Carəsiz qulunuzun sızıltılarını qəbul edin - Hürrəm Sultanın sevgi məktubu

Carəsiz qulunuzun sızıltılarını qəbul edin - Hürrəm Sultanın sevgi məktubu
12 iyun 2019
# 09:00

Türkiyə mətbuatında Osmanlı sultanlarının Türkiyə Prezident Aparatı Dövlət Arxivində qorunan sənədlərindən Sultan Süleyman Qanuninin və vəzir İbrahim Paşanın bəzi məktubları çap olunub.

Kulis.az bir neçəsi Sultan Süleyman Qanunidən Hürrəmə, bir neçəsi İbrahim Paşadan Xədicə sultana yazılmış həmin məktublardan bəzi parçaları təqdim edir.

1526-cı il tarixli məktubda Hürrəm sultan Süleyman Qanuniyə yazır:

“Sultanım, Padişahım, məhəbbət bağçasını xatırladan gözəl üzünüzün çiçəkləriylə bəzənmiş dualarımı və gözünüzün coşqu verən şərabıyla dolub-daşan təriflərimi, səhərlər həsrət köşəsində ah çəkənlər və ayrılıq diyarında gecələri inləyənlərlə birlikdə səadət ulduzum olan sultanımın hüzuruna ithaf edirəm”.

Daha sonra davam edir:

“Mən allahın yaratdığı kainatda itib-batmış biri idim. Ömrümün baharını sizin ləl-cəvahirat qutunuzdakı bir inci olaraq himayəniz altında yaşadım. Həsrət acısı ilə qıvrılan və çəkdiyi iztirablar üzündən pərişan olan bu çarəsiz qulunuzdan bu dəyərsiz sızıltıları qəbul edin. Mən yalnız sizin yanınızda hüzur tapa bilirəm. Sizin yanınızda duyduğum xoşbəxtliyi yazmağa qələmin gücü yetməz. Heç olmasa sizinlə yaşadığımız, sizinlə ortaq xatirələrimiz sayəsində az da olsa təsəlli tapıram. Əsən küləklər çəkdiyim əzabları sizə yetirsə, görərsiniz ki, qulunuzun vəziyyəti fəğan edən bülbül kimidir...”

Məktubda Hürrəm Sultan Qanuniyə libas göndərdiyini qeyd edir.

“...yaxşı bilirəm ki, mənim sultanım bu qulunu taleyin bir cilvəsi kimi gördü və sevdi, bu quluna xoşbəxtlik və hüzur ehsan etdi. Cariyəsinin göz yaşlarını saxladı. Sultanım sayəsində doğru yola iman etdim. Ona görə xoşbəxt olacağım gün sizə qovuşacağım gündür. Sizə göz yaşlarım daman libasımı göndərirəm. Xətrim üçün geyinin”.

Məktub “Fəqir və həqir cariyəniz Hürrəm” imzasıyla bitir.

Bundan başqa daha bir qəribə mətn İbrahim Paşanın 1535-ci ildə səfərdə ikən Xədicə sultana yazdığı məktubdur.

Məktub “Qadınların ən möhtəşəminə. Allah şanını davam etdirsin və məsumiyyətini artırsın” sözləri ilə başlayır. Sevgi və həsrət ifadəsi ilə davam edir.

Xədicə sultanın Validə sultanın yasına getməsi haqda xəbərinə isə məktubda belə bir cavab vardır:

“Əgər yas məclisinə qatılmasanız çox üzülərdim. Allah sizdən razı olsun. Bu borcu bizim yerimizə də yerinə yetirdiniz. Saray adamları ilə təmasda olmağınız təqdirə layiqdir. Uca sultanımızın ailəsinə zərər gəlməsini əsla istəməzsiniz. Onların dərdinə ortaq olmağınız sizin də borcunuzdur. Bu mövzuda anlayışlı davranmağınız uyğundur, əlbəttə. Fəqət ziyafət və əyləncələrə getməyinizə ehtiyac yoxdur. Biz burada səfər zəhmətində ikən, sizin də davranışlarınızla bu zəhməti paylaşdığınızı bilmək bizə cəsarət verir. Sizin mənim icazəmdən kənar hərəkət etməyəcəyinizdən əminəm. İnşallah dualarınızla sağ-salamat evə də dönərəm. Məktublarınız gecikdirilmədən mənə çatır. Ümid edirəm, mənim məktublarım da sizə həmən yetişər. Oğlumuz Mehmet şahın gözlərindən öpürəm. Sonsuz salamımı qəbul edin. Sizi çox özlədiyimi unutmayın. Həsrətlə dolu aşiqiniz İbrahim”

Məktubdan göründüyü kimi İbrahim Xədicə sultana eşq və həsrətdən başqa gözləntilərinin də olduğunu çatdırır.

# 4002 dəfə oxunub

Oxşar xəbərlər

Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş sərgi açıldı

Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş sərgi açıldı

18:40 16 fevral 2026
Parisi lərzəyə salan qalmaqallı izdivac - Tolstoyun "Peyğəmbər" dediyi yazıçı kim idi?

Parisi lərzəyə salan qalmaqallı izdivac - Tolstoyun "Peyğəmbər" dediyi yazıçı kim idi?

18:02 16 fevral 2026
Azərbaycan Dövlət Uşaq Filarmoniyası: 2025-ci ildəki mədəniyyət yolçuluğu

Azərbaycan Dövlət Uşaq Filarmoniyası: 2025-ci ildəki mədəniyyət yolçuluğu

17:00 16 fevral 2026
"Dul qadınım olmaq şərəfini bəxş edərsənmi?" - Şotlandiyalı yazıçının ölümqabağı qeyri-adi evlilik təklifi

"Dul qadınım olmaq şərəfini bəxş edərsənmi?" - Şotlandiyalı yazıçının ölümqabağı qeyri-adi evlilik təklifi

17:00 16 fevral 2026
Qori Seminariyasından ADA Universitetinə: Maarifçilik ideologiya kimi

Qori Seminariyasından ADA Universitetinə: Maarifçilik ideologiya kimi

16:30 16 fevral 2026
Prodüserlər Gildiyası nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda

Prodüserlər Gildiyası nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda

16:23 16 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər