news-inner
clock14:40 calendar-gray 21 Avqust 2019 view-gray325 dəfə oxunub
view-gray325 dəfə oxunub

Kütlə zay məhsulu sevir... – Ruslan Mollayevin essesi

Kulis.az Ruslan Mollayevin “Avropa fəlsəfəsi” yazısını təqdim edir.

Avropa İttifaqının Nümayəndə Heyəti, birinci İmagine Avropa Tolerantlıq Festivalı çərçivəsində “Daha yaxşı bir dünya xəyal et” xəttiylə Azərbaycana qonaq gələn Belçikalı sənədli film rejissoru Xaiver Solano ilə sənədli filmin əhəmiyyətindən, üslub və texnikalarından danışdıq. Bənzətmələr etsək, bir daha Avropa nə qədər sərin-soyuq natarazlığı, mavi rəngdən tutqun yaşıl rəngə keçid təsirini bağışlasa da, Şərqin aydın, işıqlı havasından, isti səhra küləyindən, zəngin dağlarından daha çox insan faktoruna əhəmiyyət verdiyini görürük. Avropa “Hər kəs özü üçün” - anlayışıyla yaşasa da laqeydlikdən uzaqdır və bu onların filmlərində də öz əksini tapır.

Xaiverin filmi Brüsseldə yaşayan imiqrantlar haqqında idi. Film televiziya jurnalistikasından tam uzaq, yaxşı operatorla çəkilərək uğurlu montaj edilmişdir. Jurnalistin çəkdiyi filmlə rejissorun çəkdiyi film onunla fərqlənir ki, jurnalist çəkilişdə və montajda müsahibin dediyini insanlara çatdırırsa, rejissor demək istədiyini, kadrlarla, müsahibinin vasitəsiylə təqdim edir.

Biz çox vaxt günahkarı günah etdiyi yerə gətirib, günahı necə törətdiyini maraqla soruşuruq. Bəzən də danışmağa məcbur edirik. Ora necə gəlib çıxdığını, səbəbini və ya səbəbkarı isə soruşmuruq, əhəmiyyət vermirik...

- Bizim səhnənin pərdəsi olmur...

Həyatda o Böyük qüvvə hər insana bir missiya verir. Hər missiyanın da vaxtı, vədəsi vardır. Sənin gördüyün fəaliyyət cəmiyyətə, ümumən yaşadığın ölkəyə, dünyaya xeyir verirsə, demək missiya baş tutmuşdur. Yəni katarsis baş verirsə, özünü başa düşməyi, yenidən metaforik mənada dünyaya gəlməsi, sənətin mistik hesab edilən qüvvəsi, qalibiyyətidir.

O, bizimlə insanların dili ilə danışıb, vasitələrlə kömək edir. Böyük sənətkarlar buna peyğəmbərlik deyirlər, dayazlar isə... Odur ki, Sevginin hazırladığı əsər, Dayazın hazırladığı işdən energetikasıyla belə fərqlənir. Bir neçə pilləkən aşağı düşsək görərik ki, “Ona” sənin fikrin, problemin maraqlı deyil, sənin kədərindən əldə etdiyi pul və ucuz şöhrət maraqlıdır. Ekranda, səhnədə istənilən yaradıcı işdə, idarə etmə sistemində belə bu nüans özünü qabarıq büruzə verir. Qeyd edilən iki istəyin tərkibinə sevgi qatılarsa, əslində, hər şey tamamən başqa cür olar.

Avropa film tribunasından çıxış edən sənətkarlar bildirirlər: "O insanlar adlarına o qədər aludə olurlar ki, əsl gözəllikdən məhrum olurlar, nəticədə həmin ölkə və dünya ziyana uğramış olur”. Daha sonra bu fikirlərin kütlə sənətiylə məşğul olan adamlara aid olmadığı vurğulanır, kütlə sənətini harama çıxaranlara aid olduğu təsdiq edilir! Kütlə narazı olsa da, xarab məhsulu qəbul edir və nəticədə genetik zəhərlənmə baş verir.

- Pilləkənlə yuxarı...

Festival çərçivəsində Avropa tələbələrinin hazırladığı qısametrajlı filmlər də nümayiş olundu.

Filmin birində qadağan olunmuş 25 - ci kadr elementini görüb soruşdum:

Tələbələrə bu elementi də öyrədirsiniz?

Xaiver Solano bildirdi ki: onlar bunu intiutiv ediblər.

Bu o deməkdir ki, tələbələr öz diqtəsiylə, yaxşı mənada cəmiyyətə, dünyaya təsir etmək üçün çalışır, icazə verildiyi üçün də sanki, məşğələlər edirlər.

Bakı Media Mərkəzində “Kinoda səs” mühazirəsiylə çıxış edən italyan səs rejissoru Gilberto Martinelli, italyanların kinoya təəccüblənmək üçün gəldiklərini deyir, xüsusən də: "Əgər film düşünməyə vadar edirsə, biz o filmi yaxşı və uğurlu hesab edirik! ” - deyə qeyd etdi.

G. Martinelli: Mədəniyyət sahəsi bizdə hər şeydən üstündür, çəkilən filmlər də milli mənsubiyyətimizdən asılı deyil, dünya mədəniyyətləri içində öz dəsti-xəttini tapmış incəsənətdir. İnkişafımızın başlıca səbəbi hakimiyyətin Mədəniyyət Nazirliyinin fəaliyyətinə müdaxilə etməməsidir, edə bilməməsidir.

- Həyatda ədalət axtararaq deyil, ədalətli olaraq, yaşamaq gərəkdir!

Ciddi sənətlə məşğul olan sənətkara kart-blanş verilsə də, öz yerini, söz demək vaxtını və dərəcəsini yaxşı bilir. Qadağan olanı dedizdirənlər, müxalif provakatrlardır. Sənətkar sənətə aludə olandan sonra gözəllik yaratmaqdan çox bu sirri bilmədən siyasətlə, etirazla məşğul olur, bu da daha böyük işlər görməsinin qarşısını alır.

- İncəsənət xilas etmək gücünə malikdirmi?

Çəkiliş ərəfəsində gərginlik, stress, müsahibi hazırlamaq, istədiyinə gətirib çıxartmaq və ya hər şeyi bilib-bilməmək obrazı hamısı filmin uğuruna hesablanır.

- ...sən bilmirsən sənin çəkdiyin film dünyaya gəlib necə bir övlad olacaq.

Bu sözləri 2013 - ci ildə 4 saylı cəzaçəkmə müəssisəsində "Cəhənnən mələkləri ” sənədli filmin çəkilişi vaxtı Gülviyyə adlı məhkum qadına demişdim. Onu çəkmək üçün bütün heyətlə altı ay gözlədik. Hər çəkilişə gələndə addımımı, digərləriylə ünsiyyət və davranışımı diqqətlə izlədiyini hiss edirdim. Bir gün yaxınlaşıb nəhayət, filmin çəkilişinə razı olduğunu bildirdi. Gülviyyə "İnsan alveri” maddəsi ilə 8 il azadlıqdan məhrum olunmuşdur. Filmin sujet xətti Gülviyyənin daxili iztirabları, maksimum peşmançılığı və övladının sarsıntıları üzərində qurulmuşdur. Bilirdim ki, onun vasitəsiylə gənclərə, gənc ailələrə çox böyük mesaj vermək olar... Film televiziyada yayımlandıqdan sonra ən böyük sual Gülviyyənin vaxtından əvvəl azadlığa çıxa bilib-bilməməsiydi... Bu suala cavab filmin alınıb-alınmamasından xəbər verəcəkdi. Bir qədər vaxt tələb olunurdu. Avropa Tolerantlıq Festivalı ərəfəsində sənədli film ovqatında olduğum bir məqamda Gülviyyə Əzimlidən telefonuma mesaj gəldi. O vaxtından əvvəl azadlığa buraxılmışdı! Xeyli vaxtdır televiziyalarda, sosial şəbəkələrdə məni axtardığını dedi və təşəkkür etdi. Gülviyyəyə şans verilmişdi...

Rejissor Kambriya Metlon və Morqan Robinson 2010-cı ildə çəkdiyi "Günəş şuaları altında” filmiylə insanın daim inqilab etməyə meylli olduğunu göstərirdi. Bu daha çox mədəniyyət inqilabıdır. Məhz bunun sayəsində elm inkişaf edir, yeni kəşflər meydana çıxır. Bəzən "inqilab” sözünün varlığından belə narahat olurlar. Əslində bu hakimiyyətə qarşı etiraz deyil, dövlət və cəmiyyətin xeyrinə hesablanmış hadisədir. Filmdə göstərildiyi kimi Afrikanın ucqar bir kəndində günəş şüasından əldə olunan enerjidən məktəbə işıq çəkilir, su quyusundan rahatlıqla əldə edilən qurğu quraşdırılır...

- İnsan müxtəlif mədəniyyətlərlə tanış olduğu halda daha çox inkişaf edir.

12 - 20 Oktyabr 2017 - ci il tarixində Bakıda davam edən sənədli filmlə bağlı ustad dərsləri və mühazirələrlə bərabər, sual cavabdan aydın olan biri də odur ki, Avropaya sənin, mənim bağ-bağçamız maraqlı deyil: ona ən kasıb təbəqənin, daxili dünyası, dolanışığı, yaşam tərzi maraqlıdır və bununla onlar ölkəmizin durumundan rahatlıqla xəbərdar olur.

Yaradıcılıqla məşğul olan incəsənət adamı sənətdə öz yolunu, dəsti xəttini tapdıqdan sonra dünyaya kəşf elədiyi gözəlliyi hər sənət əsərində müxtəlif mövzularla ifadə edir. Polşalı sənədli film rejissoru Pavel Lazinskinin keçdiyi ustad dərslərində və təqdim etdirdiyi filmlərdə " Qardaşlar”, "Qonşular”, atası və anası haqqında çəkdiyi digər filmlərdə də mövzuların əsası, içimdəki həqiqəti bir daha təsdiqlədi: İnsan daim nəyinsə axtarışındadır. Nə qədər ki, axtarırsan həyat, yaşamaq bir o qədər maraqlıdır. İnsan var bu sirri bilir ona doğru gedir. Sən onu tapdıqda hər şey dayanır və gözləmə məqamında olursan. Sanki, axar çayı keçmək üçün qayığın sahilə gəlməsini gözləyirsən.

- Elitar sənət olan yerdə sükut var, enerji var, ətrafı işıqlandıran rənglər var...

Festivalın sonunda göstərilən "Beirut Buenos Aires Beirut” (Argentina) filminin alt qatında insan arxatiplərə bağlı olduğunu və hamımız bu dünyanın adamları olaraq Böyük qüvvənin tabeçiliyində mövcud olduğumuzu pıçıltılarla deməyə çalışdı.

Ən yaxşı və fərqli sənədli film məhz səs-küylə deyil, ovqatı hiss etdirərək, emosiyanı göstərən vaxt yazısıyla sənədli filmə çevirməkdir. Daha aydın desək, bu bir qədər video kamera ilə şeir yazmaq kimidir... Sənədli filmin gözəlliyindən biri də məhz budur. Sənət əsəri sənin qavrama dərəcən, dünya görüşün və düşüncənin dərinliyi ilə ölçülür. Sən nə qədər zənginsənsə bir o qədər bu zənginliyi anlayırsan...

news-inner-user

13958 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Musiqili Teatrda "Fransızsayağı qarnir" olacaq - Fotolar
18:56 18 Yanvar 2020
Xalq artistinin xatirəsi anılacaq
17:44 18 Yanvar 2020
İyirmi ikinci mənzildə - Varisdən hekayə
16:58 18 Yanvar 2020
"Silahdaşlar" sənədli filmi təqdim olundu
15:15 18 Yanvar 2020
Gənc şairin poeziya gecəsi keçirildi - Fotolar
14:05 18 Yanvar 2020
Türkiyəli yazıçı vəfat etdi
13:47 18 Yanvar 2020
Tanınmış dramaturq vəfat etdi
13:15 18 Yanvar 2020
Bu məşhurlar qaraçı nəslindəndir - Siyahı - Fotolar
12:44 18 Yanvar 2020
"Məni bir qadın qucub, mələklər gəzsin barı..." - Pərviz Cəbrayıldan şeirlər
11:03 18 Yanvar 2020
"Mübariz" operası təqdim olundu - Fotolar
10:28 18 Yanvar 2020
Cahandar ağa Allahyarın arvadı Mələyi qaçırmaqda haqlı idi? - Sevda Sultanova yazır...
09:03 18 Yanvar 2020
Gənc yazar: “Aqşin Yeniseyin romanı alınmayıb” – Video-söhbət
21:00 17 Yanvar 2020
100 yaşlı şair AYB-də yubleyinə qatıldı
19:27 17 Yanvar 2020
Yaşamaq istəyən xəstəyə yalan satan həkim - Hekayə
18:58 17 Yanvar 2020
Rövşən Yerfinin yeni kitabı təqdim olunacaq
18:31 17 Yanvar 2020
Amma Anar bilməsin... – Gənc şairdən parodiyalar
18:03 17 Yanvar 2020
Prezident məşhur rejissoru “Şərəf” ordeni ilə təltif etdi
17:37 17 Yanvar 2020
Musiqili Teatrda "İstintaq" olacaq
16:57 17 Yanvar 2020
Bakıda böyüklər üçün ustad dərsləri keçirildi
16:20 17 Yanvar 2020
Qremminin ilk qadın prezidenti işdən çıxarıldı
15:39 17 Yanvar 2020