Azərbaycan Dövlət “Yuğ” Teatrında Anton Çexovun “Albalı bağı” pyesi əsasında “Birinci akt” tamaşasının premyerası olub. Bu, “Yuğ” Teatrının qurucusu Vaqif İbrahimoğlunun rejissorluğu ilə hazırlanan son tamaşalardan biridir. Ustadın xatirəsinə hörmət əlaməti olaraq, truppa tamaşanı bərpa edib.
Kulis.az xəbər verir ki, tamaşa Vaqif İbrahimoğlu tərəfindən 2009-cu ildə qurulub və tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. “Yuğ” Teatrının qurucusu 2011-ci ildə vəfat edib. İfaçılar dəyişsə də, interpretasiya prinsipləri mümkün qədər qorunub saxlanılıb.
Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğlu, rejissoru Günay Səttar, quruluşçu rəssamı Rəşid Şərif, rəssamı Umay Həsənova, rejissor köməkçisi Günel Səfərovadır.
Tamaşada rolları Təranə Ocaqverdiyeva, Nigar Mürsəl, Ləman Mərrih, Amid Qasımov, Elgün Həmidov, Elşən Əsgərov, Rahib Allahquliyev, Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Günəş Tegin, Murad Fərzəliyev ifa ediblər.
Tamaşada Pyotr Çaykovskinin “Fəsillər” fortepiano silsiləsindən “May”, “Oktyabr” və “Dekabr” partiyalarından istifadə olunub.