Portret - Sergey Mixalkovun təmsili

Portret - Sergey Mixalkovun təmsili
13 mart 2026
# 18:36

Bu gün tanınmış rus şair, dramaturq və publisist Sergey Mixalkovun doğum günüdür.

Kulis.az onun "Portret" təmsilini təqdim edir.

Rəssam Dovşan Pələngin portretini çəkmişdi. Çox uğurlu bir portret alınmışdı. Pələngin xoşuna gəlmişdi.

Qoca Ulaq Dovşanın əl işini gördü və öz portretini sifariş elədi. Dovşan fırçanı, boyaları götürüb işə qurşandı. Bir həftədən sonra sifariş hazır oldu.

Ulaq öz portretinə baxdı və acıqlandı:

- Düz çəkməmisən, Çəpgöz! Tamamilə səhvdir! Heç gözləri də oxşamır! Bu portret mənim xoşuma gəlmir. Sən məni Pələng kimi çək!

- Yaxşı! Çəkərəm! - deyə rəssam Dovşana cavab verdi.

Dovşan yenə fırça və boyaları götürərək işə girişdi. Ulağın ağzını cəhəngləri açıq şəkildə çəkdi. Qorxunc köpək dişlərini qabarıq göstərdi. Ulaq dırnaqları əvəzinə, caynaq çəkdi.

Onun gözlərini Pələngin gözləri kimi mənalı yaratdı.

- Hə, bu ayrı məsələ! İndi xoşum gəlir! Əzəldən belə başlamaq lazım idi! - deyə Ulaq bildirdi.

Ulaq öz portretini götürdü. Onu qızıl çərçivəyə saldı və hamıya göstərməyə başladı. Görənlərin hamısının xoşu gəlirdi:

- Nə gözəldi! Rəssam Dovşana afərin! İstedaddır!

Ulaq Ayıya rast gəldi. Portreti ona göstərdi:

- Oxşayır?

- Kimə? - deyə Ayı soruşdu. Ulaq cavab verdi:

- Mənə! Bu ki mənəm! Tanımadın?

- Kim səni belə eybəcər hala salıb? - deyə Ayı başını yellədi.

- Sən heç nə anlamırsan! Hamı deyir ki, bu, mənə çox oxşayır! - deyə Ulaq qəzəbləndi və özünü saxlaya bilməyərək Ayını şıllaqladı.

Ayı hiddətləndi. Portreti Ulağın əlindən alaraq var gücüylə təpəsinə çırpdı. Ulağın başı portretin kətanını yırtaraq qızıl çərçivənin içindən göründü.

- Hə, bax indi sənə oxşayır! - deyə Ayı donquldadı.

# 1140 dəfə oxunub

Oxşar xəbərlər

Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi

Uşağın hökmü - Yazıçı Əfqanın qısa hekayəsi

11:20 23 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

"Məhəbbət çox az ümidlə də yaşaya bilər..." - Valter Skott

12:00 21 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi

Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi

12:30 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər