news-inner
clock14:22 calendar-gray 02 İyul 2019 view-gray300 dəfə oxunub
view-gray300 dəfə oxunub

Övladlarını boğub öldürən ana...

Uşaq olanda izlədiyimiz qorxu filmlərində qaranlıqdan əcaib bir varlıq çıxardı və "vöö" deyib bizi qorxudardı. Ya da maşınla uzaq yola çıxan bir qrup gənc yolunu itirər, inə-cinə rast gələr hamısı da ölərdi. Sonda bir nəfər sağ qalıb qeyri-adi varlığın axırına çıxardı. İndi bu cür ucuz, şablon və kütləvi filmlər bizi ancaq güldürür.

Amma indi sizə elə bir qorxu filmindən danışacam ki, film kultluğu, estetikası ilə qorxu film anlayışınızı alt-üst edəcək. Qorxu bir nəfəs qədər, pıçıltıya çevrilərək bizə toxunacaq. Necə ki, həyatda bəzən qaranlıqdakı heçlikdən qorxarıq, bu film də qaranlıqdakı yoxluqları var edəcək. Bununla kifayətlənməyib film xəttindən çıxıb dini, tanrı anlayışını, cənnət-cəhənnəmin varlığını, müharibənin amansız psixoloji sarsıntılarını sorğuya çəkəcək. Ya da acı həqiqətdən qaçmaq, qurtulmaq istəyənin, nə orada, nə də burada olanların hekayəsinə çevriləcək. Özgələrinin hekayəsinə. Özgəsi olmağın ağırlığını hər yerdə daşıyanların hekayəsinə.

İspaniyalı rejissor Alexandro Amenabarın 2001-ci ildə çəkdiyi, ssenarisini və musiqisini bəstələdiyi son filmi "The others" (Başqaları) dır. Onu da qeyd edim ki, rejissorun cəmi cümlətani altıca filmi var. Çoxu da ciddi mükafatlara layiq görülüb.

Filmin baş rolunda Nicola Kidmanın canlandırdığı "Greys" obrazının tam üzərinə oturub. Greysin daşıdığı özəllik onun qatı inanclı olmağıdı. O həm də bir anadı. Disiplinli, güclü, həyata qarşı sərt duruşlu və işığa, səssizliyə aşırı dərəcədə həssas olan miqrenli, çiyinlərində iki uşağa baxmağın yükünü daşıyan bir ana.

Yoldaşını ikinci dünya müharibəsində itirib ya itkin düşüb bilinmir. Amma onun yolunu gözləyir. İşığa qarşı bu qədər həssaslığının səbəbi odur ki, uşaqlarının günəşə qarşı allergiyası var. Və gün işığı onların dərilərində qəribə yaralar yarada bilər. Ona görə də pəncərələr qalın pərdələrlə örtülüdü. Sanki qorxularını pərdələyir, üstünü örtür. Hətta evdə elektrik belə yoxdu. Ev çıraqla xəfif işıqlandırılır. Uşaqlar işığa çıxa bilməsə də anası içlərində inanc işığının yanması üçün hər gün İncil oxutdurur onlara.

İlk baxışda klassik səhnələr, üslublar, görüntü gotik filmə bənzəsə də əslində bitmiş bir müharibənin acılarını, qorxularını yaşayan, bu qorxularla savaşan bir qadından bəhs edir film. Bəlkə də elə buna görə qadın evə qapanıb, dünya ilə əlaqəsini kəsib. Greysin keçməyən miqren ağrıları və bu səbəbdən də səssizliyə duyduğu ehtiyac da zamanında bomba və tüfəng səsləri ilə tikan üstündə yaşamış bütün insanların ehtiyacıdı əslində. Evin içində qurduğu bu qatı düzən də ətraf aləmə olan qorxu da savaşdan sonra ayaqda durmağa çalışan bir insanın çarəsizliyidi.

Greysin dinə bu qədər qatı inanclı olmasının psixoloji dərinliyinə ensək anlayaraq ki, o, müharibənin ümidsizliyi və heçliyi içində özünü bütünlüklə dinə həsr edir.

Image result for the others film photos

İnsanoğlunun bir inanc üzərində illərdi necə yaşadığı, dini inancın belə müharibələrə təsir etmədiyini, bununla yanaşı yenə dinə sığınaraq cənnətə gedəcəklərini uşaqlarına da aşılayaraq bir təskinlik tapır.

Müharibələr nəyinki dini hətta bir zamanlar mədəniyyəti də dağıtmışdı. “Aləm dağılırsa deməli heç də düşüncə hər şeyi həll etmir.” Düşüncəyə də inam sarsılmışdı. Və beləliklə modernizm, irrasionalizm və başqa cərayanların yaranmasına gətirib çıxarmışdı. Xatırlayın, İsa da çarmıxda “niyə məni tərk etdin Tanrım” - deyə təzadlı sual vermişdi. Bu ayrı mövzunun yazısıdı nəysə.

Film hələ ki, sakit tonlarla davam edir, sona qədər də bu sakit qorxu olacaq. Gərginlik dolu atmosferdə psixoloji travmaların sayaqlamalarını görəciyik birazdan...

Köçdükləri köhnə gotik malikanə dumanlı və sisli New Jersey yaxınlığında yerləşir. Uşaqlarına və ev işlərinə baxan köməkçilər, qulluqçular nədənsə heç bir söz demədən davam gətirə bilməyib evi tərk edirlər. Greys evə qulluqçu almaq üçün elan verir.

Yeni gələn qulluqçular yaşlı qadın, yaşlı kişi və bir dilsiz qızdır. Film də elə tam olaraq burdan yola çıxır. Greysin qulluqçulara qanı qaynamasa da onları işə qəbul edir. Üçü də sakit, az danışan həm də qəribə adamlardı.

Greysin qızı Enni evdə başqa adamların var olduğunu və Viktor adlı xəyali dostu olduğunu qardaşı Nikolasa deyəndə qardaşı çox qorxur. Ruh deyil ruhlar ağ geyimli və zəncirli olur. Qardaşı Anasına xəbər verir. Greys çarə olaraq uşaqlara İncili daha çox və yüksək səslə oxutdurur. Qızına yalan danışanlar ərafa gedəcək deyir. Qızı isə bunu inkar edərək ərafa vaftiz olunmayan uşaqlar gedir deyir. Qulluqçuya da İncildəki qanunlara inanmadığı barədə danışır.

Greys qızının sözünə inanmır. Əksinə qızını cəzalandırır. Amma qısa zaman içində evdə qəribə şeylər baş verdiyini duyur. Digər otaqda qıfıllanaraq çalınması qadağan olunan bir pianino var. Ancaq evdən piano səsləri gəlir. Greys qorxmağa başlayır. Bu hadisəni qulluqçu qadın sakit şəkildə qarşılayır. Həm də bu ev satılmamışdan əvvəl qulluqçular burda işləyib və evi yaxşı tanıyırlar. Greysin qızı Enni vərəqdə gördüyü adamların rəsmini çəkir. Onların içində Viktor adlı uşaq ana ata və ilana bənzər saçı olan kor bir qadın var. Əslində o qədər də qorxunc deyil. Qadın gecəni yatmır əlində tüfəng keşik çəkir. İstifadə olunmayan köhnə ev sahibinin əşyaları yığılmış otağa girir. Burada hər şey ağ çarşafla örtülüdü. Qəribə bir foto albom tapır. İçindəki fotoşəkillərin hamısı sanki yatır. Keçmiş illərə aiddir bu şəkillər. Sanki ölüyə bənzəyirlər həm də. Greys qulluqçu qadından bu foto albomdakı adamlar niyə yatır deyə soruşduqda qadın cavab verir ki, onlar yatmır onlar ölüdü. Bu ölülər albomudu. Ötən yüzillikdə olan bir inanca görə ölülərin fotolarını çəkərək ölümsüzləşdirirdilər. Sevdiklərinin ölümü insana ən qəribə şeyləri etdirə bilər. Və Greys foto albomu yandıtdırır. Greys qulluqçu qadına evdə özgə biri olduğunu deyir.

O insan deyildi sanki. Evdə çox qəribə hüzur verməyən bir şey var. Mənə inanmırsan yəqin ki, çünki mən də belə şeyə inanmırdım deyir Greys . Ancaq qulluqçu qadın mən belə şeylərə hər zaman inandım deyir. Bəzən ölülərin dünyası yaşayanların dünyası ilə qarışa bilər. Hər zaman hər şeyin cavabı yoxdu.

Greys qorxuya düşür və qərara gəlir ki, rahiblə görüşsün. Dumanlı havada evdən çıxır. Və dumana qarışıb yolunu itirir. Qulluqçular həyətdə xəzanları qəbir daşlarının üstünə topalayırlar. Zamanı gələndə açarıq qəbri deyirlər. Elə bu səhnədə qulluqçuların bir iş çevirdiyi hiss olunur amma nə? Yenə müəmmalıdı.

Greys birdən dumana qarışmış meşədə həyat yoldaşına rast gəlir. Necə də qəribədi ya da təsadüfdü. Durduq yerdə yoldaşına sis dumanın içində niyə rastlaşsın ki, bəlkə o da bir ölüdü yaşayanların dünyasına qarışıb. Onun gözlərinə bir baxın. Müharibənin dəhşətlərini, aldığı sarsıntıları baxışlarında necə əks elətdirib. Aktyor oyunu , rejissor işi bax budu deyirəm. Sanki müharibədəki adamlar onun gözlərində, baxışlarında ölüb. Dəhşətdi, ölür baxışlardı. Bu baxışı ifadə etməyə cümlə tapa bilmirəm.

Və duman çəkilir onlar öz malikanələrinə qayıdırlar. Yox, elə bilməyin ki, film bitdi.

Image result for the others film photos

Uşaqlar da atalarını qucaqlayır. Müharibədən suallar verir, adam öldürüb öldürmədiyini soruşurlar.

Yuxarıda demişdim axı dini sorğulayan filmdi həm də. Bir neçə səhnədə bunu hiss etsək də indi yazacağım səhnədə bu tam açıq bəlli olur. Masada Greys və uşaqları yemək yeyirlər. Enni anasına sual verir ki, savaşda ölənlər bəs hara gedir cənnətə? Anası cavab verir ki, yaxşı və pis tərəfdə düşmən olduqlarına görə dəyişir. Atanız İngiltərənin azadlığı üçün yaxşı tərəf sayılır. Enni o möhtəşəm sualını verir. Yaxşı və pis tərəfi hardan bilirsən? Ana cavab verə bilmir. Siz savaşa getmiyəcəksiz. (gün işığı məsələsi) Nikolas deyir biz heç bir yerə gedə bilməyəciyik. Çox detaylara varmayım ki, filmə də baxa biləsiniz.

Bir səhər ana uşaqlarının qışqırıq səslərinə tərəf qaçır .Görür ki, evin bütün pərdələri açılıb. Uşaqlarını qorumaq üçün onlara qaranlıq bir ortam yaradır. Pərdələri axtarmağa başlayır. Qulluqçulara əsəbləşir ki, sizdən başqa kim aça bilər axı pərdələri. Qulluqçu qadın deyir ki, uşaqları işığa çıxartmasan onların sağalıb sağalmadığını necə biləcəksən. Amma pərdələri biz götürməmişik evdə yaşayan digərləri götürb. Qadın əsəbləşir qulluqçuları qovur. Evi ələk vələk edir. Tapa bilmir. Burda qeyd edim ki, rejissor işinin möhtəşəmliyi, ucuz qorxuducu kadrların olmadığı estetik bir mənzərə ilə qarşılaşırıq. Qaranlıq otaqda bir insan görürük elə bilirik axır ki, əcayib varlığı görə biləciyik amma lampa yananda görürük ki, tablodakı adamın simasıdı necə də estetik bir səhnədir. Greysin nəhayət axtarmadığı bir otaq qalır. Pərdələr qulluqçunun otağında ola bilər. Qulluqçunun otağını axtarmağa başlayanda foto tapır. Yatmış üç adam. Dilsiz qız qoca kişi və qulluqçu qadın. Aman Allah onlar da bir ölü imiş. Düyümlər çözüldü sanırıq amma yox siz hələ sürpriz sona baxın.

Uşaqlar həyətdəki qəbirlərin qulluqçuya aid olduqlarını görür.. Qapını bağlayırlar. Qulluqçular qapı arxasından sakit şəkildə danışırlar, evə keçmək istəyirlər çünki evdə başqa ölülər də var. Onlara zərər yetirə bilərlər. Onu da qeyd edim qulluqçular vərəmdən ölüblər. Uşaqlar şkafda gizləniblər. İlansaçlı kor qadının nəfəsi qaranlıq şkafdan uşaqların qulağını qıdıqlayır. Anası qışqırıq səsinə gəlir. Otaqda bir neçə adam yumru masanın ətrafına yığışıblar. Kor qadın vərəqə bir şeylər çəkərək trans halında olanları çözməyə çalışır. Enniyə deyir ki, siz ölüsüz. Uşaqlar qışqırır ki, yox biz ölü deyilik. Kor qadın trans halında olduğu zaman özü belə hürkür. Bu necə ola bilər. Digər ölü qadın deyir ki, biz bu evdə yaşaya bilmərik. Qeybə çəkilirlər. Viktor da ailəsi ilə birgə bu malikanəni tərk edir. Hər şey indi aydın olur. Greys haçansa bir gün dəliləşib uşaqlarını boğub.

Greys uşaqlarını qucaqlayır və deyir. Öncə anlamadım. Yastığın mənim əlimdə olduğunu, niyə tərpənmədiniz? Uşaqlarımı öldürmüşdüm. İncili götürdüm və oxumağa başladım. Sonra tətiyi çəkdim. Sonra sizin gülüş səslərinizi eşitdim. Sanki heç bir şey olmamış kimi yastıqla oynayırdız. Düşündüm ki, bu Tanrının bir lütfüdü. Mənə ikinci bir şans verib. Güclü ol sən anasan deyirdi Tanrı. Necə oldu. Biz, biz..hardayıq. Nikolas deyir atam savaşda öldü? Onu yenə görəcəyik? Enni deyir əgər ölmüşüksə bəs əraf hanı? Bura ərafdısa cənnət cəhənnəm hanı? Anası deyir sizi sevməkdən başqa heç nə bilmirəm. Və bu ev bizimdi. Təkrarlayın. Bu ev bizimdi. Bu ev bizimdi. Bu ev bizimdi.

Dəniz Pənahova

news-inner-user
Dəniz Pənahova

6 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Yazarlarımız heç yalan danışıblarmı? - Sorğu
21:00 19 Sentyabr 2019
Rusiyalı aktyor vəfat edib
18:45 19 Sentyabr 2019
Bakıda peyda olan Mahatma Qandi, Zəlimxan Yaqubun evinə gedən Hüseyn Cavid... – Maraqlı faktlar
18:05 19 Sentyabr 2019
Azərbaycanlı dirijor haqda film çəkilir
17:20 19 Sentyabr 2019
Bakıda rus filmləri həftəsi keçiriləcək
16:40 19 Sentyabr 2019
Elina məhkəməsində iki vacib sual
15:31 19 Sentyabr 2019
Kukla Teatrı uşaqları dəvət edir
14:50 19 Sentyabr 2019
Oğlumun “Anam hardadı” sualı – Elşad Mirzə
14:10 19 Sentyabr 2019
Ülviyyə Heydərovanın pyesi beynəlxalq müsabiqədə
13:21 19 Sentyabr 2019
Əjdər Olun kitabı Serbiyada çap olunub
12:41 19 Sentyabr 2019
Məni öz qatilliyimə sevindirən Elina - Bircə yazır…
12:06 19 Sentyabr 2019
Evli qadınla sevgili olan Yafəs Türksəsin görünməyən üzü
11:31 19 Sentyabr 2019
Azərbaycanlı şair Nobel mükafatına təqdim edilib
10:49 19 Sentyabr 2019
“Bir şeir” müsabiqəsinin şərtlərində yenilik
10:14 19 Sentyabr 2019
Dərbənddə Nizami Gəncəvinin abidəsi ucaldılacaq
09:45 19 Sentyabr 2019
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı keçirilib
09:18 19 Sentyabr 2019
Rahatlıq axtaran kəndin tənha çobanı – Sevda Sultanova yazır...
09:00 19 Sentyabr 2019
“Peyğəmbərə dua etməyi günah sayıram”
21:00 18 Sentyabr 2019
Filmlərimiz Özbəkistanda nümayiş olunacaq
18:25 18 Sentyabr 2019
Yaramaz qızın sərgüzəştləri – Seymur Baycan yazır...
17:37 18 Sentyabr 2019