Yuri Qaqarin haqqında heç vaxt eşitmədiyiniz faktlar

Yuri Qaqarin haqqında heç vaxt eşitmədiyiniz faktlar
12 aprel 2023
# 21:00

Kulis.Az Kosmonavtika günü münasibəti ilə ilk kosmonavt Yuri Qaqarin haqqında 12 maraqlı faktı təqdim edir.

1) Qaqarinin idarə etdiyi “Vostok-1” kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. Bu tarixi uçuş cəmi 108 dəqiqə davam etmişdi. Uçuşun ən pik nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Qaqarinin şifrəli ləqəbi “Kedr” olmuşdu.

2) Qaqarin tarixi uçuşunu yerinə yetirəndə cəmi 27 yaşı vardı. Sovet İttifaqının kosmosa göndərmək üçün seçdiyi 20 kosmonavtdan biri Qaqarin idi. Sonradan bu siyahıda yalnız iki nəfərin adı qaldı: Yuri Qaqarin və German Titov. Qaqarinin seçilməsinə səbəb onun daha sadə ailədən çıxması idi. Qaqarin fəhlə oğlu idi, Titov isə ziyalı ailəsində böyümüşdü.

Yuri Qaqarin: tarixi dəyişən səyyah | SCIENCE ARC

3) Uçuşa çıxanda ilk dediyi söz bu olur: “Getdik...” ("Poyexali") Sonra isə əlavə edir: “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün”.

4) Qaqarin hər şeyin qaydasında olduğunu söyləyir. Ancaq bir az keçmiş problem yaşanır. Paraşütlə SSRİ torpaqlarına enir. Onu ilk görən ana ilə uşağı olur. Bu qəribə adamı görüb qorxurlar. Qaqarin isə onlardan mərkəzlə əlaqə qurmaq üçün telefon istəyir.

Yuri Qaqarinin ilk uçuşu haqda naməlum faktlar və

5) Uçuş uğurla başa çatmışdı. Xəbər Moskvada böyük sevinclə qarşılandı. Paraşütlə eniş isə gizli saxlanıldı.

6) Kosmos uçuşunun ustalıqla yerinə yetirilməsindən sonra Qaqarinə medallar, ordenlər verildi. Sovet İttifaqı Qəhrəmanı elan olundu. Hədiyyələrin arasında ipəkdən iç geyimləri və corablar da vardı.

7) Qaqarinin qaşının üstündəki yara izi ilə bağlı bir sıra əfsanələr dolaşır. Həqiqət isə tamam başqadır. Qaqarin Anna adlı bir qadınla bərabər olduğu vaxt xanımının əlinə keçməmək üçün evin pəncərəsindən tullanır və həmin məşhur yara o zaman ortaya çıxır.

8) Onu sevənlər çox idi, ancaq getdikcə yüksələn nüfuzundan narahat olanlar da vardı. Qaqarinin nüfuzunun aşağı düşməsi üçün ona “alkaş” damğası da vurmuşdular.

9) Ölümündən sonra da bu iddia səslənirdi: kosmik gəmidən düşəndə içkiliymiş. Sonradan bu iddianın əsassız olduğu ortaya çıxdı.

Dəhşətli sirr: Qaqarin necə öldürüldü? – Video

10) Qaqarinin fərqli, qəribə bir insan olduğunu hər kəs söyləyir. Bir maraqlı fakt da var. Xruşovla görüşə gəldiyində rəsmi adamlar Qaqarinə baxıb təəccüblənirlər: ayaqqabısının ipi açılıbmış.

11) Kosmosa uçmadan iki gün əvvəl Qaqarin xanımına məktub yazır. Dəhşətli bir hadisə baş verdiyi təqdirdə bu məktubla Qaqarin xanımı ilə vidalaşacaqdı. Xanımı ərinin bu işin öhdəsindən gələcəyinə inandığı üçün məktubu açıb oxumur. 1968-ci ildə, uçuşdan 7 il sonra kosmonavtın xanımı Valentina İvanovna məktubu oxuyur. Həmin tarixdə MİG-15 təyyarəsində ilə sınaq uçuşunu reallaşdıran Qaqarin gözlərini əbədi yummuşdu.

12) Qəzadan sonra hadisə yerində Qaqarinin gödəkcəsinin bir parçası tapılıb. Cibində isə ərzaq talonu, sürücülük vəsiqəsi, 40 rubl...

Yuri Qaqarinin müəmmalı ölümü...

# 19234 dəfə oxunub

Oxşar xəbərlər

Yaponiyada fotoqrafiya sərgisi keçirildi

Yaponiyada fotoqrafiya sərgisi keçirildi

18:00 17 sentyabr 2026
Şahzadə Diana haqqında yazılan kitab oğurlandı

Şahzadə Diana haqqında yazılan kitab oğurlandı

17:30 17 sentyabr 2026
Məşhur rəssam vəfat etdi

Məşhur rəssam vəfat etdi

17:11 17 sentyabr 2026
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu

Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu

17:05 17 sentyabr 2026
"Bir şeyi aydın deyə bilmirsənsə, deməli, onu özün də başa düşmürsən..." - Con Syorl

"Bir şeyi aydın deyə bilmirsənsə, deməli, onu özün də başa düşmürsən..." - Con Syorl

17:00 17 sentyabr 2026
Dünyanın ən yaxşı pizzaxanası bəlli oldu

Dünyanın ən yaxşı pizzaxanası bəlli oldu

16:30 17 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər