Öpüb, gözlərimin üstə qoymaqdan... – Yeni Şeirlər

Öpüb, gözlərimin üstə qoymaqdan... – Yeni Şeirlər
8 iyul 2019
# 18:41

Kulis.az Ruslan Dost Əlinin yeni şeirlərini təqdim edir.

ta bu bir otaqlı evi də satdım,

bilmirəm, vuracam hara şəklini.

saçların gözünün üstünə düşüb,

bəs niyə demirsən: dara şəklimi...

nə tanrıya açdım, nə sənə dedim:

mənimçün sevmək də bir sənət idi.

mənim ki ürəyim eşq sənədidi,

vurdum o sənədə ara şəklini.

düzəldim özümü gərək sabahdan,

endirim bu şəkil eşqimi taxtdan.

öpüb, gözlərimin üstə qoymaqdan

yara eləmişəm, yara, şəklini...

* * *

boşa sevmişəm yolları,

baxdım, yollar nişanlıdı...

elə can qoyub yazmışam,

sözlərim məndən canlıdı.

kənddən çıxdım, kəndimizin

ən pis adamını sevdim.

Ruslan Dost Əlidən başqa

sevdim eey, hamını sevdim.

güzgülərlə barışmadım,

düşmən saxladım evimdə...

nə vaxt susdum, dəmir pullar

qəfil səs saldı cibimdə.

baxdım, yollar nişanlıdı,

tez vuruldum ağaclara.

gördüm ki, heç nəyim yoxdu,

salam göndərdim aclara...

* * *

yaxını fərq eləmirik,

yaxşı görmürük uzağı.

hansı tərəfdə dursan da

elə bizik solun sağın...

hər əzan bir tərəfdədi,

yoxsa bütövsən elə sən?

görünmədiyin boydasan,

nətər varsansa, eləsən...

hər gün gördüyün adamlar

get-gedə yadlaşır sənə.

görünmə, bu görünməmək

möhtəşəm yaraşır sənə!

# 3790 dəfə oxunub

Oxşar xəbərlər

Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı

Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı

14:04 1 iyul 2026
"Halqa" filminin "Samara"sı Deyvi Çeyzin ölüm səbəbi açıqlandı

"Halqa" filminin "Samara"sı Deyvi Çeyzin ölüm səbəbi açıqlandı

14:00 1 iyul 2026
Qazaxıstan Prezidenti Məti Osmanoğlunu təltif etdi

Qazaxıstan Prezidenti Məti Osmanoğlunu təltif etdi

13:20 1 iyul 2026
İlahə Demetraya aid olduğu düşünülən məbəd, əslində, kimə aiddir?

İlahə Demetraya aid olduğu düşünülən məbəd, əslində, kimə aiddir?

12:10 1 iyul 2026
Deniz Akkaya saxlanıldı

Deniz Akkaya saxlanıldı

11:42 1 iyul 2026
"Con Uik" serialının ulduzu xəstəxanaya yerləşdirildi

"Con Uik" serialının ulduzu xəstəxanaya yerləşdirildi

10:38 1 iyul 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər