İsveçrə qarət edilmiş bürünc abidələri Nigeriyaya geri qaytardı

İsveçrə qarət edilmiş  bürünc abidələri Nigeriyaya geri qaytardı
30 iyun 2026
# 16:00

İsveçrə hakimiyyəti müstəmləkəçilik dövründə qarət edilmiş 18 Benin bürünc abidəsini Nigeriyaya geri qaytarıb.

"Euronews" xəbər verir ki, Laqosdakı Milli Muzeydə baş tutan bu təhvilvermə prosesi, 2021-ci ildə başladılan "Benin Təşəbbüsü İsveçrə" proqramı çərçivəsində imzalanmış mülkiyyət hüququnun ötürülməsi razılaşmasının ilk mərhələsidir.

Geri alınan tarixi sənət nümunələrinin əksəriyyəti müvəqqəti olaraq Edo əyalətindəki Benin Siti Milli Muzeyində saxlanılacaq.

Qeyd edək ki, Nigeriya Milli Muzeylər və Abidələr Komissiyası isə son illərdə ölkəyə qaytarılan bütün Benin əsərlərini nümayiş etdirmək üçün dünya səviyyəli yeni bir qalereya yaratmağı planlaşdırır.

# 441 dəfə oxunub

Oxşar xəbərlər

Laçında Şəhər Günü münasibətilə konsert keçirildi

Laçında Şəhər Günü münasibətilə konsert keçirildi

19:00 26 avqust 2026
Amerikalı müğənninin ölümü ilə  bağlı detallar ortaya çıxdı

Amerikalı müğənninin ölümü ilə bağlı detallar ortaya çıxdı

18:15 26 avqust 2026
Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər