news-inner
clock09:00 calendar-gray 23 May 2019 view-gray1556 dəfə oxunub
view-gray1556 dəfə oxunub

Azərbaycan kinosunun ən qeyri-adi filmi

Kulis. Az “Yeni filmlərimiz” layihəsində Rüfət Həsənovun “Yoxdur belə söhbət” filmini təqdim edir.

Məqalələrimin birində Rüfət Həsənovun Kulis.az a verdiyi müsahibəyə ptorest olaraq bu filmini izləməyəcəyimi yazmışdım. Amma yaxınlarda təsadüfən internetdə filmin bir fraqmentinə rast gəldim. Və hər şeydən əvvəl keyfiyyətli operator işi məni bu filmə baxmağa vadar etdi.

Süjet: Filmin əsas qəhrəmanlarından biri Sara (Günəş Mehdizadə) aparıcıdır. Onun nənəsi Tamilla (Tünzalə Qəhrəman) Altsheymer xəstəliyindən əziyyət çəkir. Paralel süjetdə rok musiqiçiləri Kamran (Həsən Ağa) və dostu, qraffit həvəskarı Məcnun (Emil Məcnunov) ilə konsert verməyə zal axtarırlar. “Vətən” kinoteatrının rəhbərinə (Teymur Məmmədov) müraciət etəsələr də, onlara konsert üçün yer verilmir.

İş elə gətirir ki, ticarət mərkəzlərindən birində alış-veriş edən Sara yeni il gecəsini burda bir günlük gözətçi işləyən Kamranla, Məcnun isə onun xəstəlikdən əziyyət çəkən nənəsiylə keçirməli olur…

Mədəniyyət Nazirliyini sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan film bədii və sənədli kinonun kombinasiyasıdır. Filmin adı, yəni “Yoxdur belə söhbət” kino məmurlarının stereotip düşüncəsinə tabe olmayan, dikbaş sloqan kimi səslənir. Filmi isə stereotiplərə, qocalmış cəmiyyətə kinoetiraz kimi qəbul edirəm.

Rüfət Həsənov bir neçə il əvvəl nazirliyin sifarişilə çəkilən “4.1 Şəhər motivləri” almanaxı çərçivəsində “Kədərim” qısametrajlı filmini çəkmişdi. Bundan əvvəl isə onun Elvin Adıgözəllə birlikdə lentə aldığı “Buqələmun” filmi 2013-cü ildə Lokarnoda əsas müsabiqəyə qatılmışdı. Və həmin festivalda iştirak edən ilk yerli filmimiz idi.

Rüfətin tematikası çağdaş gəncliyin toplumdakı yeri, axtarışı, özünü realizə imkanları, onun identifikasya problemidir. O, gəncliyin özünüaxtarışı, özünü realizəsi kimi rok musiqisini götürür. Çünki rok etiraz musiqisidir, alternativdir, dəyərlərin yenidən dəyərləndirilməsidir…

“Yoxdur belə söhbət”də rejissor gənclik mövzusunda variasiyalar edir, bir az romantika, bir az absurd, bir az reallıq və müxtəlif musiqi janrlarının kokteyli ilə filmi rəngarəng etməyə çalışır.

Situasiyalardakı absurdluq düşünülmüş fənd kimi yox, gerçəkliyin diktəsi kimi meydana çıxır. “Vətən” kinoteatrının yaşlı rəhbərinin Kamranla siqaret çəkməsiylə bağlı əsəbi söhbəti (Yeri gəlmişkən, bu, olmuş əhvalatdır. Müğənni Cavanşir Məmmədov küçədə siqaret çəkən yeniyetmələrə nəsihət edir ki, böyüyün yanında siqaret çəkmək olmaz və sonra özünün diliylə desək onları “po vorovskomu” başa salır. Nazirliyin Bədii Şurasının üzvlərindən biri, filmdəki dialoqla bağlı rejissora irad tutub ki, bu saxtadır, reallıqda yoxdur belə söhbət. Və rejissor fakt kimi Youtube-də Cavanşir Məmmədovun söhbətini ona təqdim edib), Altsheymer xəstəliyindən əziyyət çəkən nənənin çəkələklərini soyuducuya qoyması, sanki kadra qəfil girən uşağın Adil Mirseydin “Qar yağır” şeirini səsləndirməsi, dayancaqdakı kişinin Saranı boş, geniş meydanda maşınının yer tutduğuna görə tələsdirməsi, hava limanındakı əməkdaşın gəvəzəliyi, ticarət mərkəzinin müdirinin nənəsi rəhmətə getdiyi üçün yeni il dekorunun sökülməsi və s.- bütün bunlar xaotik, əsəb, stress dolu gündəlik həyatımızın ümumiləşdirilmiş mənzərəsidir. Ona görə absurdluqdan törəyən yumor məqamları spontan alınır. İçimizdəki xaos, dağınıqlıq, səliqəsiz interyerlərdə (rəssam Sitarə İbrahimova), fərdlər arasındakı uzaqlıq, özgəlik soyuq, monoton Bakı mənzərələrində (operator Elman Əliyev ) maddiləşir. Kamranın rəssam sevgilisinin (Aysel Məmmədova) köynəyində yazılmış “mən rəssamam, yaxşı çəkirəm” devizi isə onun öz xaosundan çıxmaq üçün saman çöpü kimi görünür.

Rejissor strukturda bilərəkdən nizamsızlıq edir, ana xətti qırır, sənədli tərzə keçərək, real adamlar arasında müxtəlif suallarla bağlı sorğuları yerləşdirir. Rüfətin üslub çoxölçülüyünə cəhdi fransız Qodarın “Haqqında bildiyim bir neçə şey” və isveçli rejissor Vilqot Şyömanın “Hər şeyi bilmək istəyirəm-sarı” (hər iki film 1967-ci ildə ekranlara çıxıb) filmlərini xatırladır.

Misalçün, Şyömanın qəhrəmanı, tələbə Lena Stokholmun küçələrində sorğu keçirir, sakinlərə müxtəlif suallar ünvanlayır: “İsveçdə sinfi sistem mövcuddurmu? Kişi və qadınlar işə düzələrkən bərabər imkanlara malikdirlərmi? Cəmiyyəti dəyişmək üçün nə etmək lazımdır? İsveçə hücum olarsa necə qorunmaq olar?”

“Yoxdur belə söhbət”də də şəhər sakinlərinə “Şaxta baba yaxşıdır, ya Santa Klaus?, İlk baxışdan sevgiyə inanırsınız?, Təsadüf, yoxsa möcüzə?, Yoxdur belə söhbət” sualları ünvanlanır, sorğular əhvalatdakı vəziyyətlərə bağlanır. Filmin adı da danışılan əhvalatın həqiqiliyini şübhə altına qoyur: belə söhbət mümkündürmü, yoxsa ola bilməz?

Aktyorlardan keyfiyyətli nəticə alan Rüfət kinoya yeni tiplər gətirir, qocalmış düşüncəyə ironiya edir (örnəyi, “Vətən” kinoteatrının rəhbəri onların musiqisinin “Vətən” və vətənə uyğun gəlmədiyi üçün yer vermir), yeni dəyərləri vurğulayır, kinomuza xas olmayan fəndlərdən yararlanır. “Şəlaləm mənim” vulqar mahnısına qarşı roku, klassik düşüncəyə qarşı postmodernizm fəlsəfəsini, Saranın beş illik planlara bənzəyən həyatına qarşı Kamranın nizamsız yaşam tərzini qoyur. İronik manera, gerçəkliyin sosial portretinə cəhdi, seçilən üslub- romantik komediya klişeləri üzərində qurulmuş əhvalatı bayağılıqdan xilas eləsə də, ümumən film bir tamaşaçı kimi emosional yaddaşıma həkk olunmur. Çünki materialda (ssenari müəllifləri Kamal Həsənov, Rüfət Həsənov, Asif Rüstəmov) yuxarıda dediyim ziddiyyətlər konflikt yaratmır, onlar sadəcə göstərilir, klip estetikasına aşırı meyllənir və bəzi epziodlar kino dilinə yox, musiqi klip dilinə uyğunlaşdırılır, görünməyənlər yox, daha çox görünənlər təsvir olunur, mövzunun dərinliyinə varılmır, emosional-psixoloji qatı işlənmir. Bununla belə mövzusuna, üslubuna görə “Yoxdur belə söhbət”i müasir kinomuz üçün əhəmiyyətli sayıram.

Oxşar xəbərlər

Xəbər lenti

Filmdəki "Kəndimiz" mahnısının ifaçısı dünyasını dəyişdi
16:06 07 İyul 2020
Seymur Baycanın yazısı məşhur türk saytında yayımlandı
15:24 07 İyul 2020
"İmkanlı adamların milli qeyrəti olmalıdır" - Yazıçılar ermənilərin festivala gedən filmindən danışdı
14:45 07 İyul 2020
Tbilisidə Azərbaycan muzeyləri açıldı
14:02 07 İyul 2020
“Qəhrəmanım sənsən” - Natiq Məmmədlinin yeni kitabı çap olundu
13:19 07 İyul 2020
Bakıya yayılan üfunət nəyin mesajıdır?
12:28 07 İyul 2020
Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi - Ələkbər əminin kədərli həyatı
11:42 07 İyul 2020
Kür çayını kim xilas edəcək? - Ayxan Ayvaz yazır
11:06 07 İyul 2020
Dindarlar bu şeirə görə gənc şairi hədələyirlər
10:30 07 İyul 2020
Amerikalı aktyor koronavirusdan öldü
10:04 07 İyul 2020
Müslüm Maqomayev adına müsabiqə gələn ilə qaldı
09:51 07 İyul 2020
Pararlel dünyaya səyahət edən xərçəng ata – Etqar Keretdən yeni hekayə
08:58 07 İyul 2020
Tanrının İtaliyaya bəxş etdiyi böyük sərvət: Ennio Morrikone
21:01 06 İyul 2020
Xalq artisti oğlundan yazanları hədələdi
20:40 06 İyul 2020
Kukla Teatrında uşaqlar üçün onlayn tamaşa
18:39 06 İyul 2020
Cənubi Koreya musiqi qrupu dünya rekordu qırdı
18:00 06 İyul 2020
Azərbaycanda pandemiyadan film çəkildi – Video
17:15 06 İyul 2020
Yaşından otuz il qoca görünən, qurultayda bircə səs qazanan, AYB-nin qarşısında dünyasını dəyişən məşhur şairimiz – Maraqlı faktlar
16:33 06 İyul 2020
Luvr muzeyi açıldı
15:49 06 İyul 2020
Hamilə qalmaq üçün daş oyuğuna salınan gəlin – Güneydən hekayə
15:11 06 İyul 2020