Bir yığın sən tökülüb çarpayıya – YENİ ŞEİRLƏR

Bir yığın sən tökülüb çarpayıya – <span style="color:red;">YENİ ŞEİRLƏR
29 noyabr 2017
# 14:20

Kulis.az Lalə Niftəliyevanın yeni şeirlərini təqdim edir.

Yenə gəldim

Yenə gəldim, əlim ətəyimdən uzun,

Yenə unutmuşdum sənin varlığını,

Onun ətəyində qıldığım namaz haqqı,

Bu dəfə o idi deyə bütün ümidlərimi

qurban kəsdim...

Yenə gəldim, gözümdə bir yığın payız

Ürəyim xurt-xəşil, ruhum əzik-üzük.

Onun gözlərinə and olsun ki,

Bu dəfə odur deyə, səni də

qurban verdim...

Yenə halım qripdi, deməsən də bilirəm

Məndən başqa, hər kəsin qapısında

qıfıl...

Növbəti gedişədək bütün inanclarımı,

Qurban deyirəm...

Acam

Bir yığın sən tökülüb çarpayıya,

hopub yorğan-döşəyə.

Bir tərəfdə yarımçıq ahlar,

bir tərəfdə qorxular.

Tən ortada biz qalmışıq,

“biz”, dedim amma

sən daha çoxsan.

Bəlkə atım bu yorğanı, döşəyi?

Çırpım bəlkə çarpayını?

Elə, uzanıram ki, yatam

əllərində boğuluram.

Hıçqırtıma diksinib

maddım-maddım baxırsan.

Qorxuram ağlamağa,

yan otaqda yatan var.

Qonşular da səhv anlayar.

Bir yığın sən tökülüb mətbəxə.

Boşqablardan əlini,

"rumka"dan dodağını, çəngəldən barmağını,

üzümdən gözünü yuya bilmirəm.

Bəlkə atım bu qabları?

Bəlkə qırım "rumka"ları?

Soyuducuya da bir ovuc

sevgi qoyub getmisən.

Aclıqdan ölürəm.

Doğulmayan uşaqlara

Mən o, qoca kişinin

ovcuna qoyulan 20 qəpik qədər

vicdansız...

Qarşısına it yemi tək atılan

"Astra" siqareti qədər

utanmaz...

Çörəksiz evə gələn

o, atanın ayaqqabısı qədər

çirkli...

İlk dəfə sevişən

17 yaşlı oğlanın

həqiqəti qədər

saxta...

İnsan kimi müqəddəs,

Allah qədər günahkaram.

Hər doğulan körpə qədər

bədbəxtəm.

Sən, mən olmadan,

ananın sancılarını

dola boynuna,

as özünü.

Ey sularda boğulmayan günahkar,

havada boğulmadan ananın səsini iç,

zəhərlən.

Qayıt qaranlığında

nur olmağa davam et.

O dünyanın günəşin

bu dünyaya daşıma.

İndi ömrüm yas yeridi

Sənin yoxluğuna ürəyim mağar qurub,

Ehsan verir gözlərim....

Eh.. Gözlərim bir yana

Ayrılığına dil deyir əllərim.

Qürbətdə ölən kimsəsizin,

Nəşi təki çürüyür,

Toxunmadığın hər yerim.

Kədərimdən saçıma qırmızı yaylıq salıb,

İçimdəki ağlaşın ritmi ilə rəqs edirəm.

"Yasin" oxuyur içimdəki qırıq qəlb

yoxluğuna...

Şükür edirəm mənsiz olan varlığına.

Çiyinlərimə tabut boyda ağırlıq,

İçimə sən boyda boşluq,

Həyatıma intihar qədər günah yığan,

İndi ömrüm yas yeridi.

Gələni yox, gedəni yox...

Hər şey yaxşıdı

Ayrılığa qalib gəlmişəm,

hə... o getdi, hə... yaxşıyam.

Yatağım genişlənib,

qablar artıq bir nəfərlik çirklənir.

Siqaret kötükleri çoxalsa da,

rumkalar çirklənmir.

Daha səninlə bağlı hər şey

xatirəyə dönüb, tozlanır.

Axtarmır gözüm metro çıxışlarında,

yolum düşmür biz bilən o

ikimizin oturduğu "skamya"dan.

Ərəbləri də tək söyürəm,

şeirləri özümə həsr edirəm.

Yaxşıdı hər şey,

ürəyini qırmışam,

çox yaxşıyam.

Sənin uzanan saçına inad

saçlarımı kəsməyə

qərarlıyam.

Elə bilirdin yoxluğuna içəcəm,

içməyi tərgitmişəm,

başım ağrımır,

hər gün yeni film kəşf edirəm.

ümidlərdən ümidimi üzmüşəm

Sən gedəndən hətta müdrikləşmişəm.

# 1803 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər