writer1

Könül Cəfərli

Məqalə sayı

71
clock12:00 calendar-gray 28 Noyabr 2017 view-gray400 dəfə oxunub
view-gray400 dəfə oxunub

Rus qadınların bizimkilərdən üstünlüyü

Xoşumuza gəlməsə də etiraf etməliyik ki, rus qadınlarını bizim kişilərə cəlb edən xüsusi bir cazibə var. “Ruset”ə gedən ilişib qalır. İş mənasında demirəm ha, Tanyaları nəzərdə tuturam. Başa düşmək olar ki, qeydiyyat-filan üçün də lazım olur. Amma sırf qadın kimi bəyənib yaşadıqları da çoxdur. Bu günün söhbəti deyil, elə bineyi-qədimdən, lap çar Nikolayın vaxtından belədir. Yoxsa niyə Sabir kişilərimizin Anyaları, Sonyaları yanlamağından yazsın?

Bir tanış ailə var, oğlu məktəbi bitirəndən gedib. İndi yaşı qırxı ötüb, hələ də evlənmək istəmir. Əslində subay da sayılmaz. Orada qeyri-rəsmi də olsa, rusla ailə qurub, 2 uşağı var. Amma valideynləri nə o evliliyi, nə də nəvələri saya salmır. Düşünürlər ki, rusdan arvad olmaz, ailə üçün mütləq milli qız lazımdır.

Oğlanın evli olduğunu qohum-qonşu da bilir. Niyəsə onlar da rusla izdivacı ciddi qəbul etmir. Anası düşünür ki, burada baş-göz etsə, bəlkə ora qayıtmaz. “Tutar qatıq, tutmaz ayran” misalı. Yəni evlənsə belə rayonda qalacağı məlum deyil, təzə gəlini atıb yenə gedə bilər. Əmin olmadığı halda kiminsə qapısına elçi getməyə, başına fata keçirib gəlin gətirməyə hazırdır. Daha fikirləşmir ki, toy “testi” bir qızın həyatı ilə oynamaq deməkdir. Kənd yeri üçün qayıtmış gəlin olmağın ağırlığını təsəvvür edə bilirsinizmi? Yaxşı ki, oğlu razılaşmır, “toy da çaldırsanız rayonda qalmayacağam, boş yerə xalxın qızını bədbəxt etməyin”-deyir. Qadının günü falçılarda keçir, rusun cadu etdiyinə inanır.

Hər kəs də bu oğlan kimi vicdanlı olmur. Kəndə toya getmişdik. Əri atmış nə qədər cavan gəlin var. Cəmi 1-2 ay ailə həyatı yaşayıblar. Sonra təzə bəy yenə “Ruset”ə yollanıb və qayıtmayıb. Qısa müddətdə hamilə qalıb uşaq doğanları qaynata-qaynana yanında saxlayır, nəvə yoxdursa, adətən atası evinə göndərirlər.

Heç əri atmayanları da yarımış hesab etmək olmaz. Ən bəxtəvər gəlinin yoldaşı hər ay pul göndərir, Yeni il və Novruz bayramlarında bir neçə günlük rayona gəlir. Qadın ildə 10-15 gün kişinin üzünü görür, uşaqların qayğısı ilə tək məşğul olur. Yenə də əri evə 1 qəpik pul göndərməyən qonşularına baxıb gününə şükür edir. Kişinin orada qadınlarla yaşadığını bilir və bununla razılaşır. Düşünür ki, yanında olmadığı üçün buna haqqı çatır. Qəribə də olsa, bizim xanımlar rusa qısqanmır. Bəlkə də başqa çarələri yoxdur, bilmirəm.

Bu qadınların ailədə əsas funksiyası həyat yoldaşı olmaq deyil, üzünü görmədiyi əri üçün övlad böyütməkdir. Elə məhz uşaq doğması üçün də yoldaşı onunla evlənib. Rayonda arvad-uşaq saxlamaq kişinin qocalıq sığortasıdır. Düzdür, ailəsini götürüb Rusiyaya aparan və aparmaq imkanı olmayanlar da var. Sözüm onlara aid deyil.

Hələ kişiləri müdafiə edənlər də olur: “Oğlum deyir ruslar şən, gülərüz olur. Bizimkilər kimi qaşqabaq tökmür, üst-başlarından yağ-soğan qoxusu gəlmir. Ona görə əl çəkə bilmirlər”.

Hə, elədir, bizimkilər onlar qədər şən deyil. Üzlərində təbəssümdən çox qayğı var. Bəlkə də bu barədə rus qadınlara uduzurlar. Amma məğlubiyyətlərinin səbəbi tək özləri deyil. Ağır həyat yükü, çətinliklər zamanla təbəssümü də yuyub aparır. Həm də yetərincə sevgi, nəvaziş, diqqət görmür, qadın kimi xoşbəxt ola bilmirlər. Daima üzündə güllər açması üçün səbəblərin olmalıdır. Qapıdan girən kimi səni acılayan, kobud rəftar edən, ən adi xoş sözü əsirgəyən ərlə necə gülərüz ola bilərsən? Kişi nə zaman xanımına çiçək hədiyyə etdi ki, üzündə təbəssüm görmədi?

O gün sosial şəbəkədə bir rus qadının video çıxışını izlədim. Elə belə də dedi: “ Qafqazlılar ancaq öz millətindən olan biri ilə evlənir, ona hicab geyindirir, amma rus qızlarla görüşür. Onlar qadına nəvaziş göstərməyi bacarır, xoş sözlər deyir, çiçək hədiyyə edir, restorana aparır, nazını çəkir. Gözünün içinə baxıb, sənə “korolevam” deyir. Hər yerə özü aparıb-gətirir, hətta masaja, ginekoloqa da tək buraxmır, yenə səninlə gedir. Bizim kişilər qadına diqqət göstərməyi qafqazlılardan öyrənsinlər”.

Bax belə! Arvadını qapazlayan, bir stəkan çay süzməyi özünə ar bilən zəhmli ərlər rusun qabağında muma dönür. Hələ güldən, nəvazişdən danışmıram.

Kişilərin ikili yanaşması tək çiçək-böcəkdə deyil. Burada ancaq bakirə axtaran, nişanı qayıtmış qıza ağız büzənlər orada bunları problem etmir.

Düşünürəm ki, bizim qadınlar qat-qat artıq diqqətə və nəvazişə layiqdirlər. Sadəcə yetərincə dəyər görmür, özünə qiymət verməyi bacarmırlar. Bilirsiniz, niyə kişilərimiz rusları əzizləyir? Çünki onlar kobud rəftara səbir etmir, dərhal qapının yolunu göstərir, özlərinə qarşı xoş davranmağı tələb edirlər.

Əslində öyrənəcək biri varsa, o da Azərbaycan qadınıdır. Rusdan özünə dəyər verməyi və tələb etməyi öyrənməlidir.

Bəzən gerçəkdən bizim qadınlara yazığım gəlir...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
19:20 26 Yanvar 2021
Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər
18:42 26 Yanvar 2021
Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri
17:29 26 Yanvar 2021
O, çayxana filosofudur - Nabokovdan Sartr haqqında sərt sözlər
16:44 26 Yanvar 2021
Harri Potter serial olur
16:08 26 Yanvar 2021
Miri Yusif "Yaşat" fondu üçün konsert verəcək
15:29 26 Yanvar 2021
Zeynəb Xanlarova ilə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – Xalq artistindən maraqlı faktlar
14:50 26 Yanvar 2021
Fellininin prodüseri vəfat etdi
14:02 26 Yanvar 2021
Akif İslamzadənin albomu yeni onlayn platformada - Foto
13:20 26 Yanvar 2021
Nazirliyin yeni komandası film çəkilişlərinə qarışacaqmı? – Gənc rejissor yazır
12:40 26 Yanvar 2021
Müharibədə iştirak edən ilk qadın müğənni: O, ilk konsertindən cəmi bircə manat qazanmışdı – Aygün haqda bilmədiklərimiz
12:01 26 Yanvar 2021
İsa Hüseynovun hekayəsi "Dünya novellası antalogiyası"nda
11:35 26 Yanvar 2021
Rasim Balayev: “Çəkildiyim filmlərə baxanda pis oluram”
10:26 26 Yanvar 2021
Aygün 50 yaşını yeni kliplə qeyd etdi - Video
10:00 26 Yanvar 2021
İncəsənət Muzeyinin direktoru "Qızıl ulduz" medalı ilə təltif edildi
09:30 26 Yanvar 2021
Ölən uşaqlar Kürün quru yatağında ora-bura qaçırdılar – İlham Əzizdən yeni hekayə
09:00 26 Yanvar 2021
Dayısı oğlu onu zorladı, bacısı ilə sevgili oldu, özünü göldə boğdu...
21:00 25 Yanvar 2021
Venesiya karnavalı ilk dəfə onlayn formatda keçiriləcək
19:03 25 Yanvar 2021
Şuşa Teatrı haqqında film çəkildi
18:38 25 Yanvar 2021
Brilliant, Faiq, Aygün, Röya... - Onları belə görmədiniz
17:47 25 Yanvar 2021