news-inner
clock14:00 calendar-gray 25 Avqust 2017 view-gray291 dəfə oxunub
view-gray291 dəfə oxunub

Boşanmış qadını ələ salan fahişə - Abbas Kiorostaminin filmi

Kulis.az Sevinc Elsevərin “On”un qadınları...” yazısını təqdim edir.

Bu günlərdə Abbas Kiorostaminin “On” filminə baxdım. Doğrudur, bir az gecikmiş ola bilərəm. Film 2001-ci ildə çəkilib, təxminən 2002-ci ildən ekranlara çıxıb. Amma filmdə rejissorun qaldırdığı problemlər Şərq qadını üçün nəinki köhnəlməyib, əksinə daim təzədi, əbədidi, əzəlidi.

Filmin maraqlı bir strukturu var. Sanki rejissor kameranı gənc bir qadının maşınına quraşdıraraq çıxıb gedib işinin dalınca. Maşına 10 dəfə adam minir. Hər dəfə bu adamlarla qadının söhbətlərindən sonra tamaşaçı üçün aydınlanma olur. Tamaşaçı bu qadının özünün, yaxınlarının, tanışlarının, hətta tanımadığı adamların həyatında nə baş verdiyini öyrənir. Filmdə heç bir hadisə yoxdu, film boyu demək olar heç nə baş vermir. Rejissor filmi dialoqların üstündə qurub. Bununla belə, film insanı ekran qarşısına kilidləyir, filmin ən böyük möcüzəsi də məncə budur.

Qadın, deyəsən adı Fəridədi, ərindən boşanıb. İkinci dəfə Murtuza adlı bir adamla ailə qurub. Amma yeniyetmə oğlu Amin anasının ikinci dəfə evlənməsini qəbul edə bilmir. Anasını atasını atmaqda, yaxşı “arvad” ola bilməməkdə, atasının və onun qayğısına kifayət qədər qalmamaqda suçlandırır. Fəridə foto çəkməyi sevir. Onun sevdiyi, dəyər verdiyi bir işi var. Amma əri və oğlu ondan başqa cür olmağı tələb eləyir. Oğlu Amin də atasına oxşayır. Onun kimi düşünür, atasının təsiri altındadı. Deməli, Aminlər böyüyəcək, yeni –yeni Fəridələrə əziyyət edəcək.

Atam yeni bir qadınla evlənəcək. Onda hər axşam eyni yeməkləri yeməyəcəyik deyir Amin anasına. Anası ilə yad qadını müqayisə edərkən əslində kölə olmağa hazır, işi ancaq mətbəxdə yemək bişirməkdən, ev təmizləməkdən, razı olsa da, olmasa da ərinə hər məsələdə “baş üstə” deyən bir qadınla işini, öz ayağı üstündə dayanmağı sevən, azad olmağa çalışan bir qadın arasında müqayisə etmiş olur. Fəridəyə ancaq özünü düşünürsən, eqoistsən deyir Amin. Onu fədakar ana olmamaqda suçlandırır. “Özünü sevməyən adamdan kimsəyə fayda gəlməz” – deyir Fəridə cavabında.

Fəridə “Mən foto çəkirəm, bu işi sevirəm, evin işlərini də xidmətçi görür. Amma mən foto çəkməsəm, xidmətçi mənim əvəzimə foto çəkə bilmir”, - deyəndə düzü mən bu iranlı qadına qibtə eləməyə bilmədim. “Mən yazı yazıram, ev işlərini isə mənim yerimə xidmətçi də görə bilər. O, isə mənim əvəzimə yaza bilmir. Ona görə də o evdə işləyəcək, mən çöldə”- deyə bilmirəm, çünki yazı yazmaqla qazandığım pula xidmətçi işə götürə bilmirəm. Fəridə məndən xoşbəxtdi bu mənada.

Fəridənin maşınına təsadüfən fahişə minir. Sükanın arxasında kişi əvəzinə qadının oturduğunu görəndə çaşıb qalsa da, Fəridə onu söhbətə çəkir. Deməli, Tehran küçələrində maşın sürən qadınların sayı çox deyil ki, fahişə maşını bir qadının sürə biləcəyini düşünə bilmir. Əla situasiyadır.

Fahişə ilə Fəridənin dialoquna 3 dəfə baxdım. Qulaq asdım demirəm, çünki nə qədər çətin olsa da, filmi subtitrlərlə izləyirdim. Bu, ən zəhləm gedən film izləmək tərzidi. Bilmirsən subtitrə baxasan, bilmirsən ekranda olub-bitənə. Gərək filmə iki dəfə baxasan. Bir dəfə təsvirə, bir dəfə də subtitrlərə.

Fəridə fahişəyə öyüd vermək istəyəndə, o gülüb ələ salır Fəridəni. Səninlə mənim fərqim nədi, mən sadəcə çoxlu kişiylə yatıram, sən biriylə deyir. Sən bir kişidən asılısan, daim onun səni tərk edəcəyindən, xəyanət edəcəyindən narahatsan. Sən axmaqsan, mənsə ağıllıyam. Daim onun xoşuna gəlməyə çalışırsan. Amma mənim heç vecimə də deyil. Kişi varsa, yatıram, yoxdusa, yox. “Əlimi yelləsəm əllisi” –deyir yəni. Amma sən bir kişiylə ömrünü çürütməyə hazırsan. Həm kefimi çəkirəm, həm alış-veriş edirəm. Sadəcə sən topdan alış-veriş edirsən, mən pərakəndə. Sənin də boynundakı boyunbağını ərin sənə toy gecəsi bağışlamayıbmı?

“Hər şey sadəcə alış-verişdənmi ibarətdi?”, “Heç yatdığın kişiyə qarşı duyğularının da olmasını istəmədinmi?” – Fəridə haqlı olaraq, soruşsa da, bəzi məqamlarda fahişə ilə razılaşır. Fikirlərinin üst-üstə düşdüyü məqamlar da olur. “Niyə fahişə olmağı seçdin?” –sualına isə çox məntiqli cavabı olur onun: “Bədbəxt idim”. Nişanlısı tərəfindən aldadılan və tərk edilən qadın bütün həyatını bir kişi üçün ağlamamaq, bir kişi üçün əzilməmək üçün bu yolu seçmiş, indi isə özünü xoşbəxt hiss edir. Bəlkə də xoşbəxtliyinə inandırıb özünü.

Növbəti dəfə sevdiyi kişi ilə ayrılmaq ərəfəsində olan, ayrılmamaqları üçün türbəyə dua etmək üçün gedən başqa gənc qız minir Fəridənin maşınına. Onun tək istədiyi şey sevdiyi adamın bu an yanında olmağıdı. Sevdiyi adamla bərabər ola bilməyəcəyini anlayanda gənc qızın reaksiyası qəribə olur. O, saçlarını dibindən qırxır. Amma dua eləməyə də davam etməkdədi.

Bu iki bədbəxt qadını müqayisə etməyi Abbas Kiorastami tamaşaçının ixtiyarına buraxır. Və sən görürsən ki, hər gecəsini bir kişi ilə keçirən o qadına nisbətdə saçlarını dibindən qırxmış və gözəlliyindən, hətta qadınlığından belə vaz keçmiş qadın nə qədər safdır. Onun göz yaşları od kimi yandırır. Ekrana soxula bilsəydin, onu bağrına basardın. Öpüb qucaqlayardın, təsəlli edərdin. Hətta mən gözlədim ki, bunu mənim yerimə Fəridə etsin. Fəridə isə sadəcə onun göz yaşlarını silməklə təsəlli etdi.

12 yaşında oğlunu və ərini itirən qadın evində nəyi varsa, bütün yorğanlarını, bütün döşəklərini belə başqalarına vermiş, indi əlində sadəcə təsbehi qalmış. Bu təsbehdən dəyərli heç nəyim yoxdu deyə göstərir Fəridəyə. O, hər gün dua eləməyə gedir. Baxmayaraq, duaları qəbul olmur, amma yenə dua etməkdən yorulmur. Bütün kişilərə və qadınlara, bütün gənc qızlara və oğlanlara dua eləyən qadın nəsə başqa bir dünyadan gəlmiş kimi görünür. Yer üzünün insanı olmamalıdı bu, adama elə gəlir.

Dualara inanmayan Fəridə özü də bir gün türbəyə dua eləməyə gedir. Başqalarının dualarının hələ də qəbul olmadığını bilə-bilə, həm də.

Oxşar xəbərlər

Xəbər lenti

Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020