writer1

Etimad Başkeçid

Məqalə sayı

36
clock16:03 calendar-gray 03 İyul 2019 view-gray199 dəfə oxunub
view-gray199 dəfə oxunub

Şərqlə Qərb heç vaxt qovuşmazlar

Bəzi dostlar fikirləşir ki, Kiplinqin zamanına görə, daşdan keçən postulat kimi anlaşılan bu sözlər indiki qloballaşma dövrü üçün keçərli sayıla bilməz. Yəni artıq dəmir pərdələr qalxıb, dünya qaynayıb-qarışıb, birləşmiş qablar və diffuziya qanunları qütbləri qovuşdurub.

Di gəl, bütün gedişat göstərir ki, Şərqlə Qərbin izdivacı fiziki olaraq baş tutmuş sayılsa da, gerçək ortaqlaşma barədə hələlik danışmasaq yaxşıdır.

Bu günlərdə şahidi olduğum əhvalat da elə bunu göstərir.

Deməli, iş gününün sonunda Osman adlı bir biznesmen dostumuz telefon açdı ki, bəs, Osloda yaşayan dostum qonaq gəlib, filan yerdə onun şərəfinə ziyafət verirəm, "gəlməsəniz olmaz!" Osman da elə bir sənətkardır ki, onun məclisinə getməmək günahdır.

Süfrəni sizə tərif etməyəcəyəm, quş iliyi, can dərmanı - bütün nazü-nemətlər...

Osmanın dostu sənətkar adam çıxdı. Baxanda adamın gözləri sevinirdi - boylu-buxunlu, son dərəcə savadlı və sözünün-söhbətinin yerini bilən, takt və etika haqqında traktatlar, elə bil, bu adamın dilindən yazılmışdı. Bir sözlə, əsl avropalı.

İçilən araqların miqdarına münasib, məclis getdikcə şənləndi. Arada qarson qızardılmış bir toyuq gətirdi. Toyuğun bir ayağı o birindən gödək idi. Osman bir toyuğa, bir də qarsona baxıb:

- Ya mən kefliyəm, ya da bu toyuğun ayaqları simmetrik deyil, - dedi, - bu nədir, a kişi, axsaq toyuq verirsən süfrəyə?

Qarson gözlərini toyuğa zillədi, bir ayağını qaldırıb birini qoyaraq, mat-məəttəl susdu. Binəva qarsonun qanının arasına yenə Dost girdi:

- Osman, sən bu toyuğu yeyəcəksən, yoxsa onunla rəqs eləyəcəksən?

Möhkəm gülüşmə qopdu. Qarson minnətdarlıqla Dostun üzünə baxıb irişə-irişə süfrədən aralandı.

Avropanı dörd dolaşan Dost, məclisin təkidi ilə, orada məskunlaşmış azərbaycanlıların macəraları haqqında danışmağa başladı. Onlardan birinin qısa məzmunu belə idi: Osloda bir azərbaycanlı öz uşağını həmişəki qaydada səhər-səhər məktəbə göndərir. Üstündən bir-iki saat keçmiş polislər kişinin iş yerinə gəlir, sorğu-sual etmədən qandallayıb aparırlar şöbəyə. Burada ona bildirirlər ki, ay müsəlman, dövlət sənin uşağına sahib çıxmaq istəyir, nə deyirsən? Qərəz, uzun çək-çevirdən sonra məlum olur ki, sən demə, axşam-axşam uşağın temperaturu qalxıbmış. Ona parasemoldan verib, istiliyini aşağı salıblar və dədə-baba qaydası ilə yaxşıca bankalayıblar. Bizdə axı, az qala, babasili də bankayla müalicə edirlər. Səhərisi gün idman dərsində müəllim görür ki, uşağın beli qapqaradır, fikirləşir ki, yəqin zalım valideynlər ona işgəncə veriblər, dərhal "təcili yardım"a və polisə xəbər eləyir...

İnanmayacaqsınız, beləcə deyib-güldüyümüz yerdə Dostun telefonuna zəng gəldi. Bir-iki dəqiqə əcnəbi dildə nəsə danışdıqdan sonra birdən-birə adamın suru düşdü, dəli kimi yerindən dik atılaraq restoranda ora-bura qaçmağa, isterik hərəkətlərlə telefonunda kimlərisə yığıb qışqıra-qışqıra danışmağa başladı. Onu birtəhər sakitləşdirib, nə baş verdiyini soruşduq. Məlum oldu ki, ona Oslodan zəng eləyiblər; demə, Oslo tibb kollecində oxuyan qızı çoxdan evdə olmalı olduğu halda, hələ də gəlib çıxmayıb. Qızın telefonu da söndürülübmüş. Bu, Dost və ailəsi üçün nonsens, fəlakət əlamətiymiş...

Yeyib-içdiyimiz zəhərə döndü. Hərəmiz bir tərəfdən fərziyyə irəli sürməyə, ona toxdaqlıq verməyə başladıq. Amma çarəsiz ataya nə təsəllii verəcəksən?!

Başınızı ağrıtmayım, üstündən hardasa yarım saat, qırx dəqiqə keçdi və kişiyə yenidən zəng elədilər. Bu dəfə gözgörəsi onun çiçəyi çırtladı və qızın tapıldığını öyrənən məclis əhlindən çılğın şadyanalıq nidaları qopub, bütün restoranı başına götürdü. Qızın başına gələn əhvalat isə belə idi: tələbə qız dərslərini çatdıra bilmədiyindən ikinci kursa keçmək üçün kollec imtahanlarından kəsilir. Onun böyük məyusluq keçirdiyini görən müəllim bunu kollecin rəhbərliyinə xəbər verir. Rəhbərlik isə öz növbəsində qızdan soruşur ki, əlini ürəyinin üstünə qoyub desin, kursda qaldığına görə valideynləri onu evdə söyüb-yamanlaya, danlaya, insan haqlarını qoruyanların təbirincə desək, təzyiqlərə məruz qoya bilərmi? Qız da qayıtsın ki, bəli, buna bir ehtimal kimi baxmaq lazım deyil, bu, elə belə də olacaq. Rəhbərlik dərhal qızın telefonunu alır, özünü isə kollecdə təcrid eləyir və qızın valideynləri ilə təmasa keçib, onların başına ağıl qoymaq üçün psixoloqları, digər uyğun görəvliləri hərəkətə gətirirlər...

Məclisimiz major əhval-ruhiyyədə başa çatdı./525.az/

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Son nəfəsədək” filmi nümayiş olunub
15:02 22 İyul 2019
Musiqili Teatrda keçirilən müsabiqənin nəticələri açıqlanıb
15:01 22 İyul 2019
İntihar edən dostuma: Əlvida, Humay
14:22 22 İyul 2019
Mixaylonun ölməz ruhu - Sabir Rüstəmxanlı yazır
13:36 22 İyul 2019
Qardaş, ölüm nəmənədir? – Akif Səməddən seçmə şeirlər
13:02 22 İyul 2019
Evli, iki uşaqlı qadını sevirdim
12:23 22 İyul 2019
Əfsanəvi film qayıdır - Video
11:45 22 İyul 2019
Axundov onu sui-qəsdən xilas etmişdi... – Həsənbəy Zərdabinin həyatından qeyri-adi faktlar
11:12 22 İyul 2019
Yeseninin muzeyindən rəsmi açıqlama: "Şairin kabusu göründü" - Video
10:31 22 İyul 2019
“Real həyat - real incəsənət” müsabiqəsi davam edir
10:15 22 İyul 2019
“YUĞ” Teatrının şimal rayonlarına qastrolu başa çatıb
09:39 22 İyul 2019
Məşhur qayınana-kürəkən olayının gizlinləri – Günel Natiq yazır...
09:01 22 İyul 2019
Üç filmimiz İtaliyada mükafat qazanıb
07:48 22 İyul 2019
“İtalyan baharı” kinofestivalı keçiriləcək
17:01 20 İyul 2019
Bryus Li niyə lənətləndi?
16:20 20 İyul 2019
Pyer Rişar Yessentuki kinofestivalının fəxri qonağı olacaq
15:22 20 İyul 2019
Beynəlxalq Animasiya Festivalının münsiflər heyəti məlum olub
14:30 20 İyul 2019
Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümünü başa vurub
13:46 20 İyul 2019
"Tərlan Əbilov 90-cı illərin şairidir" - Orxan Saffari yazır
12:25 20 İyul 2019
Xalq yazıçısı Elçin təqdim edir: Yuxu ölümü kimi gerçəklik var havada
11:40 20 İyul 2019