news-inner
clock10:55 calendar-gray 01 May 2017 view-gray300 dəfə oxunub
view-gray300 dəfə oxunub

Rus yazıçılarının kəndindən REPORTAJ

Kulis.az Səbuhi Məmmədlinin Peredelkinodan reportajını təqdim edir.

Moskvadan vur-tut 25 kilometr aralıda yerləşir. Paytaxtın Kiyev dəmir yolu vağzalından elektrik qatarına otursan, 30-35 dəqiqəyə “Miçurines” stansiyasına çatırsan. Avtobusla da gəlmək olar. Amma çoxu elektrik qatarını seçir. Ən azı, özünlə rahatca xeyli əşya daşıya bilirsən. Nə əşyası? Məsələn, manqal və şişlər. Eləcə də açılıb-qatlanan stol və stullar. Və yaxud uşaqların əylənməsi üçün nə lazımdısa. Bəs Moskvanın səs-küyündən, tozanaq və tüstüsündən baş götürüb hara gedirik biz? Deyəcəm. Amma hələ bunu danışım, sonra.

***

Demək, 83 il bundan əvvəl, 1934-cü ilin elə bu vədələri “proletariatın dahi yazıçısı” Maksim Qorki Stalinin bağ evinə gəlir. Yazqabağı dahi rəhbərin əhvalı yaxşıymış. Qorki sovet yazıçılarının sosializm quruculuğundakı uğurlarından danışandan sonra Stalindən bir xahiş edir:

- İosif Vissarionoviç, Amerikada yazıçı və şairlərin rahat çalışması üçün şəhər kənarında xüsusi qəsəbələr salınır. Onlara orada ev verilir. Amma bizdə…

Stalin dərhal onun sözünü kəsir.

- Bəs bizdə niyə olmasın?

- Elə mən də onun üçün gəlmişəm.

- Yeri seçin, mən göstəriş verəcəm.

Yeri seçmək çətin olmur. Növbəti görüşdə isə Stalin Qorkidən siyahı istəyir:

- Ən layiqli 30-40 yazıçını müəyyənləşdirin, qısa zamanda evlər tikiləcək.

Və bir il keçmir, meşəliyin, səssizliyin içində, Moskva kənarındakı Peredelkino kəndində sovet şair və yazıçıları üçün yaşayış və istirahət məkanı salınır.

***

Perdelkino, sözün həqiqi mənasında, cənnət bir yerdir. Adamın inanmağı gəlmir ki, Moskvanın, necə deyərlər, düz burnunun ucunda belə bir yer olsun. Sovet vaxtı bir çox yazıçıların əsərlərinin sonunda “Peredelkino, filanıncı il” kimi qeydləri, yəqin ki, görmüsünüz. Hə, yaradıcılıq üçün buralara üz tutardı sovet yazarları. Əslində Peredelkinoda öz mülkü olanlar da vardı, Litfondun (Ədəbiyyat fondu) balansında olan yaradıcılıq evləri də. Azərbaycan yazıçı və şairlərindən burada şəxsi evi olanı yoxdur və olmayıb. Bircə istisnadan başqa. O da Çingiz Hüseynovdur.

Çingiz müəllim danışır ki, əslində onun da orada evi olmayıb. Sən demə, Çingiz müəllimin bağını ona vəsiyyət ediblər. Demək, yazıçının uzun illər dostluq etdiyi bir ailə varmış. Onların ölümündən sonra ailənin vəsiyyəti tapılıb. Onlar isə Peredelkinodakı bağ evlərini Hüseynovlara vəsiyyət ediblərmiş. Çingiz müəllim özü də, necə deyərlər, bu vəsiyyətdən şoka düşüb.

Deyir, onda başa düşdüm ki, niyə bu ailə həmişə mənə deyirdi tələsmə bağ evi almağa. Sonradan Çingiz müəllim kitablarının çapına görə aldığı qonorarların hesabına bağ evinə əl gəzdirə bilib.

***

Hə, orada qalmışdıq axı. Stalinin əmri ilə Peredelkinoda daha çox, düz 50 ev tikilir. Qəsəbənin ilk sakinləri isə Aleksandr Serafimoviç, Leonid Leonov, Lev Kamenev, İsaak Babel, İlya Qrenburq, Boris Pilntak, Vsevolod İvanov, Lev Kassil, Boris Pasternak, Konstantin Fedin, İlya İlf, Evqeniy Petrov və başqaları olur.

Müharibədən sonra qəsəbə bir az da böyüyür. Evlərin sayı 200-ü keçir.

Yeni küçələr salınır. Məsələn, burada Lermontov, Serafimoviç, Qoqol, Marks və Lenin küçələri var. Amma mərkəzi küçə məhz Qorkinin adını daşıyır.

Burada təkcə şair və yazıçılar ev almırlar. Məsələn, tanınmış rejissor Dovjenko, aktrisa Tatyana Samoylova, heykəltəraş Zurab Sereteli, modelyer Yudaşkin, jurnalist Solovyov və bir çoxlarının burada evləri var.

***

Peredelkino bir çox tarixi hadisələrə belə şahidik edib. Məsələn, 1956-cı ilin mayında SSRİ Yazıçılar Birliyinin sədri Aleksandr Fadeyev özünü burada güllələyib. Onun ölüm xəbərini eşidən kimi hadisə yerinə ilk dəfə kim gəlsə yaxşıdır? Qalina Kolesnikova. Nazim Hikmətin sevgilisi. Həmin vaxt onların hər ikisi Peredelkinodaymış. İxtisasca həkim imiş Kolesnikova. Özünü Fadeyevin evinə ildırım sürətyilə çatdırsa da, onu xilas edə bilməmişdi.

Yeri gəlmişkən, bu hadisədən 39 il sonra, 1995-ci ilin mayında Peredelkinoda şair Boris Primerov da intihar etmişdi. Fadeyevdən fərqli, o, özünü asmışdı. İntihardan əvvəl isə məktub yazıb qoymuşdu: “Mən ölümü seçdim. Lujkov və Yeltsin kimi yaramazlarla eyni dövrdə yaşamaq istəmədim”.

Elə tanınmış rus şairəsi Bella Axmadulina da ömrünün son illərini Peredelkino qəsəbəsində əri ilə birgə yaşayıb və elə burada vəfat etmişdi.

Onu da deyim ki, Peredelkinonun özünün qəbiristanlığı da var. Məsələn, Pasternak vəsiyyət edibmiş ki, onu burada basdırsınlar. Elə bir qədər əvvəl ABŞ-da vəfat edən dünyaca məşhur şair Yevgeni Yevtuşenko da Nobel mükafatçısı Boris Pasternakın qəbrinin yanında dəfn edildi.

***

Vaxtıyla bura həm də dissidentlərin yığışdığı məkan olub. Məşhur uşaq yazıçısı Korney Çukovskinin qızı Lidiya öz evini onların üzünə açıbmış. Soljenitsın və ətrafı tez-tez böyük sovet şairinin evinə yığışııb… soveti söyürmüşlər. Nəticəsi də nə olsa yaxışıdır? Baş verənlərdən KQB xəbər tutmuşdu və Lidyia xanımın evini əlindən almışdılar.

***

Hazırda Peredelkinoda bir neçə muzey də fəaliyyət göstərir: Korney Çukovskinin, Boris Pasternakın, Bulat Okucavanın, elə həmin o Yevtuşenkonun.

***

Amma bir il əvvəl Peredelkinonun başı üzərini qara buludlar aldı. Çingiz müəllimin dediyinə görə, kimin cibində çox pulu varsa, buradan özünə bağ yeri almaq istəyir. “Təmiz hava, təmiz su, ölü sakitlik, kim istəməz ki” - deyir, yazıçı.

İddiaçı isə maraqlıdır ki, Moskvanın əmlak məsələləri üzrə departamenti olub. Departament hətta Rusiya Yazıçılar Birliyini məhkəməyə də verib və qalib də gəlib. Amma birliyin sədri İvan Pereverzin irəli sürülən iddialarla razılaşmayıb və bu addımı bu rus ədəbiyyatının beşiyinin dağıdılması kimi qiymətləndirərək, prezident Putinə müraciət edib. Bu müraciətdən sonra hələ ki, Peredelkinoya yaxın gəlməyə cürət eləmir əmlak departamenti.

Amma bununla belə yaxın bir neçə ildə Peredelkino əvvəlki statusunu itirəcək deyəsən. Hətta orta ranqlı rus iş adamı belə burada özünə torpaq sahəsi almaq istəyir. Düzdür, qiymətlər həddən artıq bahadır. Burada bir sot torpağın qiyməti 400 min dollardan başlayır. Amma varlığa nə darlıq? Belə olacağı təqdirdə isə nəinki Rusiyanın, SSRİ-nin belə tarixinin bir hissəsi yox olub gedəcək.

Ən pisi də elə budur…

Səbuhi Məmmədli,

Moskva

Oxşar xəbərlər

Xəbər lenti

Zəngilanlı aktyor: "Ordan çıxan gün 11 yaşım tamam olurdu" - Video-söhbət
16:30 24 Oktyabr 2020
Türkiyəli yazar vəfat etdi
15:26 24 Oktyabr 2020
Azərbaycanlı rəssamın sərgisi İstanbulda
14:19 24 Oktyabr 2020
Tolstoy hansı şairin qızını sevmişdi? - Elçin yazır...
13:30 24 Oktyabr 2020
Ömürlə peşmanlıq oyunları - Cavanşir Yusifli Kulisdə gedən hekayədən yazır
12:21 24 Oktyabr 2020
Ajda Pekkan: “Azərbaycanlı qardaşlarımıza sevgi göndərirəm”
11:12 24 Oktyabr 2020
Şəhid olan Milli Qəhrəman haqqında film - Video
10:06 24 Oktyabr 2020
Vətənim adamlar - Sevda Sultanova yazır...
09:00 24 Oktyabr 2020
“Pişiyin evi” onlayn göstəriləcək
18:49 23 Oktyabr 2020
Nazirlik Zəngilanda dağılan məscidlə bağlı bəyanat yaydı
18:15 23 Oktyabr 2020
Azərbaycan əsgərinə heyrətlənən erməni hərbçi
17:31 23 Oktyabr 2020
Bütün zamanların ən gözəl aktrisasının həyatı film olur
16:53 23 Oktyabr 2020
Kino tarixinin ən qorxulu filmləri açıqlandı
16:11 23 Oktyabr 2020
Yapon caz ifaçısı Azərbaycan ordusuna pul köçürdü
15:29 23 Oktyabr 2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi bəyanat yaydı
14:52 23 Oktyabr 2020
Allahı danan müəlliminin başına stul çırpdı, ömür boyu övladı olmadı, qızlığını xalası oğluna qısqandı - Xalq artistindən maraqlı faktlar
14:15 23 Oktyabr 2020
Facebookda yayılan təhlükəli döyüş videoları
13:34 23 Oktyabr 2020
Köçkünlük statusu – Sevinc Elsevər yazır...
12:47 23 Oktyabr 2020
Dağıdılan, dəyişdirilən, yer üzündən silinən abidələrimiz
12:04 23 Oktyabr 2020
“Bitls” qrupunun keçmiş üzvündən yeni albom
11:18 23 Oktyabr 2020