writer1

Hədiyyə Şəfaqət

Məqalə sayı

21
clock12:43 calendar-gray 01 İyun 2017 view-gray116 dəfə oxunub
view-gray116 dəfə oxunub

Qum dənizinin kapitanları

Bağımızda get-gedə qurumağa başlayan ərik ağacı vardı. Bir-iki ayın içində yarpaqlarını, meyvələrini tökdü, çılım-çılpaq qaldı. Başqa yam-yaşıl ağacların arasında pis görünürdü. Atamın ürəyi dözmədi, əlinə baltanı aldı ki, ərik ağacını kəssin. Anam ondan qabaq çatdırdı özünü, əyilib torpaqdan adam boyu yuxarını göstərdi, “burdan kəs”. Atam etiraz etdi, “nə mənası var, quruyub”. “Qurumayacaq, baxmışam kökü canlıdır”…

Mən o zaman öyrəndim köklərin gücünə güvənməyi…

…İki il əvvəl Alsu məktəbdə ədəbiyyat müəlliminin “uşaqlar, inşa üçün mövzunu siz təklif edin, özünüz də həmin mövzuda yazın gəlin” deməyindən sonra Nəriman Əbdülrəhmanlının əsərləri haqqında yazmışdı. Müəllim qiymətləndirmədən sonra fikrindən daşınmışdı, “dəqiq mövzularda yazın” demişdi, “vətən, ana, gələcək arzular, bayrağımız”…

“O heç nə oxumamışdı, elə bilirsən Nəriman müəllimi tanıdı? Heç kimi tanımır” dedi Alsu, möhkəm pərt olmuşdu…

Niyəsə çox zaman yaşlıları ağacın kökünə, uşaqları budaqlarına, çiçəklərinə bənzədirlər… Yeni yaranan, yeni canlanan, yeni çiçəklənən, davam edən mənasında yəqin ki. Mən yox, mənim gözümdə uşaqlıq KÖK-dür

Biz elə bilirdik ən ağır uşaqlığı doxsanlarda yaşadıq. Aclıq, yoxsulluq, ehtiyac, qarışıqlıq… Müharibə… İtkilər… Çaşıb qalmışdıq… Sonra hər şey yavaş-yavaş qaydasına düşməyə başladı. Ya da elə göründü… İtirilmiş uşaqlıq dedik buna, çoxumuz yaşımızdan tez böyüdük, uşaqlıq-yeniyetməlik çağımızı yeni quruluşun dərk edilməsinə, uyğunlaşmaya xərclədik. Nə dərəcədə nail olduq, bu başqa söhbətin mövzusudur…

Amma indi düşünürəm ki, o illərə və o illərdən sonra olanlara insanca dayanma gücünü necə də olsa uşaqlığımızdan almışıq.

Və nəhayət

Bizim uşaqlarımız doğuldu

Doxsanların uşaqlarının uşaqları…

Budur itirilmiş uşaqlıq. Budur yoxluq, budur böyümüşlük, ən gözəl illərin üstündən adlayıb həyata atılmışlıq… Zədəli, yaralı, gələcəyə qorxu içində baxılmışlıq…

“O qədər də qara deyil”-mi dediniz? Ola bilsin, mən bir az da tündləşdirirəm.. Ola bilər.. Amma bir azdan hər şey elə o cür tündlükdə olacaq…

Nə yaşayır bu günün uşaqlığı? Bahalı əyləncə mərkəzlərində bir-iki saat, geyim mağazasında alış-veriş, restoranda ad günü, çiynində ağır çanta, boynundan asılan dərs yükü, həmyaşıdlarıyla telefon, oyuncaq, gəzinti, əzələ rəqabəti…

Uşaqlar yarışmırlar, onların ana-ataları yarışır… Məktəbdə yarışırlar, idmanda yarışırlar, qonaqlıqda yarışırlar, hər yerdə yarışırlar…

Bəzən elə görünür ki, bu ölkədə uşaqlar ancaq o ana-ataların uşaqlarıdır…

Amma bu ölkədə minlərlə başqa uşaq var…

Onların çoxu ağır işlərdə çalışır, onların çoxu məktəbə gedəmmir, onların çoxu ehtiyac içində yaşayır, onların çoxu ömründə velosiped minməyib, onların çoxu həkim müayinəsindən keçməyib, onların çoxu xüsusi istedadını inkişaf etdirmək üçün üz tutmağa yer tapmır, onların çoxu başımıza bəla olmuş təhsilin lənətə gəlmiş xüsusi hazırlığına yazılammır, onların çoxu illərlə təzə paltar geyinmir, onların çoxu…

Onların çoxu, demək olar, bir evdə yaşadığı ana-atanın üzünü görmür, dərdləşəmmir, paylaşammır, dostlaşammır, onların çoxu ana-atalarından incik, küskün böyüyür…

Yaralar ağırdır… O uşaqlar uşaq olmadan böyüyürlər…

Jorje Amadunun “Qum dənizinin kapitanları” əsərini yenidən vərəqlədim bu günlərdə... Necə möhtəşəm əsərdir… Xatırladım ki, uşaq olanda evimizdə nə qədər uşaq ədəbiyyatı olardı, televiziyada uşaq verlişləri, radioda uşaq proqramları, hamını əli çatan yerdə uşaq qəzet-jurnalları, hamının əli çatan yerdə xüsusi dərnəklər, hamını əli çatan yerə teatr, musiqi qrupları, rəsm müsabiqələri, hamını əli çatan yerdə kitabxana görüşləri, hamının əli çatan yerdə viktorinalar, marafonlar…

Üstəlik, mən bunları uzaq bir kənddə yaşayırdım. Təkcə mənmi? Xeyir, hamı, hamı… Çünki bu tələb olunurdu. İştirak etməyən danlanırdı, sorğu-suala çəkilirdi…

Mənim yadımdadır ki, bizim sinfimizdə hər yaşı oxuyan usağı bir zəif oxuyan uşaqla əyləşdirərdi müəllimlərimiz, dərsdən sonra bir yerdə olmağımız, kömək etməyimiz üçün tələb qoyulardı, dostluq təqdir edilirdi, ayrı-seçkilik etməkmi olardı, utandırılardıq, müəllimlərimiz dərsdən sonra dayanıb geri qalan uşaqlarla dərnəklərdə məşğul olardılar…

Pulsuz-parasız.

İndi uşaqlar başqa cür baxır dostluqlara. Eyni kursa gedən uşaqlar, ataları dost, anaları rəfiqə olan uşaqlar, evləri olan uşaqlar, kirayədə yaşayan uşaqlar, bahalı telefonu olan uşaqlar, bufetdə bir bulka almağa pul gətirməyən uşaqlar…

Hətta məktəblər də bu cür ayrılıb, hər uşaq hər məktəbdə oxuyammır, ana-ata düşünür, ordakı başqa valideynlərlə ayaqlaşa biləcəkmi? Filan məktəbdə 8 Martda iyirmi manatdan yığırlar heç olmasa, uşaq o birində oxusa bu yüz manatadək qalxa bilər…

Biz bütöv uşaqlıq itiririk…

Fərqində deyilikmi? Fərqində deyillərmi? Bu uşaqlar zədəli, yaralı, keükün, qəzəbli böyüyürlər… Bu uşaqlar irəli getmk yollarının keçidlərini intiqam hissiylə birlikdə böyüdürlər…

Biz günahkarıq…

Cəmiyyət olaraq…

Onların nə günahı var? Onları necə günahlandıra bilərik?

Uşaqlar KÖK-dür, o ağacın kökü. Onu qurutduqsa budaqların nəinki yaşıllanacağına, heç yaşayacağına da ümid etməməliyik…

Bəs ədəbiyyat? Yoxdur. Qısaca bunu deməli olacağıq. İstisnalar ola bilər, amma yoxdur.

Biz nə uşaqlar üçün, nə də uşaqları yazırıq...

Yazılan bir-iki mətn də elə aralıqda itib batır. Bizim yazdığımız hər şey şamın zəif işığıdır, əhatə dairəsi böyüdükcə sozalır və yoxa çıxır…

Onlardan buralarda heç kimin xəbəri yoxdur, heç kimin…

Hər kəsin başı öz uşaqlarını xilas etməyə qarışıb…

Günahkarıq…

Axi hər şey bizim gözümüz qarşısında baş verir…

Zahid Sarıtorpağın “Qarğa marşrutu” romanını oxuyanda içimdən keçən giziltini heç nəylə ifadə edəmmirəm…

Bax budur bizim uşaqlarımız. Həyatın sərt axışına ayaq uydurmağa çalışan “qum dənizinin kapitanları”… Birdəncə böyüyüblər, birdəncə kişiləşiblər, birdəncə qadınlaşıblar…

Amma uşaq olmayıblar…

Biz hardayıq? Anlamırıq ki, ziddiyyətli dəyərsizliyin uşaqların gözündə hər şeyi ümidsizliyə çevirdiyi bir vaxtda artıq onları evimizdə gözləməyin zamanı keçib?

Biz onlara getməliyik…

Uşaqlar KÖK-dür, bəslənməyə ehtiyacları var, yaxşı bağban olmasaq tikanlıq və alaq əlində qalacağıq…

Elə o xilas etdiyimiz öz uşaqlarımız da…

Üzr istəyirəm.

Amma belədir…

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“İtalyan baharı” kinofestivalı keçiriləcək
17:01 20 İyul 2019
Bryus Li niyə lənətləndi?
16:20 20 İyul 2019
Pyer Rişar Yessentuki kinofestivalının fəxri qonağı olacaq
15:22 20 İyul 2019
Beynəlxalq Animasiya Festivalının münsiflər heyəti məlum olub
14:30 20 İyul 2019
Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümünü başa vurub
13:46 20 İyul 2019
"Tərlan Əbilov 90-cı illərin şairidir" - Orxan Saffari yazır
12:25 20 İyul 2019
Xalq yazıçısı Elçin təqdim edir: Yuxu ölümü kimi gerçəklik var havada
11:40 20 İyul 2019
Tanınmış gürcü yazıçısı Afaq Məsudun romanından yazdı
10:00 20 İyul 2019
İsrail əsgərinə vurulan livanlı qız, tabut daşıyan iraqlı... - Əsl Kino
08:58 20 İyul 2019
Cəfər əmimin yolları - Şərif Ağayarın hekayəsi
21:00 19 İyul 2019
Bred Pitin yeni filminin treyleri yayımlandı - Video
18:30 19 İyul 2019
Puşkinin can verdiyi divan... – Şairin Ev-muzeyindən Reportaj
17:57 19 İyul 2019
Sosial şəbəkələr depressiyaya səbəb olurmuş
17:11 19 İyul 2019
Kamal Abdulla medalla təltif edilib
16:37 19 İyul 2019
Sən gecələr yat, ay Qurban... - Məhəmməd Tanhudan Yeni Şeirlər
15:31 19 İyul 2019
Çexovun həyatı film olacaq
14:33 19 İyul 2019
Tərcüməçi-yazıçı Məmməd Məmmədlinin kitabı çap olunub.
14:01 19 İyul 2019
Yalçın Rzazadə Türkiyədə əməliyyat olunub
13:21 19 İyul 2019
Kəramət lağ elədiyi aşıqlardan da mənasızdır
12:37 19 İyul 2019
Azərbaycan filmləri Sarayevo festivalında
12:01 19 İyul 2019