“Ad günü şamları” filminin xüsusi nümayişləri bitdi

“Ad günü şamları” filminin xüsusi nümayişləri bitdi
12 mart 2026
# 14:16

Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik ili” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Ad günü şamları” tammetraj sənədli filmi və onun nümayişi layihəsinin icrası başa çatıb.

Kulis.az xəbər verir ki, adıçəkilən filmin gənclər, yeniyetmələr üçün 4 xüsusi- qapalı nümayişi Biləsuvar rayonu Biləsuvar Gənclər evi, Xəzər rayonu Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Məktəbi, Sumqayıt şəhəri Sumqayıt Gənclər Evi, Lənkəran şəhəri Lənkəran Gənclər Mərkəzində baş tutdu.

Bu film könüllü yollandığı 2-ci Qarabağ müharibəsində məhz öz doğum günündə hər iki gözünü itirən qazi Kamran Baxşızadənin həyatından, ümidlərindən, müharibədən sonrakı həyat əzmindən və mübarizəsindən bəhs edir. Filmin hər nümayişindən sonra gənc tamaşaçılarla müzakirəsi baş tutdu.

Nümayişlərin keçirilməsində əsas məqsəd gənc nəsildə vətənpərvərliyin təbliği ilə yanaşı gənc kinematoqrafçılar və onların işləri, müasir Azərbaycan kinosu ilə gənc və yeniyetmələri yaxından tanış etmək, gənc nəsildə xüsusilə sənədli kino mədəniyyətinin formalaşmasına töhvə vermək olub. Layihə öz məqsədinə 4 xüsusi nümayişlə 214 nəfər gənc tamaşaçıya filmi təqdim etməklə nail oldu.

Filmin quruluşçu rejissoru Murad Allahverdi, produserləri Afaq Yusifli, Murad Allahverdi, Nicat Dadaşov, Tural Əhmədsoy, quruluşçu operatorları Oktay Namazov, Murad Allahverdi, Afaq Yusifli, xətti produseri Elşad Rzayev, bəstəkarı Nigar Süleyman, montaj rejissoru Oktay Namazov, səs rejissoru Nadir Mahmudov, koloristi Edka Kızıltepedir.

Filmin çəkilişləri Bakı, Sumqayıt və İstanbul şəhərləri, Xızı rayonu və onun Xələnc,Qızılqazma, Baxışlı, Fındığan kəndlərində, Altıağac qəsəbəsi və s.yerlərdə baş tutmuşdur.

ButaFilm istehsalı olan film həm də Azərbaycan Respublikası Kino Agentliyinin “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin” 2025-ci il üzrə qalib iştirakçılarındandır.

Layihə Gənc Film İstehsalçıları Assosiasiyasının təşkilatçılığı, ARKA-nın əməkdaşlığı, Biləsuvar rayonu Gənclər evi, Lənkəran şəhəri Gənclər Mərkəzi, Sumqayıt şəhəri Gənclər evi, Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə təhsil mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilib.

# 1222 dəfə oxunub

Oxşar xəbərlər

"Beş ildir ki, veyil-veyil gəzir" - Repressiya kölgəsində filmlər çəkən rejissor

"Beş ildir ki, veyil-veyil gəzir" - Repressiya kölgəsində filmlər çəkən rejissor

11:00 22 sentyabr 2026
Dünya kinosunun "Anna Karenina"sı - Qreta Qarbonun məşhur rolları

Dünya kinosunun "Anna Karenina"sı - Qreta Qarbonun məşhur rolları

13:30 20 sentyabr 2026
Zvyaqintsevin adı Rusiyanın "qara siyahı"sında - Səbəb

Zvyaqintsevin adı Rusiyanın "qara siyahı"sında - Səbəb

18:40 18 sentyabr 2026
44 bədii filminin yeni tizeri yayımlandı

44 bədii filminin yeni tizeri yayımlandı

12:00 17 sentyabr 2026
Zvyaqintsevin "Minotavr"ı Fransanı "Oskar"da təmsil edəcək

Zvyaqintsevin "Minotavr"ı Fransanı "Oskar"da təmsil edəcək

11:00 17 sentyabr 2026
"Görüş yerini dəyişmək olmaz" filminin ulduzu vəfat etdi

"Görüş yerini dəyişmək olmaz" filminin ulduzu vəfat etdi

18:25 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər