news-inner
clock09:00 calendar-gray 14 İyun 2017 view-gray1014 dəfə oxunub
view-gray1014 dəfə oxunub

Vidadi Həsənov: “Gedib kimdən pul dilənək?” - MÜSAHİBƏ

Əməkdar artist Vidadi Həsənovu “Bəyin oğurlanması”, “Yalan”, “Çölçü” filmlərindən tanıyır. Kulis.az aktyorla mədəniyyət mühitində bugünkü vəziyyət barədə söhbəti təqdim edir.

- Bayaq dediniz ki, son şeir kitabınızdan sonra yenə şeirləriniz yazmısız. Yeni kitab fikriniz də varmı?

- Şeir yox, amma ssenarilərimi kitab kimi çap etdirmək istəyirəm.

- Çoxdur ssenari?

- 80-90 “qranka”.

- Onları prodakşnlara təqdim etmisiniz - daha doğrusu, nazirliyə, Azərbaycanfilmə?

- “Azərbaycanfilm”də mənim yazdığım ssenarilərin hamısından xəbərdardırlar. O birilərə də verməyin mənası yoxdur, büdcələri yoxdur, özünüz də bilirsiniz. Bizdə bu sahə yoxdur. O adi qəndqabını istehsal edib hərəsindən 5 qəpik qazanırlar elə deyil? Amma kino elədir ki, 5 milyon qoyub, 25 milyon götürmək olar. Kinodan gəlirli sahə var bəyəm yer üzündə? Sadəcə, peşəkar, dünya kinosunu bilən prodüserlər yoxdur. İndi biz deyirik hazır ssenari. Axı ssenari hazırlıq mərhələsi keçir. Bazara uyğunlaşdırılır. Ədəbiyyat kimi yazılan ssenari hansı kontingentə hesablandığını, dünyanın hansı yerlərində baxılacağını, hansı televiziyada göstəriləcəyini bilməlidir. Film İstehsalata buraxılanda hələ onun reklamından gəlir gəlməlidir. Bu işlə məşğul olan peşəkarlar olmalıdır. Onlar olmayana qədər, ya nazirliyi, ya kinostudiyanı, ya ayrı-ayrı şəxsləri günahlandıracaqlar. Bu industriyadı, istehsalatdır, onu qurmadan ömrümüz elə belə də gedəcək.

- Vidadi müəllim, “Çölçü”dən sonra filmə çəkilmisniz?

- “Nərimanfilm”də istehal olunan “İkinci güllə” adlı tammetrajlı filmdə oynadım. Olduqca maraqlı filmdir. Amma ondan bəri elə bir iş yoxdur.

- İş elə gətirib ki, stabil işi olan peşə sahiblərindən fərqli olaraq, xüsusən aktyorlarda mütləq durğunluq dönəmləri olur. Bu vaxtlarda sizə nə və yaxud da kim ilham verir?

- Bir gün bir müxbir Rodenin yanına gəlir. Soruşur ki, ilham pərisi nə vaxt gəlir sizə? Cavab verir ki, bu mənim həyat tərzimdi. İlham pərisi...

- Stimul deyək.

- Stimul insanın yaxın adamlarıdır. Dostlar rəhm edib rəğbət bəsləyirsə... Şəxsən məni yaz gələndə həyət-bacada işləmək ruhlandırır. Bir də ailə. Yoxsa ilham gəlməsini gözləmək lazım deyil. Sadəcə yaşamaq lazımdır. Pinəçi ki nədənsə ilhamlanmağı gözləmir, işini görür. Biz fövqəladə bir işlə məşğul deyilik. Əgər başqa, fövqəladə işdirsə bu, vallah bu mənə aid deyil. Bu adi bir işdir, həkimin işi kmi, pinəçinin işi kimi, jurnalistin işi kimi. Heç kəsin sənətini əlahiddə bir yerə qoymaq lazım deyil.

- Belədirsə, niyə aktyorlara Xalq artisti adı verirlər, amma məsələn xalq pinəçisi, xalq mühəndisi adı bizə qəribə, hətta bəzilərinə gülməli gəlir?

- Şəxsən mənim fikrimi soruşursunuzsa... Mən universitetdə pillələri qalxırdım. Gəlib dedilər ki, sizə əməkdar artist adı verilib. Səmimiyyətimə inanın, məndə heç nə dəyişmədi, heç sifətimdə bir cizgi də dəyişmədi. İndinin özündə də fəxri adın nə olduğunu başa düşmürəm. Nə verir ki, o mənə? O cüzi altmış manat ki, mən alıram, ondan başqa bir məsələsi yoxdur. O altmış manatı da maaşıma qatıb versinlər, bilim ki, öz işimlə məşğulam. Tutalım, sabah kimsə xalq artisti oldu, filan qədər maaşından əlavə pul alacaq. Elə maaşının içinə qoyub verin də bu insana. Bu qədər təqaüdlər verilir. 50 nəfərə verilir, 500 nəfərə verilmir. Elə o 50 nəfərə veriləni böl 500 nəfərin maaşını artır də.

- Heç təqaüdə düşmüsünüzmü?

- Düşməmişəm, düşməyəcəm də yəqin.

- Sizcə, niyə?

- Ovcumun içini iyləmişəm, bilirəm ki, düşməyəcəm.

- Müstəqil “Mənim teatrım”ı yaratdınız və bir neçə tamaşa təqdim etdiniz. Bir tənqid də mən yazmışdım.

- Çox əcəb etmişdiniz. Mən o tənqidi teatrın elektron səhifəsinə yerləşdirdim.

- Elə o yazıda da bu sual məni düşündürürdü - bu teatr hansı ehtiyacdan yarandı? Ya hansı yeni ideyadan?

- Ondan sonra baxın da, “Əsa” teatrı yarandı, “Human”, “Rebus” teatrları yarandı. Onlar hansı ehtiyacdan yarandılar ki? İnsanlar özlərini realizə etmək istəyir. Teatr yaratmaq nəyəsə alternativ olmaq deyil, ya da fövqəladə bir şey, ya möcüzə göstərmək deyil. Sadəcə insanlar öz imkan və bacarıqlarını daha çox realizə etmək istəyirlər. Buna bu cür yanaşmaq lazımdır. Mənim ətrafımda cavan oğlanlar – aktyorlar var idi. Onlar yalnız dövlət teatrında işləməklə öz fiziki-mənəvi imkanlarının hamısını realizə edə bilmirlər axı. Məsələn, Elgün Həmidov. Yuğ teatrında da işləyir, “Mənim teatrım”da da işləyir, Ado teatrında da işləyir. Oqtay Mehdiyev. Sumqayıt teatrında da işləyir, Yuğda da işləyir, “Mənim teatrım”da da işləyir. Amid Qasımovdu, o da elə. Bax bu uşaqların hər biri bir neçə belə teatrda işləyir. Hələ olsa yenə başqa teatrlarda da oynayarlar. Axı onların enerjisi var, mənim kimi qoca kişi deyillər. Bunun nəyi pisdir? Tiflis kimi balaca bir şəhərdə bilirsiniz nə qədər teatr var?

Moskvada hər metro stansiyanın üstündə bir kiçik teatr var. O teatrlarda gənc aktyorlar yetişir, sonra gedirlər böyük teatrlarda işləyirlər. Vaxtilə belə kiçik teatrlarda işləyən aktyorlar indi filmlərə çəkilən ən tanınmış aktyorlardır. İnstitutu bitirdi - bu uşaq nə etsin? Özünü harda realizə etsin? Böyük teatra düşmək imkanı yoxdur. Düşsə belə, 10-15 il kənarda qalacaq. Rol olmayacaq. Bax elə “Əhmədli” metrosunun yanında, Günəşlidə, Xırdalanda belə kiçik teatrlar olmalıdır. Bəs bu necə olmalıdır?

Türkiyədə kiçik özəl teatrlar var. Dövlət onlara dəstək məqsədilə pul verir ki, özlərini qoruya bilsinlər, yaradıcılıqla məşğul olsunlar. Bizdə hər yerdə özəl sektorlara dövlət dəstəyi var. Amma bu vaxtadək özəl teatr yox idi. İndi artıq var. Müəyyən vaxtdan sonra bu müstəqil teatrların birliyi olar, bunlar da dövlətə müraciət edər. Yoxsa mən burada teatr açım, başımı qatım, biri orada. Belə olmaz. Mütləq gərək bir təşkilat, birlik olsun ki, problemləri birgə həll etsin, mövqelərini bölüşsünlər və s.

Amerika açmıram mən. Teatr gəlir gətirən sahə deyil. Teatrın gətirdiyi gəlir tamam başqa məsələdir və onu 10 ilə görə bilərsən. Maarif, təhsil necədirsə, teatr da elədir.

- “M teatr”ın məşq etməyə yeri varmı?

- Şahmat klubunun yanında bir yer kirayələmişik, məşqləri də orada edirik. Açığını deyim, devalvasiyadan sonra biz fasilə etdik. Düşündük ki, insanlarımızın hamısına çətindir. Kimə gedib deyək ki, bizə pul verin. Kimdən pul dilənək?

- Dondurdunuz fəaliyyəti?

- Yox, dondurmaq niyə? Mən bu gün oynamıramsa, deməli dondurmuşam yaradıcılığı? Sadəcə olaraq, fasilə vermişik. Yaradıcılıq sahəsi genişdir. Biz də orada indi müəyyən layihələr üzərində işləyirik. Çünki pul qazanıb oturduğumuz yerin pulunu verməliyik. Az da pul deyil. Üstəlik, hər görülən iş xərc tələb edir. O birinci ilimiz idi, bir az təşəbbüskarlıq, entuziazmla işlədik. İndi bir az ağıllı edəcəyik. Bir az bazamızı yaradaq, tamaşa etmək üçün pul əldə edək ki, işə başlayaq. Kasıbçılıq psixologiyası ilə işləmək olmaz. Ondan kəsmək, bundan kəsmək. Axırda da eybəcər bir şey alınır.

- Adətən, özəl teatrlar fondlara, müxtəlif institutlara müraciət edirlər...

- Əlbəttə, yəqin belə fondlar var və onlar da tələblər və şərtlər qoyurlar maliyyə ayıranda. Biz azad yaradıcı adamlarıq. Kimsə mənə beş manat verib deyəcəksə, bu əsəri qoy, mən onu etmərəm. Qrant almaq üçün jurnalistlər də müraciət edir, tutalım. Amma müəyyən çərçivələr, şərtlər olur axı.

- Amma bu və ya digər mənbələrdən dəstək alıb müstəqil filmlər çəkilir.

- Ona görə də o filmlər bu gündədir. Mən onlara film demirəm. Bu cür zövqsüzlüklə heç yerə getmək olmaz. Bəlkə, öz yaxınlarına bu filmləri göstərməyə qıyırlarsa, başqalarına bunu etməsinlər. Onlara kino desən adamın dili quruyar.

- Hansıları izləmisiz Vidadi müəllim?

- Bir-ikisini gördüm, sonra baxdım ki, buradakı aktyorlar o birilərdə də oynayır, hamısı eyni şeydir. Bir kriteriyaları var-pul qazanmaq. Demirəm pis kriteriyadır. Amma pulu da peşəkar işlə qazanmaq lazımdı.

- Müstəqil kino nümunələri artır. Sizcə bu kəmiyyət artımı keyfiyyətə keçməyəcək?

- Olmayacaq elə bir şey. Peşəkarlıq ayrı şeydir. Müxtəlif səbəblərdən iki serialda çəkildim. Birində serial çəkənlər bankdan pul götürmüşdülər, mən də dedim havayı çəkiləcəm sizdə. O birində də layihənin rəhbəri dostumuz idi. Yaxşı da pul verdi. Amma mən başa düşdüm ki, daha heç vaxt filmə çəkilmərəm.

Türk serialları ona görə inkişaf etdi ki, sistemi yaratdılar. Orada artıq pis serial çəkilə bilməz. Orada profanlara yer yoxdur. İndi bizdə seldən qabaqkı çör-çöp məsələsidir.

- Vidadi müəllim, günümüzün reallığında. kapitalizmin gətirdiyi tezbazar alış-veriş münasibətlərində, bu qaç-qovda yaradıcı insanın özünü qorumaq üçün hansı imkanları var?

- Birincisi, mən düşünürəm ki, bu hələ kapitalizm deyil. Kapitalizmin pis keyfiyyətləri olduğu kimi yaxşı keyfiyyətləri də var. Bizdə hələ alver psixologiyasıdır. Halbuki nəticəsini 5-10 il sonra görə biləcəyin sahəyə sərmayə yatırmırlar. Bizdə hələ bu gün sat, bu gün qazan prinsipidir. Bəlkə lap yuxarı səviyyədə belə biznes insanları var. Lap yuxarı qatda. Amma onlar bizdən o qədər uzaqdırlar ki, biz onları nə görürük, nə eşidirik, nə də onların etdiklərinin bizə bir dəxli var. Birbaşa mənada ha... Dolayı mənada, əlbəttə, təsirləri var. Bəs bu mədəniyyət adamları nə etsinlər? Bir “Real Madrid” oyunçusu – bir idmançı oyunu udur, milyon yarım pul alır. İdmançılarda bu var. Amma rejissorlar, aktyorlar, rəssamlar...

Qaldı özünü qorumağa... Gerçəkliyi nə qədər özündən uzaq saxlasan, özün ola biləcəksən. Elə ki, o gerçəklik bir dəfə səni aldatdı, ikinci dəfə şirnikləndirdi, əlindən tutub harasa apardı, sən daha əvvəlki adam ola bilməzsən. Baxın, şəkər xəstəlik deyil, o, başqa həyat tərzidir. Bax, incəsənət də elə bir həyat tərzidir. Bu heç də gerçəklikdən təcrid olmaq deyil. Sadəcə, gərək bu gerçəkliyin içində başqa cür yaşayasan. Yoxsa, o sözləri deməyə haqqın, gücün qalmayacaq...

- Yeni filmlər, tamaşalar varmı əlinizdə? Ya planladığınız...

- Görüləsi iş çoxdur, nə deyim, ömrümüz sadəcə gözləmir, gedir...

news-inner-user
Aliyə

999 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
19:20 26 Yanvar 2021
Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər
18:42 26 Yanvar 2021
Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri
17:29 26 Yanvar 2021
O, çayxana filosofudur - Nabokovdan Sartr haqqında sərt sözlər
16:44 26 Yanvar 2021
Harri Potter serial olur
16:08 26 Yanvar 2021
Miri Yusif "Yaşat" fondu üçün konsert verəcək
15:29 26 Yanvar 2021
Zeynəb Xanlarova ilə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – Xalq artistindən maraqlı faktlar
14:50 26 Yanvar 2021
Fellininin prodüseri vəfat etdi
14:02 26 Yanvar 2021
Akif İslamzadənin albomu yeni onlayn platformada - Foto
13:20 26 Yanvar 2021
Nazirliyin yeni komandası film çəkilişlərinə qarışacaqmı? – Gənc rejissor yazır
12:40 26 Yanvar 2021
Müharibədə iştirak edən ilk qadın müğənni: O, ilk konsertindən cəmi bircə manat qazanmışdı – Aygün haqda bilmədiklərimiz
12:01 26 Yanvar 2021
İsa Hüseynovun hekayəsi "Dünya novellası antalogiyası"nda
11:35 26 Yanvar 2021
Rasim Balayev: “Çəkildiyim filmlərə baxanda pis oluram”
10:26 26 Yanvar 2021
Aygün 50 yaşını yeni kliplə qeyd etdi - Video
10:00 26 Yanvar 2021
İncəsənət Muzeyinin direktoru "Qızıl ulduz" medalı ilə təltif edildi
09:30 26 Yanvar 2021
Ölən uşaqlar Kürün quru yatağında ora-bura qaçırdılar – İlham Əzizdən yeni hekayə
09:00 26 Yanvar 2021
Dayısı oğlu onu zorladı, bacısı ilə sevgili oldu, özünü göldə boğdu...
21:00 25 Yanvar 2021
Venesiya karnavalı ilk dəfə onlayn formatda keçiriləcək
19:03 25 Yanvar 2021
Şuşa Teatrı haqqında film çəkildi
18:38 25 Yanvar 2021
Brilliant, Faiq, Aygün, Röya... - Onları belə görmədiniz
17:47 25 Yanvar 2021