news-inner
clock12:24 calendar-gray 12 May 2017 view-gray230 dəfə oxunub
view-gray230 dəfə oxunub

Balansı olmayan kartdakı 50 manat – HEKAYƏ

Kulis.az gənc yazar Nəsib Məhərrəmovun iki qısa hekayəsini təqdim edir.

Əlini mənə bəsdərəcik...

Bir neçə gündür səhər tezdən evdən çıxıb təlimə gedirəm. Bu vaxt uşaqların dərsə getdikləri vaxtdır. Hər səhər valideynlərininəlindən tutub məktəbə gedən çoxlu uşaqlarla rastlaşıram.


Bazar ertəsi səhər həyətdən çıxanda rastlaşdıq onunla. Məktəbli çantası ağır görünürdü, o qədər ağır ki, çiyinlərinə düşən yükü azaltmaq üçün qəddini xeyli qabağa əymişdi.

"Bəs, nə üçün bu yaşda uşağı başqaları kimi məktəbə valideynlərindən biri aparmır? Bəlkə, ərindiklərindən? Bəlkə, heç atası yoxdur, ya anası, ya da onlardan heç biri..." - deyə düşünə-düşünə arxadan ehmalca çantasından qaldırmağa başladım. Hiss edincə boynunu yana çevirib mırıq dişlərini göstərdi.


- Ver çantanı götürüm - deyən kimi qollarını çiyinliklərdən çıxartdı.


Çantasını çiynimə aldım. Sısqa bir qızcığazın daşıya bilməsi üçün təsəvvür etdiyimdən də ağır idi.


Adı Aytəndir, ikinci sinifdə oxuyur. Maşın yoluna çatana qədər dil boğaza qoymadı, gah şeir dedi, gah da məndən tapmaca soruşdu. Yolu keçməli idik. Əlimi Aytənə uzatdım, məsumca gülümsədi. Sanki, əvvəllər kimsənin əlindən tutmayıbmış kimi yöndəmsizcəsinəşəhadət barmağını barmağıma qarmaqladı. Daha rahat tuta bilməsi üçün balaca əlinin çöpə oxşar barmaqlarını adsız barmağıma necə sarımağı göstərdim. Məktəbin qapısına qədər buraxmadı barmağımı. Mən yeridikcə o gah sağ, gah da sol ayağı üstə tullanıb "klass-klass" oynayırmış kimi yanımca gəlirdi. Yol boyu nə qədər cəhd etdimsə valideynləri haqqında sual verməyə cəsarətim çatmadı. Qorxdum. Daha doğrusu, bu hissin adına qorxu demək də olmazdı. Yazarkən xeyli axtardım, deyəsən, heç dilimizdə o hissi ifadə edən söz yoxdur.


Qapıda sağollaşıb məktəbin həyətinə ötürdüm, gözü arxada qalmışdı, binanın döngəsindən itənədək qapıda dayandım.


İki gündür səhər əynimi geyinib eyvana çıxıram. Taxta sexinin arxasından boyu ucalanda lifti gözləmədən özümü aşağı çatdırıram. Məni sevimli yol-yoldaşını görən kimi qapqara gözləri daha çox parıldayır, gülümsəyir, sorğusuz-sualsız çantasını çiynindən çıxarmağım üçün dirsəklərini bükür. Bu, mənim çox xoşuma gəlir. Barmağımdan tutur, yola davam edirik. Üç gündür Aytəni məktəbə qoyub təlim yoldaşımın məni götürdüyü dayanacağa geri qayıdıram. Hələ daha iki gün də təlimə gedəcəyəm.

Körpə qığıltısı kimidir bankomat tırıltısı

Bir ayın söhbətidir. Nərimanov metrosu yaxınlığında Uşaq Stomatoloji Poliklinikasının qarşında dayanıb dostumu gözləyirdim. Məndən bir neçə addım uzaqlıqda “Beynəlxalq Bank”ın bankomatından pul çıxaran cavan oğlana yaşlı bir qoca yaxınlaşdı. Əyni qalın deyildi. Hülqumunun dibində sonuncu düyməsini bağladığı qəhvəyi damalı köynəyin üstünə boz rəngli pencək geyinmişdi. Soyuqdan üşüyən əli ilə birlikdə titrəyən əsası yeri taqqıldadırdı.

Qoca bankomata başı qarışan oğlanı arxadan qəfil toxunmağı ilə yamanca qorxutdu:


- Oğul, bir yoxla gör, burada pul varmı? - deyə, əli əsə-əsə ağ kağız parçasına bükülmüş kartı oğlana uzatdı.
Oğlanın işini yarımçıq kəsib tələsik öz kartını çıxardaraq qocanın kartını bankomata salması məni şübhələndirdiyindən onlara bir neçə addım yaxınlaşdım ki, miskin qocaya qarşı soyğunçuluq etmək sevdasına düşərsə ona mane olmağa çalışım. Qara, qıvrımsaçlı oğlanın arxasından ona göz qoymağa başlamışdım. Qocanın kart balansında bir neçə qəpik pul var idi.

- Dayı, balansınızda pul yoxdur – cavan oğlan dedi. Qoca udqundu.

- Nə qədər pul olmalı idi burada? - deyərək, oğlan öz kartını bankomata daxil etdi.

- Vallah, bala, o gün qız çıxardıb, deyəsən... O gün özüm gəlmək istədim... - bir xeyli uzunçuluqdan sonra, axır ki, 50-55 manat civarında pul olmalı olduğunu deyə bildi.
Bankomat tırıldamağa başladı.

- Buyurun, dayı, 50 manat var - Öz kartından çıxardığı 50 manat pulu kağız parçasına bükülmüş kart ilə birlikdə qocaya uzadanda baxışlarımız toqquşdu. Gülümsədim. Yanaqları bir anın içində qızardı. Özünü itirmiş kimi oldu. Qoca dua edirdi. Mənə göz vurdu. Kopuşonunu başına çəkərək, deyəsən, heç özü üçün pul çıxarmadan parka tərəf üz tutdu.


Mən də göz vurdum, bu, "Öpürəm" - demək idi.

news-inner-user

17144 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ukraynada Müslüm Maqomayevə həsr olunan beynəlxalq müsabiqə keçiriləcək
18:24 30 Noyabr 2020
Qonkur mükafatının qalibi açıqlanıb
17:42 30 Noyabr 2020
“Anam dedi ki, bu gün sancım tutan gündür” – İlqar Cahangirlə ad günü söhbəti
17:05 30 Noyabr 2020
Zəlimxan Yaqubun yeni kitabı nəşr edildi
16:23 30 Noyabr 2020
Musiqili Teatrdan "Laçına ithaf" layihəsi - Video
15:34 30 Noyabr 2020
Topçu Vüsalın araq şüşəsinə həkk olunmuş şəkli
14:52 30 Noyabr 2020
Sevdiyi qıza görə cəzalandı, arvadı sözünə baxmadığı üçün öldü, dəfnində Rəşid həkim yazıçı Anarla dalaşdı – Məşhur şairdən maraqlı faktlar
14:11 30 Noyabr 2020
Trampın arvadı Ağ Evdə baş verənlərdən kitab yazır
13:25 30 Noyabr 2020
Müharibə başlayıb, Nəbatat bağındayam... - Rəşad Nağı Mustafadan yeni şeir
12:43 30 Noyabr 2020
Qatarlar daşıdıqca qurtarmır yolçuluq – Təbrizdən şeirlər
12:11 30 Noyabr 2020
Əsgərlərimizin Zori Balayanın oğlunu dəhşətə gətirən qəhrəmanlığı - Bircə yazır...
11:39 30 Noyabr 2020
Yadındadı, içib qızlardan danışmağın? - Şuşada döyüşən zabit dostuma məktub
11:05 30 Noyabr 2020
"Ulduz müharibələri"nin qəhrəmanı vəfat etdi
10:30 30 Noyabr 2020
Regionlararası onlayn musiqi müsabiqəsinə start verildi
10:06 30 Noyabr 2020
Qərbin sülh riyakarlığı və bizim saxta pasifistlər – Sevda Sultanova yazır...
09:00 30 Noyabr 2020
Ölmək sənəti – Ağalar Qut yazır...
17:25 29 Noyabr 2020
“Cinema Radio”nun rəhbəri: “Onun səsi ilahi vergidir” – Müsahibə
17:04 29 Noyabr 2020
Nabokovdan hekayə: Sərnişin
15:30 29 Noyabr 2020
Atası xalq düşməni kimi güllələndi, bir manata rəsm çəkdi, Səttar Bəhlulzadə evini ona bağışladı... – Maraqlı faktlar
12:00 29 Noyabr 2020
İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...
16:28 28 Noyabr 2020