Sadəcə cibimizdəki mobil telefonla bizim hər bir addımımız anbaan izlənilə bilir. Və mən düşünürəm ki, 1 il sonra 2019-cu il 30 il qədər keçmiş ola bilər...

Yazının başlığından da gördüyünüz kimi Elon Muskun hədəflərindən biri də beyin-kompüter əlaqəsidir. Yəni kompüterlərimizin beynimizlə idarə olunması, sadəcə düşünərək. Hal-hazırda bunun bir çox örnəkləri var. Məsələn, əlləri olmayan bir adamın sinir sisteminə qoşulan kompüterlə süni əllərə sahib olması, sadəcə düşünərək onları müəyyən çərçivədə istifadə etməsi. Buna da beyin hüceyrələrinin bir-birlərinə ötürdüyü snaps vasitəsi ilə yaratdığı elektrik dalğalarının elektrodlarla tutulması nəticəsində nail olublar. İndi bunu daha da inkişaf etdirib sürətləndirmək istəyirlər. Tam olaraq hədəfi isə barmaq ucumuza sığacaq qədər kiçik çipin beynimizə yerləşdirilərək, bluetooth vasitəsi ilə mobil telefonlarımızla birbaşa əlaqə yaratmaqdır. 2020-ci ildə bunun təqdimatını etməyi düşünürlər. Bu layihə sadəcə beynin mobil telefonla əlaqəsi ilə sərhədlənməyəcək, iki və daha çox beyin arasında da düşüncə vasitəsi ilə əlaqələr qurulacaq (belə bir təcrübə edilib və uğurla nəticələnmişdi), bir sözlə telepati gerçək olacaq. Və sonuncu – beynin kompütürlərə, daha doğrusu ya süni-intellektə bağlanması. Yəqin Elon Musk haqqında bunu da bilirsiniz ki, o, süni-intellektin insanlıq üçün çox böyük təhlükə olduğunu düşünür və buna qarşı tədbirlər almaq üçün insan zəkasını süni-intellekt zəkası ilə əlaqələndirərək, onların insanlar tərəfindən idarə olunmasını istiqamətində çalışır. İdarə edilməz bir zəkanın insan zəkası tərəfindən idarə olunmasının ən yaxşı yolu, onların bir-birləri ilə birləşdirilməsidir. Bir növ düşmənini özünə yaxın tutmaq strategiyası həyata keçirilir.

Bütün bu yeniliklər, nailiyyətlər çox maraqlıdır, amma görəsən, bu sürətlə biz üç il sonra nə qədər keçmişdə olacağıq?

# 2012 dəfə oxunub

Oxşar xəbərlər

Xəstəxana gənc yazıçının son durumunu açıqlayıb - Yenilənib

Xəstəxana gənc yazıçının son durumunu açıqlayıb - Yenilənib

23:50 10 may 2024
Yolüstü söhbət - Saltıkov-Şedrinin hekayəsi

Yolüstü söhbət - Saltıkov-Şedrinin hekayəsi

18:00 10 may 2024
Nə zamansa bu nişanda bir atam vardı... - Əli Kərim

Nə zamansa bu nişanda bir atam vardı... - Əli Kərim

18:00 10 may 2024
"Avroviziya"nın  finalına çıxan ölkələr

"Avroviziya"nın finalına çıxan ölkələr

17:30 10 may 2024
Kalben  sərbəst buraxıldı

Kalben sərbəst buraxıldı

17:00 10 may 2024
“Cadugər”  filminin qala gecəsi oldu

“Cadugər” filminin qala gecəsi oldu

16:30 10 may 2024
#
#
# # #