writer1

Könül Cəfərli

Məqalə sayı

71
clock10:25 calendar-gray 05 Oktyabr 2017 view-gray434 dəfə oxunub
view-gray434 dəfə oxunub

Hamilə qadından utanan azərbaycanlılar

Gəlinlik seçməyə valideynləri, qardaşı və qaynanası ilə gəlmişdi. Elə ilk libası geyinəndə qarnının böyük olduğu ortaya çıxdı. Satıcı “siz hamiləsiniz?” - deyə soruşanda hamısı təəccüblə qızın üzünə baxdı. Elə mən də maraqla gözlədim ki, cavabı nə olacaq. Qarnını oxşayıb, 4 aylıq hamilə olduğunu söylədi. Sən demə, indiyədək gizlədib ki, toy günü açıqlasın, amma paltar sürprizini pozub. Uşaq müjdəsini eşidən qohumları qızın boynuna sarılıb, təbrik etdi. Qaynanası sevincdən kövrəldi. Gəlinin toydan qabaq hamilə qalması heç kimi narahat etmədi, əksinə ikiqat sevinc olduğunu söylədilər.

Düşündüm, yəqin qız qarnını gizlədəcək, gəlinlik istəyəcək. Əksinə, satıcıya dedi ki, mənə hamiləliyimi büruzə verəcək paltar seçin, övladım gəliyinliyə gözəllik qatacaq, onu müqəddəsləşdirəcək. Qaynana da öz növbəsində söylədi ki, hamilə qadın müqəddəsdir, ağ libasa qeyri-adi gözəllik qatır-filan. Beləcə, gözəl gəlinlik seçdilər, kəmərinə də üzəri çəhrayı daşlarla bəzədilmiş “bantik” asdılar. Gələcək övladın qız olacağına işarə etmək məqsədi ilə. Paltarın pulunu da qızın valideynləri ödədi. Orada adət belə imiş. Hər halda 3 ildir o verilişi izləyirəm, xərci həmişə gəlinin ata-anası çəkir. Deyilənə görə, adət belədir. Amerikanı deyirəm. Özü də bizdəki kimi “prokat” söhbəti yoxdur, elə birdəfəlik alırlar. Qiymətlər də təxminən 2 min-4 min dollar arası olur.

Harda qalmışdım? Hə, hamilə qızdan danışırdım. Nə isə. Gəlinliyi də seçib, deyə-gülə getdilər.

Bir anlıq təsəvvür etdim ki, o hadisə Azərbaycanda baş verir. Qaynanası ilə gəlinlik seçən qızın hamilə olduğu bilinir. Və? “Və”dən sonrasını özünüz də təxmin edə bilərsiniz. Qaynana oğlundan hamilə qaldığı bilsə belə ona əxlaqsız gözü ilə baxacaq. Hələ qohum-əqrəbanı demirəm. Bundan sonra toy baş tutacaq, ya yox, orası da bəlli olmaz. Olarsa belə, nə o gəlin digər gəlinlərdən olacaq, nə də o toy. Elə tək qonşuların dedi-qodusunu düşünəndə “Allah uzaq etsin” deməkdən başqa çarə qalmır.

Düzdür, bizdə də yavaş-yavaş hamiləlik müqəddəs-zad sayılır, qadının uşaq dünyaya gətirməyi ilə inəyin doğması arasında fərq qoyulur. Amma Azərbaycanda müqəddəslik ancaq toydan sonrakı hamiləliklərə aiddir. Yəni “zaqs”, kazığ-kuğuz, “Vağzalı” olmasa, ildə birini də doğsan müqəddəs sayılmırsan.

Amerikada isə qadın sırf uşaq gözlədiyi üçün müqəddəsdir, yəni status birbaşa hamiləliklə bağlıdır. Yanlış anlamayın, mən demirəm ki, Amerikadakı kimi yaxşıdır, bizdə də toydan qabaq gəlinlər hamilə qalsın. Yox, elə içi mən qarışıq çoxumuz bu barədə mühafizəkar düşüncədəyik. Vətəndaş nikahının tərəfdarı deyiləm, “zaqs”sı, toyu vacib hesab edirəm. Sadəcə iki toplumda hamiləliyə münasibəti müqayisə etmək istədim.

Qadının harada və hansı şəraitdə yaşamasından asılı olmayaraq, hamiləlik müqəddəs bir vəziyyətdir. İstər dünyanın ən bahalı xəstəxanasında doğ, istərsə də bir tövlədə. Möcüzə olan bir insanın 9 ay bətnində başqa bir insanı daşımasıdır. Bu gerçəyi heç nə dəyişdirə bilməz.

Amerikada qadınlar böyüyən qarnından utanmır, onu bizdəki kimi şalın altında gizlətmirlər. Niyə də gizlətsinlər ki? Hamiləlikdən gözəl nə var? Orada ər ictimai yerlərdə də arvadının qarnını oxşaya bilər. Bizdə isə kişi yanında hamilə gəzdirəndə böyüklərdən xəcalət çəkir. Anormal səslənsə də ayıb sayırıq. Yoxsa, niyə uşaq olan qarından utanaq ki? Əslində “niyə”si də məlumdur. Biz hamilə görəndə ağlımıza daha çox yataq gəlir. Yəni hamiləliyin özünü deyil, ona səbəb olan prosesi düşünürük. Ona görə qarından utanırıq. İndi də həyat yoldaşından danışan zaman “uşaqların anası” deyənlər var . Ya da arvadından bəhs etməzdən öncə üzr istəyənlər. Bu arvad məsələsi də elə hamiləliyin “ayıb”ındandır. Uşaq, arvad deyildiyi zaman fikir yenə yatağa gedib çıxır. Bəli, bütün məsələ bundadır. Ağlımızın bir ucunda həmişə o məlum yataq var, hadisələr onda düyünlənir. Halbuki əsl ayıb dünyaya gələcək uşağa deyil, yatağa fokuslanmağımızdır.

Amma qəribə bir təzad da var. Deməli, hamiləlikdən utanırıq, amma doğmaq elə də ayıb sayılmır. 9 ay şalın, örpəyin altında gizlətməyə çalışdığımız qarnın son günündə inqilab baş verir. Gəlinin əmisi, xalası, bibisi, dayısı, bir sözlə 2-3 maşın qohum-əqrəba doğum evinə yollanır. Qız doğanadək palatanın pəncərəsi altında gözləyirlər. Qızın çığırtısını eşitməyən qalmır. Bircə o gün ayıb olmur, nə doğum sancısı, nə də doğanın qışqırığı...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

İlbzlərin sevişməsindən həzz alan kişi
11:32 24 Yanvar 2021
Kamal Abdullanın romanı Almaniyada çap olunub
17:38 23 Yanvar 2021
Xudu Məmmədov Zəlimxan Yaquba onunla bağlı hansı sirri açdı? – Xatirə
16:30 23 Yanvar 2021
Aydın Kazımzadənin yeni kitabı işıq üzü gördü
15:30 23 Yanvar 2021
"Qaltan dərəsi" adlanan ərazidən tunc dövrünə aid tarixi abidələr tapılıb - Fotolar
14:20 23 Yanvar 2021
Yağışın xatırlatdığı qız – Eyvaz Əlləzoğlunun hekayəsi
13:31 23 Yanvar 2021
Cangüdəni və köməkçisi əfsanəvi modelyer haqqında kitab yazdı
12:23 23 Yanvar 2021
Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021