Çernobıldan serial çəkən rejissor: “Aktyorlara baxanda ürəyimiz bulanırdı”

Çernobıldan serial çəkən rejissor: “Aktyorlara baxanda ürəyimiz bulanırdı”
29 may 2019
# 17:36

Kulis.az HBO-nun “Taxt oyunları”ndan sonra ikinci maraq doğuran layihəsi “Çernobıl” (Britaniya ilə müştərək layihə) 1986-cı ildə Çernobılda yerli AES-də (Atom Elektrik Stansiyası) baş verən fəlakətdən bəhs edir. Kulis.az “Çernobıl” mini-serialının rejissoru Yoxan Renkin rus mətbuatına verdiyi müsahibəni təqdim edir.

- Sizin üçün bu əhvalatın mənası, dəyəri nədə idi?

- Özünü qurbanvermədə. Qəzanın fəsadlarının aradan qaldırılmasına bütün Sovet ittifaqından 700 mindən artıq insan cəlb olunmuşdu. Bu, dünyanın heç bir başqa ölkəsində mümkün ola bilməzdi. Belə bir faciə bu günlərdə Qərbdə baş versəydi, yəqin ki, rayonu bağlayar və ora daha heç kimi buraxmazdılar. Mən Ukraynada fəsadları aradan qaldıran insanlarla tanış oldum və məni təsirləndirən o oldu ki, insanlar bu dəhşətli riskə ona görə gediblər ki, başqa cür mümkün deyildi, bunu kimsə etməli idi. Sənin qarşına belə tapşırıq qoyanda sənin hərəkətlərində ali bir məqsəd yaranır, tamamilə müqəddəs missiya hissi yaranır. Ona görə də, tamamən adi və normal insanlar öz mənafe və sağlamlıqlarını hesaba almadan hərəkət edirlər və bu yüksək vəzifə borcuna görə özünü qurbanvermədə nəsə dərin bir insanilik var.

- Çernobıl faciəsində dəhşətli faktlar çoxdur. Bəs ssenaridə hansı fakt sizi daha çox dəhşətə gətirdi?

- Elə bilirəm ki, çoxları bilmir ki, Çernobıl AES-i xeyli müddət atmosferə Xirosima və Naqasakiyə atılan bomba qədər radiasiya buraxdı, həm də saatda. Hətta Böyük Britaniyada və İsveçdə hökumət əhali arasında təşviş yaratmamaq üçün bu faciənin miqyasını kiçiltdi.

- “Çernobıl” serialı böyük aktyor ansamblı, müvafiq olaraq çoxlu personajlarla davam edir. O zaman çoxsaylı süjet xətlərini necə idarə edirsiniz?

- Təsəvvür edin ki, bizdə ümumilikdə replikaları olan 104 rol var. Məncə, kino və televiziyada beləsini görməmisiniz. Bizim 100-dən artıq çəkiliş günümüz var idi. Biz bu uzun günləri və gecələri təcrid olunmuş bir məkanda, özü də gerçək bir AES-də keçirirdik. Biz mümkün qədər real əhvalat yaratmaq istəyirdik. Bu əzablı idi.

- Əsl atom reaktorunun yanında çəkiliş etmək necə idi?

- Litvadakı İqnalin AES-i Çernobıl AES-inin bənzəridir. Orada da RBMK tipli reaktorlar var. İqnalinada sən tarixin nəfəsini hiss edirsən. Mən orada çox oldum və hər dəfə mənə elə gəldi ki, qarşımda Ktulxu məzarlığıdır – bu pəncərəsiz beton konstruksiyalar elə soyuq və boş görünür ki, bununla belə onlar həm də ağıllı görünür. Orada elə bir qüvvə var ki, onu tamamilə ötürmək mümkün deyil.

- Kostyumlar və tibb detalları serialda olduqca autentikdir. Bu sizin üçün vacib idimi?

- Mən elə hesab edirəm ki, belə layihələrdə autentiklikdən vacib heç nə yoxdur. Bəzi səhnələrdə qrim elə dəhşətli idi ki, baxanda ürəkbulanması keçirirdin. Ona görə də, biz balans saxlamaq qərarına gəldik – radioaktiv yanıqlar və yaraların təsvirindən çox istifadə etmədik ki, deməsinlər, biz bu təsvirlərdən duyğu sömürüsü edir və ya sperkulyasiya edirik. Amma kostyumlarla maksimal realizmə can atdıq. Amma əvvəl-axır istəyirsən ki, serialda bəhs olunan hadisələrdə iştirak etmişlərdən biri desin: “Hə, hər şey təxminən belə idi”.

- Ümumiyyətlə, siz “Çernobıl”a tarixi serial kimi baxırsız, yoxsa müasir dünya haqqında bir əhvalat kimi?

- Əminəm ki, serial hər ikisini özündə ehtiva edir. Məni ssenariyə də məhz bu çəkdi. Orada alternativ faktlar kimi və ya “fake nyuslar” kimi müasir fenomenlər var; məs, totalitar dövlət belə situasiyaya necə imkan yaradıb. Amma orada universal poeziya, bəşəriyyət haqda, bizim öz planetimizə münasibətimiz, bizim nəzarətimizdən çıxa bilən hər şeyi idarə edə bildiyimizə inamımız haqda vacib söhbətlər var.

# 5422 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər