Deniz Akkaya saxlanıldı

Deniz Akkaya saxlanıldı
1 iyul 2026
# 11:42

Türkiyəli keçmiş model Deniz Akkaya saxlanılıb.

Kulis.az xəbər verir ki, iddialara görə, Akkaya İstanbuldakı evindən çıxarıldıqdan sonra Kartepenin Maşukiyə bölgəsində yaşayan yaxın dostu Kürşat A.-ya zəng edərək ondan kömək istəyib.

Bildirilir ki, o, təxminən 20 gün əvvəl şəxsi əşyaları ilə birlikdə dostunun evinə köçərək orada yaşamağa başlayıb.

Məlumata əsasən, Deniz Akkaya həmin müddət ərzində evdə tez-tez problem yaradıb. Dünən gecə isə naməlum səbəbdən əsəb böhranı keçirərək Kürşat A. ilə mübahisə edib. İddialara görə, o, dostuna hücum edib və evdə gərgin vəziyyət yaradıb.

Hadisədən sonra Kürşat A. polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ünvana gələrək Deniz Akkayanı saxlayıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

# 1013 dəfə oxunub

Oxşar xəbərlər

David Villiams qalmaqalı böyüyür – Nəşriyyat ört-basdır ittihamı ilə üz-üzədir

David Villiams qalmaqalı böyüyür – Nəşriyyat ört-basdır ittihamı ilə üz-üzədir

14:17 25 noyabr 2026
Məşhur plartforma süni intellektlə hazırlanan mahnıları kataloqdan çıxardı

Məşhur plartforma süni intellektlə hazırlanan mahnıları kataloqdan çıxardı

13:46 25 noyabr 2026
“Macquarie” lüğəti ilin sözünü seçdi - “Pervert glasses” nə deməkdir?

“Macquarie” lüğəti ilin sözünü seçdi - “Pervert glasses” nə deməkdir?

13:14 25 noyabr 2026
Varoluş - Yeni hekayə

Varoluş - Yeni hekayə

12:27 25 noyabr 2026
Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

12:03 25 noyabr 2026
Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

11:01 25 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər