writer1

Rəbiqə Nazimqızı

Məqalə sayı

15
clock11:41 calendar-gray 06 Mart 2019 view-gray419 dəfə oxunub
view-gray419 dəfə oxunub

Sevgi məktubu: Şərab adam

Kulis.az Rəbiqə Nazimızının “Məktublar” silsiləsindən ” “Səkkizinci - zoğalı məktub” yazısını təqdim edir.

Yəqin, sənə elə əvvəl (yəni birinci məktubu) burdan başlamalıydım. Zoğaldan, zoğalıdan. Ya şərabdan, şərabıdan. Bilirəm, “şərabı” sözü yoxdur, amma düzəldək də. Belə də ki, biz nə düzəltmirik? Yox yerdən özümüzə, məsələn, sevgi, məsələn, xoşbəxtlik, məsələn, sevinc...

Onu deyirdim axı. Zoğalı qəribə rəngdir. Burada soyuq da var, isti də, ağrı da var, ümid də, ehtiras da, sevgi də. Şübhəsiz, soyuqdəymə də var. Ən gözəl xəyallarım həmişə qızdırmalı vaxtlarımda yaranıb. Ən sevincli anlarımda qızdırmalı kimi sayıqlamışam. Ən ağrılı vaxtlarımda da titrəmişəm, soyuqdan, şaxtadan, sazaqdan. Nifrətdən də olub, olub. Az olub, amma olub. Xatırlaya bilməsəm də...

Xatırlamaqdan söz düşmüşkən, hər dəfə səninlə görüşməyimizi, danışmağımızı və ayrılmağımızı yaddaşıma saniyə-saniyə həkk eləmək istəyirəm. Proqramlaşdırma aparıram. Beynimdə vərdiş yaratmağı bacaran adamlardanam. Bir dəfə bir səhvi etdimmi, onu təkrarlamaq istəməməyim kifayət edir. Səninlə alınmır. Yadımda qalmır. Həyəcan imkan vermir. Xatırlamaq istəyirəm, üzünün dərisi hamardımı, coddumu, istisənmi, soyuqsanmı... Heç nə yadımda qalmır. Səni çox tez unuduram, deyəsən. Elə bu unutqanlıqdı hər dəfə çəkib sənə gətirən məni. Bir dəfə həyəcanımı söndürüb, ağılla yaxınlaşa bilsəm, əminəm, hər şeyi saniyə-saniyə xatırlayacağam. Sonra əlli iki şeir yazacam (bu arada, deyəsən, yazdıqlarım otuza çatır), yüz əlli beş məktub. Mən sənə yazmaq yox, oxumaq istərdim, səni oxumaq, səndən oxumaq, lənət şeytana, oxumaq da yox, pıçıldamaq. Zatən mənim yazı tonum pıçıltıdan o yana keçmir. Mətndə qışqırmağı sevmirəm. Ya da səsim çatmır, bilmirəm...

Bu gün ən sevdiyim o mahnını gördüm yuxuda. Sevindim. Elə bildim, sən göndərmisən. O mahnının notlarına toxundum, oxşadım, sığalladım. Qeyri-adi hiss idi. Qeyri-adi rənglər idi. Onların hamısını bir-bir məktublara köçürəcəyəm, söz. Vaxt çatsa. Həvəs olsa...

Həvəs olsa, bir də, bu il ilk dəfə mürəbbə bişirəcəyəm. Həyətimizdəki zoğal ağacı artıq tumurcuqlayıb. Qoy gələn qış zoğalı fonda keçsin. Əlbəttə, sənin köynəyinin fonunda, turşməzə adam, şərab adam.

Səni əzbərləyənədək.

Hələlik.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Yeşilçam” ulduzu dünyasını dəyişdi
17:01 15 İyun 2019
Azərbaycan toylarında rast gəlinən 10 tip
16:07 15 İyun 2019
Alen Delonun səhhətində problemlər yaranıb
15:33 15 İyun 2019
“Düzlüyə, həqiqətə, insana inamımı itirmişəm bu sənətdə”- Xalq artistinin etirafı
14:39 15 İyun 2019
Şanxayda 22-ci beynəlxalq film festivalı başlayır
14:01 15 İyun 2019
Emin Piridən yeni Şeir: Sevgi namazını qılaram səndə...
13:21 15 İyun 2019
Umberto Ekonun məqaləsi: Postmodernizm, kinayə, həzz
12:38 15 İyun 2019
Kasıblıqdan aliment ödəyə bilməmək – Səhər Əhməd yazır...
11:43 15 İyun 2019
Bəsti Cəfərovanın yubileyi münasibətilə tamaşa nümayiş olunub
10:51 15 İyun 2019
Azərbaycan rəssamlarının “Respublika Satış Sərgisi” keçirilir
10:34 15 İyun 2019
Amalya Pənahovanın xatirəsi anılıb
10:15 15 İyun 2019
Bred Pittin təhqir olunduğu film
09:00 15 İyun 2019
Xorxe Luis Borxesin şeirləri - Etimad Başkeçidin tərcüməsində
21:01 14 İyun 2019
Bu gün son zəng çalınır - Şeir
18:51 14 İyun 2019
Murad Köhnəqala azad olundu
18:12 14 İyun 2019
Məşhur cizgi filmin yeni versiyası hazırlanır
17:22 14 İyun 2019
Boşanma, aliment, qadın, uşaqlar və kişi
16:22 14 İyun 2019
Bədənin yadında saxlasa məni – Qısa Şeirlər
15:38 14 İyun 2019
Qismətdən yeni Hekayə: Yaşıl Puma
14:41 14 İyun 2019
Yaradıcılıq Fakültəsinə qəbul elan edildi – Təhsil ödənişsizdir
13:56 14 İyun 2019