writer1

Ayxan Ayvaz

Məqalə sayı

421
clock13:10 calendar-gray 31 May 2018 view-gray276 dəfə oxunub
view-gray276 dəfə oxunub

Hüquq fakültəsinin qatil tələbələri

Ayxan Ayvaz

Dünən Teatr Xadimləri İttifaqında tamaşaya baxdım. Dostumuz Mövlud Mövludun xalası qızı Müjgan Mansurova dəvət etmişdi məni. Tamaşadakı əsas rollardan birini Müjgan oynayırdı.

Müjganı ilk dəfə Mövludun yanında görmüşdüm. Rəsm sərgisinə gedirdik. Onda balaca eynəkli qız idi. Bizim Mövludla yerin altını da, üstünü də bilən qızlara zarafatla tapdığımız bir ad vardı: “Bıdı”. Mən qızı görəndə Mövluddan soruşdum:

- Bu da bıdıdı?

Güldü və əlini yellədi:

- Ə, bu havağın bıdısıdı?

İndi bu “bıdı” tamaşada qəddar bir rolu üstlənmişdi. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələri hazırlamışdı tamaşanı. Adı “Araqon və Liza”.

Mən bir az gecikdim tamaşaya. Zal qaranlıq idi, güc-bəla oturub izləməyə başladım. Bir az keçəndən sonra kimsə kimisə bıçaqladı.

Söhbət nə söhbət? Hadisələr Parisdə baş verir. Liza adlı gənc və gözəl bir xanım Araqon adlı yaraşıqlı oğlanla tanış olur. Bu sevgi onları bir-birinə bağlayır. Araqon əsgərliyə gedir sonra. Sevgilisi onu gözləyəcəyini deyir.

Amma hər sevgidə olduğu kimi, burda da bir “əmma” çıxır. Araya bir ilan dürtülür. Bu ilan kim olsa yaxşıdır? Bizim Müjgan.

Müjgan iblisanə gülüşü ilə qızı hədələyir, sonra da bıçağı böyrünə sancır. Araqon özünü yetirsə də, qızı xilas eləmək olmur. Ax Müjgan! Sən nə etdin belə? Müjgan deyirəm, amma tamaşada onun adı Merida idi. Uşaqlıqdan Araqonu sevib və onu buraxmaq fikrində deyil.

Tamaşanı qısaca belə izah etmək olar:

Qarşılaşdıqları ilk andan bir-birinə aşiq olan iki gəncin sevgi hekayəsi. Bu tamaşa sadəcə eşqdən deyil, maneələrə baxmayaraq bir-birindən imtina etməyən aşiq gənclərdən bəhs edir. Dramın əsas mövzusu "Eşq ölümü belə gözə alar" şəklindədir.

Lizanı - Roya Mahmudzadə, Aragonu - Turqut Abbaszadə, Meridanı - Müjgan Mansurova oynayır. O biri rollar: Paris - Elnur Soltanov, Brandon - Hüseyn Abdullayev, Tiyler - Tərlan Məmmədli, Dayə - Nərmin Almuradova, Blake - Orxan Muradzadə, Jessika - Gülnar Teymurlu.

Tamaşa bitdi. Ən çox alqışlar Müjgan üçün gəldi. Elə güllər də...

Müjganın dostları, yaxınları da orda idi.

Mövludun anasıyla da görüşdük. Müjgana gül verən anda...

Xumar Qədimova da orda idi. Bir balaca tamaşadan söhbət etdik:

- Uşaqlar çalışıblar. Bircə səslərində problem var idi. “S” səsini deyə bilmirdilər. Müjgan əla oynadı amma. Obraza girə bilmişdi.

Sonra şəkillər çəkildi.

Mən Müjgana zarafatla dedim ki, tamaşada hamını öldürdün.

Yanımdakı dostuma da pıçıldadım:

- Hüququn tələbələri qətl törətdilər.

O da gülümsündü.

Müjgan xoşbəxt görünürdü.

- Siz şəkil çəkdirmirsiniz? – Mövludun anasıydı.

- Hələ Müjgan Sənubər İskəndərli, Gülzar Qurbanova havasındadır. Qoy havası yatışsın, çəkdirərik.

Gülümsündü. Mövludu xatırladıq bir az.

Və sonra Müjganla şəkil çəkdirdik. Sevincliydi, gözləri parıldayırdı. Bir az əvvəl səhnədəki qəddar simasını təbəssüm əvəz eləmişdi...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Koronovirusun əlacını tapan qazaxlı - Qismət yazır...
12:30 21 Fevral 2020
Müslüm Maqomayevin həyatı serial oldu - Video
11:59 21 Fevral 2020
5 aya 250 kitab oxuyan uşağın sirri
11:29 21 Fevral 2020
Hüseyn Cavid Sibirə aparılanda ondan nə istəmişdi? - Abdulla Şaiqin evindən reportaj
10:57 21 Fevral 2020
Tanınmış aparıcıdan Manaf Ağayevlə bağlı sərt sözlər: "Dəlisiniz?"
10:29 21 Fevral 2020
Aşıq Alının kitabı təqdim olunacaq
10:20 21 Fevral 2020
Bu gün Rübabə Muradova anılacaq
09:57 21 Fevral 2020
O gecə şeytanla mazaqlaşdım - Bircənin romanı
09:00 21 Fevral 2020
Yazıçımızın kitabı rus dilində - "Əsir qadın"
18:49 20 Fevral 2020
Coys ildırımdan, Hiçkok yumurtadan, Hitler sudan qorxurdu - Məşhurların qeyri-adi qorxuları
18:11 20 Fevral 2020
Rejissor və ailəsi koronavirusdan dünyasını dəyişdi
17:28 20 Fevral 2020
Albalı ağacı - Hekayə
17:04 20 Fevral 2020
Osmanlı sultanının cib saatı satışa çıxarıldı
16:30 20 Fevral 2020
Nüfuzlu film festivalına start verildi
15:48 20 Fevral 2020
Tanrının qısqandığı qadın - Şəhla Nihandan yeni hekayə
15:09 20 Fevral 2020
Gənc pianoçumuza "Qran-pri" verildi
14:30 20 Fevral 2020
"Qladiator"un qəhrəmanı vəfat etdi
13:52 20 Fevral 2020
Silvestr Stallone tanınmaz halda - Foto
13:12 20 Fevral 2020
Qızı ona görə özünü öldürdü - Tanınmış şairdən maraqlı faktlar
12:27 20 Fevral 2020
Qadın başı kəsən Manaf Ağayev
12:02 20 Fevral 2020